Rusiyanın Sankt-Peterburq şəhərində böyük bir bazarda yanğın baş verib. Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə yanğın Sankt-Peterburqdakı "Pravoberejnı" bazarında baş verib.
Şahidlər qıza vaxtda bütün bazarı bürüyən yanğın zamanı çoxsaylı partlayış səsləri eşitdiklərini bildiriblər.
Hadisə yerinə yanğınsöndürmə briqadaları göndərilib. Təxminən 100 nəfər təxliyə edilib, bir nəfər yaralanıb. Yanğının səbəbi araşdırılır.
Sosial mediada yayılan görüntülərdə yanğının bazar köşkləri də daxil olmaqla geniş əraziyə yayıldığı görünür.
Bazarda meyvə-tərəvəz kimi qida məhsulları satan müəssisələrə ciddi ziyan dəydiyi bildirilir.
TAHİR