Gürcüstan hökuməti Prezident Mixeil Kavelaşviliyə Zaza Kandelakinin İsraildəki səfir vəzifəsindən azad edilməsi üçün müraciət edib.
Müraciəti Baş nazir İrakli Kobaxidze imzalayıb. Xarici İşlər Nazirliyindən bildirilib ki, Kandelaki bu vəzifəyə 2024-cü ilin yanvarında o vaxtkı Baş nazir İrakli Qaribaşvilinin tövsiyəsi ilə təyin edilib. Bu barədə Gürcüstanın Azərbaycandilli 24News.ge saytı xəbər verir. Səfir 2025-ci il dekabrın 20-dən etibarən rotasiya prinsipi əsasında vəzifəsindən vaxtından əvvəl kənarlaşdırılacaq. İrəli sürülən ehtimallara görə, hökumət bu addımı, keçmiş baş nazirin dövründə təyin edilmiş səfir və digər diplomatları “vaxtından əvvəl” geri çağırılacaq nümayəndələr siyahısına salıb. Ancaq səfirin geri çağırılması üçün rəsmi səbəb hələ açıqlanmayıb. Geri çağırma qərarı — yeni hökumət tərəfindən qəbul edilib Bu, keçmiş hökumət dövründə təyin olunmuş diplomatların “yenidən baxılması” siyasətinin bir hissəsi kimi qiymətləndirilir. Analitiklər ehtimal edirlər ki, bu, hökumətdə hakim olan yeni siyasi güc strukturlarının diplomatik kadrları dəyişmək istəməsi, xarici siyasətdə — xüsusilə İsrail ilə münasibətlərdə — rebrendinq / yenidən yönlənmə planı və sairlə bağlı ola bilər. Burada ehtimallardan biri kimi səfirin fəaliyyətindən məmnun olmamaq və ya onun diplomatik performansına dair narazılıqlar da keçir. İradə SARIYEVA