Suriyanın devrilmiş lideri Bəşər Əsədin, Şərqi Qutada dağıdılmış məscidi lağa qoyduğu və yerli sakinləri "cəmiyyətin ən pisi" adlandırdığını göstərən videolardan sonra daha bir görüntüsü ortaya çıxıb.
“Al Arabiya”nin yaydığı video və səs yazılarında Əsədin Rusiya prezidenti Vladimir Putini lağa qoyduğu görünür.
Sızdırılan materiallarda Əsəd keçmiş müşaviri Luna əl-Şibl ilə danışarkən Putinin görünüşü və sağlamlığı ilə bağlı istehza dolu ifadələr işlədir.
Əl-Şibl soruşur: "Putinin üzündəki şişkinliyi gördünüzmü?"
Əsəd cavab verir: "Hamısı plastik əməliyyatdır".
Əl-Şibl davam edir: "Bəli, Putinlə bağlı hər şey plastik əməliyyatdır. Onun 65 yaşı var... Bu görüntü onu çox pis göstərir."
Luna əl-Şibl 2024-cü ildə yol qəzasında ölüb. Deyilənə görə, səs yazıları 2018-ci ilə aiddir. Mənbələr “Al Arabiya”"yə təsdiqləyiblər ki, səs yazıları qeydə alınarkən Əsədin müşaviri əl-Şiblin köməkçisi Əmcəd İssa da maşında olub.
TAHİR