çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Putin bu "terror təşkilatını" bəhanə edərək Polşaya hücum edəcək...

Image


Rusiyanın “Xalq Deputatları Konqresi”ni terrorçu elan etməsi Rusiyanın Polşaya qarşı antiterror bəhanəsi ehtimalını gücləndirir.

Rusiya Ali Məhkəməsinin Polşada qeydiyyatdan keçmiş və mühacirətdə fəaliyyət göstərən “Xalq Deputatları Konqresi”ni (KDL) “terrorçu” təşkilat elan etməsi, həm Rusiya daxili siyasəti çərçivəsində, həm də beynəlxalq münasibətlər, xüsusilə Polşa-Rusiya əlaqələri kontekstində ciddi suallar yaradır. Məhkəmənin qərarı Rusiyanın Baş Prokurorluğunun iddiasına əsaslanıb və qurumun “hakimiyyəti zorla ələ keçirmək” niyyəti ilə “qeyri-konstitusion sənədlər qəbul etməsi” kimi ittihamlarla əsaslandırılıb. Konqresin fəaliyyətini dayandırmaması və qərarın onlara faktiki olaraq təsir etməməsi isə onun Rusiyadan kənarda, Polşada fəaliyyət göstərməsi ilə bağlıdır. Buna baxmayaraq, qərar Rusiyanın mühacir müxalifət təşkilatlarına qarşı repressiv çərçivəsini genişləndirir və “terror” etiketindən siyasi alət kimi istifadənin davamı kimi görünür. Müxalifət nümayəndələrinin bildirdiyinə görə, Konqres özünü Rusiyanın yeni hökuməti kimi göstərməkdən çox, keçid dövrü üçün qanunvericilik modelləri hazırlayan müzakirə platforması kimi təqdim edir və Rusiyada hakimiyyəti zorakılıqla ələ keçirmək niyyətlərini inkar edir. Onların fikrincə, “terrorçu” damğası yalnız mühacirətdəki rus siyasi qruplarına qarşı psixoloji təzyiq mexanizmidir.

Məhz bu nöqtədə sosial şəbəkələrdə ehtimallar irəli sürülür ki, Kreml bu qərardan gələcəkdə Polşaya qarşı “antiterror” əməliyyatları üçün bəhanə kimi istifadə edə bilər. Lakin mövcud məlumatlar əsasında belə bir ehtimal real görünmür. Bu addım, ilk növbədə, Rusiyanın daxili hüquqi-siyasi mühitinə aiddir və Konqresi ölkə daxilində kriminal statusa salmaq məqsədi güdür. Rusiya məhkəməsinin qərarının Polşada hüquqi və ya hərbi legitimlik yaratması mümkün deyil. Çünki bu, beynəlxalq hüquqa ziddir və NATO üzvünə qarşı açıq hərbi əməliyyatın nəticələri Moskva üçün son dərəcə risqli olardı. Eyni zamanda, Polşa son aylarda öz ərazisində sabotaj, casusluq, hibrid hücumlarla bağlı bir sıra halları aşkarlayıb və bunları məhz Rusiyanın dövlət dəstəyi ilə həyata keçirilən təxribat kimi qiymətləndirib. Bu hadisələr Moskvanın Avropada “hibrid müharibə” strategiyasını gücləndirdiyini təsdiqləsə də, genişmiqyaslı hərbi müdaxilə niyyətini göstərmir. Bunlar daha çox sabitliyi pozmaq, ictimai gərginlik yaratmaq və siyasi təsir imkanlarını genişləndirmək məqsədi güdən alətlərdir.

Bununla belə, ehtimal tamamilə istisna edilə bilməz, çünki Rusiyanın son illərdə daxili qanunvericilik alətlərini geosiyasi məqsədlərlə genişləndirməsi tendensiya halını alıb. “Terror” damğası həm daxili müxalifəti susdurmaq, həm də xaricdəki siyasi qruplara qarşı iddiaları sərtləşdirmək üçün istifadə oluna bilər. Əgər gələcəkdə Kremlin ritorikasında Polşanın bu təşkilata “sığınacaq verməklə terrorçuluğa yardım etdiyi” kimi ifadələr çoxalarsa, bu, siyasi təzyiqin artırılmasına işarə ola bilər. Bununla belə, bu ritorika NATO ölkəsinə qarşı real hərbi əməliyyat üçün yetərli əsas yaratmır və Moskva hazırda belə addımın nəticələrinin fərqindədir. Hazırkı vəziyyət göstərir ki, KDL-nin “terrorçu” elan edilməsi Rusiya üçün daha çox siyasi-psixoloji və hüquqi alətdir, nəinki real hərbi strategiyanın başlanğıcı. Polşa ilə münasibətlərdə eskalasiya risqi mövcuddur, lakin bu risq əsasən hibrid sahədədir, sabotaj, casusluq, informasiya əməliyyatlarında müşahidə edilə bilər. Bu səbəbdən Polşaya qarşı “antiterror əməliyyatı” iddiası indiki mərhələdə faktlara əsaslanmayan, daha çox spekulyativ bir ehtimal kimi görünür. Bununla belə, regionda vəziyyət həssas olduğundan, Kremlin informasiya ritorikası, Polşada hibrid hücumların artım tempi və Rusiyanın beynəlxalq hüquqa zidd yeni addımlar atmağa meyli gələcək risqlərin dərəcəsini müəyyənləşdirəcək əsas indikatorlar olacaq.

Akif NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ