çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Avropa İttifaqı Ermənistanın Azərbaycanla "beynəlxalq məhkəmə" razılaşmasına qəsd etdi...

Image


Avropa İttifaqı ilə Ermənistan arasında imzalanmış “Aİ-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” sənədi regionda həssas şəkildə irəliləyən sülh prosesinə ciddi xələl gətirən məqamlarla doludur.

Sənədin təqdim etdiyi çərçivə ilk baxışdan əməkdaşlıq və tərəfdaşlıq ruhu kimi görünə bilər, lakin mətnə diqqətlə nəzər salındıqda Aİ-nin bu bölgədə obyektiv vasitəçi olmaq əvəzinə, Ermənistanın əvvəlki illərdən miras qalan siyasi iddialarına və manipulyativ narrativlərinə əlavə legitimlik qazandırmağa yönəlmiş yanaşma sərgilədiyi aydın görünür. Bu yanaşma təkcə sülh prosesinin mahiyyətini təhrif etmir, həm də Vaşinqtonda paraflanmış və region üçün real dönüş nöqtəsi sayılan sülh sazişinin açıq-aydın ziddinə çıxır.

Sənəddə Qarabağdan çıxmış ermənilərin “Azərbaycanın hərbi əməliyyatları nəticəsində qaçqın düşmüş” kimi təsvir edilməsi gerçəyi əks etdirmir və qərəzli siyasi ritorikanın yenidən təkrarıdır. Qarabağda yaşayan ermənilərin bütün çıxış marşrutları açıq olub və Azərbaycan tərəfinin reinteqrasiya proqramını təqdim etməsinə baxmayaraq, onlar könüllü şəkildə Ermənistanı seçiblər. Bu prosesi “qaçqınlıq” kimi təqdim etmək yalnız bir məqsədə xidmət edir - Azərbaycanın suveren hüquqlarını və ərazi bütövlüyünü mübahisələndirmək cəhdlərini diplomatik donorluqla gücləndirmək. Aİ bu yanaşma ilə Ermənistanın uzun illər beynəlxalq tribunalarda yaratmağa çalışdığı qeyri-adekvat təsəvvürləri öz imzası ilə təsdiqləyir və bununla da reallıqları siyasiləşdirmə xəttini davam etdirir.

Sülh sazişinin özəyində duran qarşılıqlı məhkəmə iddialarından əl çəkmək öhdəliyinə Aİ-nin bu sənəddə dolayısı ilə zidd çıxması narahatlıqdan da artıq, prosesin özünə yönəlmiş zərbə kimi görünür. 8 avqust Vaşinqton görüşündə Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə razılaşdırılmış həmin müddəa təsadüfi deyil. Bu, tərəflərin onilliklərdir davam edən qarşılıqlı ittihamlar dövrünü arxada qoyması üçün sülh arxitekturasının əsas dayaqlarından biri kimi qəbul edilmişdi. Çünki məhkəmə iddiaları yalnız hüquqi proseslər deyil, həm də siyasi gərginliyin daimi mənbəyidir. Yeni iddianın verilməsi hər dəfə tərəfləri yenidən qarşı-qarşıya qoyur, qarşılıqlı etimadı sıradan çıxarır, normallaşma xəritəsini qırmızı xəttə daşıyır.

Aİ-nin isə öz sənədində Beynəlxalq Ədalət Məhkəməsinin bütün qərarlarının dərhal icrasını ayrıca prioritet kimi göstərməsi, bu kontekstdə Ermənistanın Azərbaycana qarşı illərlə davam edən iddialarını yaşatmaq, legitimləşdirmək və siyasi dövriyyədən çıxmasının qarşısını almaq kimi qiymətləndirilməlidir. Bunun fonunda belə bir sual avtomatik yaranır: əgər tərəflər Vaşinqtonda qarşılıqlı iddialardan əl çəkmək barədə razılaşıblarsa, Aİ nəyə əsasən bu müddəni yenidən gündəmə gətirir? Bu, sadəcə uyğunsuzluq deyil, bu, prosesin balansını dəyişməyə cəhd kimi görünür.

Tarix göstərir ki, böyük güclərin regiona dair “selektiv hüquq yanaşması” sülh gətirməyib, əksinə, gərginliyi dərinləşdirib. Misal üçün qeyd edək ku, 1990-cı illərdə ATƏT-in Minsk Qrupunun fəaliyyəti zamanı tərəflər arasında hüquqi məsuliyyət mövzusu hər dəfə diplomatik müzakirələrə əlavə gərginlik qatıb, nəticədə proses illərlə dalana dirənib.

2021–2022-ci illərdə Aİ Parlamentinin birtərəfli qətnamələri bölgədə siyasi mühitin gərginləşməsinə səbəb olmuş, bu da Ermənistanın maksimalist mövqeyini möhkəmləndirmişdi.

Hətta 2023-cü ildə Aİ-nin bəzi qurumlarının Laçın yolu ilə bağlı birtərəfli açıqlamaları Bakı ilə Brüssel arasında gərginlik yaratmışdı. İndi isə eyni sxemin daha incə, daha institusional formada təkrarlanması müşahidə olunur: sülh sazişinin özündə razılaşdırılmış ən həssas və ən ciddi öhdəlik, Aİ sənədi vasitəsilə ilə neytrallaşdırılmağa cəhd göstərilir.

Bu yanaşma təkcə diplomatik uyğunluq problemi deyil, prosesin mahiyyətinə daban-dabana zidd addımdır. Sülhün fəlsəfəsi tələb edir ki, tərəflər keçmiş qarşıdurma mexanizmlərini aradan qaldırsın, davam edən mübahisələri siyasi masadan tamamilə çıxarsın və gələcəyə fokuslansın. Aİ-nin bu addımı isə keçmişi yenidən "diriltməyə" bənzəyir. Ermənistan üçün uyğundur deyə, bu yanaşmanın “prioritet” elan edilməsi regionda yeni güc yarışını təşviq edə, sülh prosesi ətrafında yeni bloklaşmalar yarada bilər.

Əgər sülh sazişinin ruhu qarşılıqlı hüquqi iddiaların bağlanmasıdırsa, Aİ-nin bu sənədi həmin ruhu pozur. Əgər prosesin məqsədi tərəfləri gələcəyi qurmağa sövq etməkdirsə, Aİ-nin bu addımı onları yenidən keçmişə qaytarır. Əgər beynəlxalq vasitəçilərin borcu neytral olmaqdırsa, burada açıq-aydın balans pozulur.

Belə kritik mərhələdə atılmış bu addım təkcə siyasi səhv deyil, region üçün başlıca risk mənbəyidir.

Strateji Gündəlikdə xüsusi yer verilən və açıq şəkildə “tam operativ saxlanması” tələb olunan EUMA (Avropa İttifaqının Ermənistanda müşahidə) missiyası da sülh prosesinə real xələl gətirən komponentlərdən biridir. Sazişin 7-ci maddəsi üzrə tərəflərin razılığı xarici hərbi-siyasi missiyaların bölgədə iştirakını istisna edərkən, Aİ-nin bunu gözardı etməsi növbəti dəfə regionda müşahidəçi yox, təsir aləti kimi çıxış etdiyini göstərir. EUMA-nın saxlanması Ermənistanın təhlükəsizlik narrativlərini süni şəkildə şişirdir, Aİ-ni isə Ermənistana faktiki təhlükəsizlik təminatçısı kimi mövqeləndirir. Bu isə tərəflər arasında balansı pozur, etimadı zəiflədir və sülhə deyil, qütbləşməyə xidmət edir.

Sənəddə ən diqqətçəkən məsələlərdən biri də TRIPP layihəsinin tamamilə kənarda saxlanmasıdır. ABŞ tərəfindən dəstəklənən və Ermənistanın da razılaşdığı bu regional inteqrasiya marşrutu iqtisadi əməkdaşlıq və qarşılıqlı etimad üçün real və praktiki çərçivə yaradır. Aİ-nin bu mühüm layihəni nəzərə almaması, nəinki Vaşinqton prosesinə uyğunsuzluq yaradır, həm də göstərir ki, Brüsselin Cənubi Qafqaza dair yanaşması ABŞ-la tam sinxron deyil və o, bölgədə paralel geosiyasi quruluş formalaşdırmağa çalışır. Bu addım sülhün iqtisadi əsaslarını görməzdən gəlmək anlamına gəlir və Ermənistanın üzərinə götürdüyü öhdəliklərə münasibətdə ciddi suallar yaradır.

Tənqid ediləsi digər vacib məqam Aİ-nin Ermənistanın hərbiləşməsini dəstəkləyən ifadələridir. Təlim proqramlarının genişləndirilməsi, müdafiə sektoruna texniki dəstəyin artırılması və təhlükəsizlik sahəsinin prioritet elan edilməsi Ermənistanın silahlanma kursunu gücləndirən, bölgədə yeni risqlər yaradan tendensiyadır. Bu, tərəflərin sülh sazişinə yaxınlaşdığı bir vaxtda tamamilə destruktiv addımdır və Ermənistanın özünü “təhdid altında olan ölkə” kimi göstərərək əlavə siyasi dividendlər əldə etməsinə şərait yaradır.

Bütün bu nüanslar açıq şəkildə göstərir ki, Aİ-Ermənistan Strateji Gündəliyi sülh prosesinə töhfə verməkdən daha çox, Ermənistanın mövcud narrativlərini gücləndirən, Vaşinqton sazişinin konturlarını zədələyən, bölgədə qütbləşməni artıran sənəd kimi çıxış edir. Bu sənəd nə obyektiv vasitəçi yanaşmasını əks etdirir, nə də Cənubi Qafqazda formalaşmış sülh arxitekturasına uyğun gəlir. Əksinə, yeni geosiyasi gərginlik risqlərini artırır və Ermənistanı yenidən böyük güclərin təsir alətinə sürükləməyə cəhd edir. Buna görə də Azərbaycanın verdiyi sərt və prinsipial reaksiya tamamilə əsaslı, rasional və regiondakı real təhlükələri göstərən mövqedir.

Akif NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ