Cümə axşamı günü, 01 oktyabr 2026
     

Xocalı sürətlə məskunlaşır, paralel olaraq Xocalı cinayətləri də açılır...

Image


2022-2026-cı illərdə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində azad ərazilərə qayıdış prosesi geniş miqyas alıb və o yerlərə əhalinin kütləvi köçü həyata keçirilir, insanlarımız öz ata yurdlarına, doğma evlərinə qovuşurlar.

Bu proqram çərçivəsində Xocalıya qayıdış prosesi də gerçəkləşib və xocalılılar 32 ildən sonra öz doğma yurd-yuvalarına qayıtmağa başladılar. Əzizlərinin qanı tökülən, onlarla günahsız insanın şəhid edildiyi Xocalıya qayıdır xocalılılar. Xocalıya ilk köç 2024-cü il mayın 28-də, Dövlət Müstəqilliyi günündə baş tutdu. Azərbaycan dövlətinin dirçəltdiyi, yenidən tikib-qurduğu, yaraları doğma sakinlərinin qayıdışı ilə sağalan Xocalıda indi başqa bir həyat var.

Mətbuatdan da məlumdur ki, Xocalıya ilk sakinlər- 20 ailə Azərbaycanın Müstəqillik Günündə qayıtdı. Beləliklə, xocalılıların geri qayıdışının əsası qoyuldu.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Keçən ilin dekabrında Xocalı rayonunun yenidən qurulan Ballıca kəndinə də ilk köç baş tutdu. Ballıcaya ilk köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Keçən il kəndə 27 ailə - 152 nəfər köçürülüb.

Xocalıya qayıdış prosesi davam edir.

Sentyabrın 8-də Xocalı rayonunun Xanyurdu kəndinin sakinləri öz ata ocaqlarına qayıdıblar, 15 ailə olmaqla, 46 keçmiş məcburi köçkün doğma yurduna qovuşub.

2025-ci ilin iyul ayına aid rəsmi məlumata görə,

Xocalı şəhəri də daxil olmaqla 3 yaşayış məntəqəsinə - Ballıca, Təzəbinə və Xanyurdu kəndlərinə ümumilikdə 1 433 nəfərdən ibarət 327 ailə köç edib: “Bu ilin sonunadək Xocalıya daha 400 ailə qayıdacaq”.

Bu gün isə ora köçürülənlərin sayı göstərilən rəqəmdən artıqdır və xocalılılar öz yurdlarına mərhələli şəkildə qayıdırlar və növbəti mərhələlərdə də biz Xocalıya köçlərin şahdi olacağıq.

Xocalılar Xocalıya qayıdır, qan çilənən yurdlarına təsəlli olurlar, günahsız qurbanların, əziz şəhidlərin ruhlarını sevindirirlər. Şəhid şəhər Xocalı indi ədalətin zəfər çalıdığı bir yurd yeridir. Bəli, ədalətin zəfər çaldığı bir yurd yeri.

Dünyanın işinə, ədalətin hökmünə baxın ki, bir tərəfdən xocalılılar öz yurdlarına qayıdırlar, o biri tərəfdə isə Xocalı qatillərinin bir qismi məhkəmə qarşısında dayanıb. Bu gün Xocalının məskunlaşması ilə bərabər Bakıda keçirilən məhkəmə prosesində Xocalı ilə bağlı cinayətləri sübut edən faktlar aşkarlanır. İlahi ədalətin təntənəsi budur. Xocalılılar bu günü çoxdan gözləyirdilər.

Azad Vətən Partiyasının sədri Akif Nağı “Bakı-Xəbər”ə bildirdi ki, günlərin birində tarixi ədalət bərqərar olmalı idi, oldu da. “Ermənilər tərəfindən Azərbaycan xalqına qarşı çox böyük cinayətlərlər törədilib. Haqq-ədalət öz yerini almalı idi. Proses ona doğru gedirdi. Proses çətin keçdi, çox uzun çəkdi, bəzən cəmiyyətdə bir tələskənlik əhval-ruhiyyəsi də olurdu, təbii ki, bu halla barışmazlıq vardı. Dövlətin apardığı hüquqi siyasət və hazırlıq işlərindən, böyük qələbədən, insanlarımızın iradəsi ortaya qoyulandan sonra bu məsələlər öz həllini tapdı. Şükürlər olsun ki, bu proses gedir, xocalılar geri qayıdır. Bilirsiz ki, Xocalı ermənilərin törətdiyi vəhşiliklərin simvoludur, eyni zamanda haqq-ədalətin simvoludur. Xocalının başında çox oyunlar oynadılar, Xocalı faciəsi, Xocalı soyqırımı dünyada analoqu olmayan bir hadisə, çox qanlı bir olay idi. Bu bəla xocalıların başına təsadüfən gəlməmişdi, ermənilərin bununla bağlı planları vardı. Xocalı hadisəsi ilə Azərbaycan xalqını, Qarabağ əhalisini qorxutmağa çalışırdılar. Biz bütün dünyaya sübut etdik ki, Xocalı heç vaxt yaddan çıxmayacaq, Xocalı cinayəti heç vaxt bağışlanmayacaq. Uzun müddət “Xocalıya Ədalət” beynəlxalq aksiya keçirildi. Xocalı həm də ermənilərin törətdiyi cionayətlərin ümumiləşdirilmiş rəmzi, bir simvolu kimi dünyaya təqdim olundu. Dünya da bildi, gördü. Bu gün azad ərazilərə qayıdış prosesi gedir, müxtəlif rayonlardan olan məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar. Qayıdış prosesi Dövlət Proqramı çərçivəsində baş verir. Bəzən hansısa mərkəzlərin sifarişlərini yerinə yetirən şəxslər var ki, bundan öz məqsədləri üçün istifadə edirlər ki, keçmiş köçkünlər birdəfəlik köçsünlər. Amma bu, Dövlət Proqarmı əsasında həyata keçirilir və onlar mərhələli şəkildə geri qayıdırlar. Heç kəs öz yurduna qayıtmaqdan imtina etmir, arzuları geri qayıdıb öz doğma evlərinə qovuşmaqdır. Bu ilin sonuna qədər yeni köçlərin başlanması gözlənilir. Xocalıya da köç prosesi başlayıb, insanlar öz yurdlarına qayıdır, Xocalının kəndlərinə qayıdış hərtərəfli şəkildə davam etdirilir. Bu da o prosesin davamıdır. Qayıdış prosesində də Xocalı bir simvol kimi ortatadır. Sürətlə, geniş şəkildə məskunlaşdırma aparılan rayonlardan biri Xocalıdır. Mən Ballıca kəndində olumuşam, orda insanlar qayıdır, işləyirlər, həyatları davam edir. Bu proseslər bir-birini tamamlayan böyük bir hadisədir. Ən vacibi isə ədalətin təntənəsidir. İlhai ədalət ortada oldu, insanlarımızın haqqı tanındı. Eyni zamanda da Xocalı cinayətlərinə görə separstçılar cavab verirlər. Məhkəmədə bir sıra faktlar açılır, bu cinayətlər sübut olunur. Ermənilər məhkəməsi gedənlərlə bağlı hətta ABŞ prezidentinə də müraciət etmişdilər. Amma hazırda onların məhkəməsi gedir. Faktlar ortaya çıxır. Həm məhkəməsi gedən adamların cinayətləri ilə bağlı faktlar ortadadır, eyni zamanda onların ifadələrindən Ermənistan və Rusiya rəhbərliklərinin cinayət tərkibli əməlləri ilə bağlı məsələlər ortaya çıxır. Müharibədə törədilən cinayət ortadadırsa bu işə görə məsuliyyət daşıyan insanlar cəzalandırılmalıdır. Bu da məhkəmə prosesi ilə həyata keçirilir. Bu gün iki bir-birini tamamlayan proses gedir, həm cinayəti törədənlər, bu işdə əli olanlar məhkəmə qarşısındadır, onlar öz cəzalarına çatmalıdırlar, ədalətli məhkəmə gedir, bunun ciddi nəticəsi olacaq. Digər tərəfdən də xocalılılar öz doğma yurdlarına qaydırlar. Bu proseslərin sonunda Azərbaycan üçün çox müsbət nəticələr əldə olunacaq” - deyə A.Nağı qeyd etdi.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilir - FOTO

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partlatacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO/YENİLƏNDİ

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir" - Siyavuş Novruzov

30.09.2026 / 11:32
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul etdi

30.09.2026 / 11:25
Serbiyanın müvəqqəti prezidenti vəzifəsində Vuçiçi lezbiyan qadın əvəz edəcək

30.09.2026 / 11:18
Britaniya polisi Trampın söylədiklərini alt-üst etdi...

30.09.2026 / 11:10
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (Qədim dövr)” əsəri haqqında fəlsəfi düşüncələr

30.09.2026 / 10:54
Şahin Mustafayev İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

30.09.2026 / 10:36
Vuçiçin partiyasını Avropa Xalq Partiyasından qovurlar - səbəb terrorçu Mladiçə göstərilən qayğıdır...

30.09.2026 / 09:49
Prezident: "Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir"

30.09.2026 / 09:44
"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir" - Prezident

30.09.2026 / 09:41
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarına müraciət ünvanladı

30.09.2026 / 07:52
Netanyahunun maraqlı karikaturası yayıldı

30.09.2026 / 07:37
Almaniya Ukraynaya PVO sistemləri verəcək - Merz açıqladı

30.09.2026 / 06:46
Netanyahu bir sıra İsrail media qurumu və jurnalistləri məhkəməyə verdi

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:56
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - FOTO

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:48
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - FOTO

29.09.2026 / 21:44
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - FOTO

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ