çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Pakistan-Əfqanıstan-Hindistan üçbucağında dəhşətli savaş başlanır, prosesə Çin də qoşulur...

Image


Pakistanın Pişəvər əyalətinin paytaxtında təhlükəsizlik qüvvələrinin qərargahına iki kamikadze hücum edib. Ən azı 3 zabit həlak olub, 12 nəfər yaralanıb. Hərbçilər səhər saatlarında növbəyə düzülərkən kamikadzelər partlayıcıları qərargahın girişində işə salıblar. Sonrakı atışmada təhlükəsizlik qüvvələri yaraqlıları məhv edib.

Şəhərin polis rəisi bildirib ki, hücum edənlərdən biri qərargahın qapısında özünü partladıb, digəri isə mühafizəçilər tərəfindən öldürülüb. Qeyd edək ki, Peşəvər Əfqanıstanla həmsərhəd əyalətin paytaxtıdır. Bu fonda Pakistan hakimiyyəti hücumdan dərhal sonra Əfqanıstanı cinayətin bilavasitə iştirakçısı kimi göstərib. Düzdür, terrorçuların cəsədlərinin şəxsiyyətini və milliyyətini müəyyən etmək üçün DNT testi hələ tamamlanmayıb. Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib. Bununla belə, Pakistan prezidenti Asif Əli Zərdari və baş nazir Şahbaz Şərif öz bəyanatlarında bunu xarici dövlətin köməyi ilə həyata keçirilən vətənə xəyanət kimi qiymətləndiriblər. Oxşar hücumlar əvvəllər də özünü “Təhrik-e-Taliban Pakistan” adlandıran qrup tərəfindən həyata keçirilib. Həmin qrup məhz Əfqanısatnda yerləşir. Son hücum bir neçə həftə əvvəl paytaxt İslamabadda törədilən oxşar hücumdan sonra baş verib. Ədliyyə binasının qarşısındakı həyətdə park edilmiş polis maşınına kamikadze hücum edib. On iki nəfər həlak olub. Pakistan hökuməti “Təhrik-e-Taliban Pakistan”ı günahlandıraraq bəyan edib ki, Kabil səlahiyyətliləri bu qruplaşmaya nəzarətsiz şəkildə terror etməyə imkan verir. Başqa sözlə, Kabil öz ərazisində baş verənlərə qəsdən göz yumur. Kabil ittihamı rədd edir. Oktyabrın 9-da Pakistanın Kabilə pilotsuz uçan aparatlarla zərbə endirməsi faktını nəzərə alanda mənzərə daha da qarışıq olur. Əfqanıstan qisas alacağına söz verdi və sonrakı döyüşlərdə onlarla insan həlak oldu. Qətər prosesə məhz bu fonda daxil oldu. Vasitəçi kimi oktyabrın 19-da hər iki tərəflə atəşkəs haqqında danışıqlar apardı. Nəzəri cəhətdən o, bu günə qədər qüvvədədir. Atəşkəsdən sonra İstanbulda danışıqların iki raundu6 keçirilib. Amma heç bir razılıq əldə olunmadı. Əfqanıstan ölkə ərazisindən Pakistana hücumların qarşısını alacağına dair yazılı zəmanət verməkdən imtina edib. Kabildəki jurnalistlərin bildirdiyinə görə, belə bir öhdəliyi yerinə yetirmək Kabil üçün olduqca çətin olacaq. Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif qeyd edib ki, Pakistanla Əfqanıstan arasında danışıqların İstanbulda keçirilən növbəti raundu uğurla nəticələnməyib: “Əfqanıstan rəsmiləri ilə danışıqlar razılaşma əldə olunmadan başa çatıb, çünki “Taliban” sərhəddəki yaraqlıların hücumlarının məhdudlaşdırılmasına qəti təminat verməkdən imtina edib”. Nazirin sözlərinə görə, “Taliban”ı təmsil edən danışıqçılar yalnız şifahi təminatlar verməyə hazır olduqları halda İslamabad yazılı razılaşmada təkid edir. Bu, ötən ay iki ölkə arasında əldə edilmiş atəşkəsi təhlükə altına qoyur: “Danışıqlar tam dalana dirənib. Danışıqlar qeyri-müəyyən bir mərhələyə qədəm qoyub”. Türkiyə və Qətərə Əfqanıstanla gərginliyi azaltmaq istiqamətində göstərdikləri səmimi səylərə görə təşəkkür edən Pakistanın müdafiə naziri deyib: “Türkiyə və Qətər bizim mövqeyimizi dəstəkləyirlər. Hətta Əfqan nümayəndə heyəti də bizimlə razılaşdı, lakin yazılı müqavilə imzalamağa hazır deyildilər”. Pakistanın yalnız rəsmi və yazılı razılaşmanı qəbul edəcəyini qeyd edən Asif bildirib ki, Əfqanıstan tərəfi şifahi təminatların qəbul edilməsini istədilər, lakin beynəlxalq danışıqlarda bu mümkün deyil. Türkiyə və Qətərin əllərindən gələni etdiklərini deyən pakistanlı nazir bildirib ki, əgər danışıqların davam etdirilməsi üçün ən kiçik nikbinlikləri olsa idi, bizdən danışıqları davam etdirməyimizi istəyərdilər: “Bizim əliboş qayıtmağımız onların hətta Kabildən ümidlərini kəsdiklərini göstərir”. Əfqanıstan hökumətinin xarici işlər naziri vəzifəsini icra edən Əmirxan Möttəki iddia edib ki, Kabil və İslamabad arasında danışıqların uğursuzluğa düçar olmasının əsas səbəbi Pakistan nümayəndə heyətinin “ağılsız və praktiki olmayan tələbləri”dir.

Belə vəziyyətdə Pakistan ordusu Əfqanıstanda gizlənən yaraqlıların bazalarına zərbələri gücləndirib. Oktyabrın 11-də Pakistan komandoları kəşfiyyat məlumatlarına əsasən hərəkət edərək yaraqlıların bazasına hücum edib. Otuz nəfər həlak oldu. Pakistan ordusu həmin yaraqlıları həvaric adlandırırır. Bu termin hind muzdlularını nəzərdə tutur. Hindistan İslamabadın yanaşmasını qəbul etmir. Bununla belə, üçüncü qüvvə kimi Hindistan Pakistan və Əfqanıstan arasında faktiki olaraq aparılan proksi müharibəyə özünü dürtmək istəyir. Axı terrorçular təkcə Pakistanın döyüş və təhlükəsizlik qüvvələrini hədəf almırlar. Onlar Pakistanın əsas strateji tərəfdaşı və müttəfiqi olan Çinə də zərbə vururlar. Elə bu günlərdə yaraqlılar okeandan dağlar və səhralarla ayrılmış Çinin şimal-qərbini Hind okeanı ilə birləşdirmək üçün nəzərdə tutulan Qvadar limanı yaxınlığındakı obyektlərə hücum ediblər. Qvadarın Çinin Sincan-Uyğur Muxtar Bölgəsindən dənizə qədər uzanan 1000 kilometrlik iqtisadi dəhlizin son nöqtəsi olması nəzərdə tutulur. Keçən mart ayında burada çinli mütəxəssislərin nəzarəti altında tikilən elektrik stansiyasında təxribat aktı tikintinin dayandırılmasına səbəb olub. “Dawn” qəzetinin məlumatına görə, mindən çox yerli işçi maaşsız qalıb. İslamabad Pekinə söz verib ki, çinli mütəxəssislərin çalışdığı obyektlərdə təhlükəsizliyi artıracaq. Ancaq bu vəzifəni yerinə yetirmək asan məsələ deyil. Fakt budur ki, müxtəlif ideologiyaların yaraqlıları Çinin Pakistanın iqtisadiyyatının bərpasında iştirakına qarşı çıxırlar. Bu yaraqlılar Pakistanda ateist əcnəbilərin mövcudluğunu dini qurumlar üçün təhlükə hesab edən İslam fundamentalistləridir. Digər tərəfdən, liderləri Çinin Pakistanın zəngin qaz və digər faydalı qazıntı ehtiyatlarını ucuz qiymətə istismar etmək istədiyinə əmin olan separatçı qruplar hücumlarda iştirak ediblər. Bütün bunlar olduqca təhlükəli vəziyyət yaradır.

Samirə SƏFƏROVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ