Ukrayna Prezidenti Zelenski avropalı müttəfiqləri ilə sülh planı üzərində işlədiklərini və planı tezliklə ABŞ tərəfinə təqdim edəcəklərini açıqlayıb.
Zelenski bildirib ki, Avropa müttəfiqləri ilə Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün ABŞ-ın təklif etdiyi sülh planı üzərində işləyirlər. "Müharibəyə son qoymaq üçün mümkün addımların bütün detalları üzərində fəal şəkildə işləyirik. Ukrayna və Avropa ilə bağlı əlavə işlər görülüb və bunları Amerikadakı müttəfiqlərimizə təqdim etməyə hazırıq. ABŞ tərəfi ilə ən yaxşı addımları ən qısa zamanda atmağa ümid edirik. Biz əsl sülhdə maraqlıyıq və Amerika ilə daim əlaqə saxlayırıq", - deyə o bildirib.
Müharibənin sonunun Rusiyadan asılı olduğunu qeyd edən Zelenski, yenidən işlənmiş sülh planını tezliklə ABŞ-a göndərməyə hazır olacaqlarını bildirib.
TAHİR