çərşənbə günü, 21 oktyabr 2026
     

Qətllərə görə Rusiyadan tələblərimiz təyyarə cinayətində olduğu kimidir... 2 əsas...

Image


Xəyal Bəşirov: “Putin Rusiyaya əvvəlkindən daha çox lazım olan Azərbaycanla münasibətlərini qoruyub saxlamaq istəyirsə, Azərbaycanın dəyişməyən tələblərini yerinə yetirməlidir, bizim tələblərimizə əməl etməlidir”

Rusiyanın Yekaterinburq vilayətində azərbaycanlılara qarşı törədilən vəhşiliklərə rəğmən, bu ölkənin rəsmilərinin və mediasının ölkəmizə qarşı qaralayıcı kampaniya apardığı məlumdur.

Rusiya tərəfi vətəndaşlarımızın zorakılıqla qətlə yetirilməsinə və bəzilərinin isə qanunsuz həbsinə görə normal bəyanatlar vermək, üzr istəmək, təzminat ödəmək əvəzinə ənənəvi mövqeyindən əl çəkmək istəmir. Son olaya da keçən ilin dekabrında Rusiya səmasında vurulan mülki təyyarəmizlə bağlı olaya göstərilən münasibət sərgilənir. Rusiya necə ki, təyyarəmizin vurulmasına görə lazımi addım atmadı, indi də Yekaterinburq cinayətlərinə görə hər hansı bir yumşaldıcı addım atmaq niyyətindən uzaq olduğunu göstərir.

Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, iyulun 2-də Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov XİN-ə çağırılıb və bütün məsələlər, bizi narahat edən məqamlar, gözləntilərimiz, tələblərimiz onun diqqətinə çatdırılıb.

Son olayla bağlı Azərbaycan tərəfin narazılığı və narahatlığı vurğulanmaqla yanaşı, ötən ilin sonundan - münasibətlərə mənfi təsir edən Azərbaycan Hava Yollarına məxsus təyyarənin Rusiyanın hava məkanında vurulmasından sonra zəruri müvafiq tədbirlərin görülməməsinin və real vəziyyətin təhrif edilməsi cəhdlərinin, eləcə də Rusiya mediasında bir sıra rəsmi şəxslər və media nümayəndələri vasitəsilə ölkəmizə qarşı dezinformasiya kampaniyasının aparılmasının qəbuledilməz olduğu bildirilib.

“Ölkəmizin bu fəlakətlə bağlı Rusiya tərəfindən tam və şəffaf araşdırma aparılmasını, təqsirkarların müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmasını, zərərçəkənlərə kompensasiya ödənilməsini gözlədiyi, bu addımların ikitərəfli münasibətlərdəki mənfi əhval-ruhiyyənin aradan qaldırılması üçün böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb"-deyə XİN-in yaydığı məlumatda bildirilir.

Azərbaycan tərəfi təyyarəmizin vurulması zamanı Rusiya qarşısında hansı şərtlər irəli sürmüşdüsə, indi də müəyyən qədər ona uyğun tələblər ortaya qoyur. Təyyarə faciəsində Rusiya o tələbləri yerinə yetirmədi. Bu situasiyada da Rusiyanın Azərbaycanın hazırkı tələblərini yerinə yetirəcəyini nə dərəcədə gözləmək olar?

“...Azərbaycanlılara qarşı həyata keçirilən cinayətlərə görə də məsuliyyətdən yayınmağa, kompensasiya ödəməməyə çalışır”

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Rusiya atdığı bir sıra addımlarla Azərbaycan-Rusiya əlaqələrinə xələl gətirməyə davam edir, son baş verənlər də sanki bu prosesin davamıdır. “Biz dövlət və xalq olaraq Rusiyadan fərqli münsibət, fərqli addımlar gözlədiyimiz məqamda onların atdıqları addımlar vəziyyəti bir qədər də gərginləşdirir. Təbii ki, bununla bağlı Azərbaycanın rəsmi etirazı olmalı idi. On illər boyu bu ölkənin bizə qarşı etdiklərini bir tərəfə qoysaq belə, son olayla bağlı da Rusiyanın Azərbaycanın gözləntilərini doğrultmaması, xoşagəlməz münasibətlərin sərgilənməsi bu siyasətin hələ də davam etdiyini göstərir.

Ukrayna-Rusiya müharibəsi başlamazdan əvvəl 22 fevral 2022-ci ildə Azərbaycan və Rusiya prezidentlərinin Moskvada imzaladıqları qarşılıqlı fəaliyyət haqqında bəyannaməni əlimizdə əsas tutaraq Rusiyanın bizə qarşı xoşagəlməz addımlar atmalı olmadığını əsaslandıra bilərik. Çünki 43 maddəlik həmin o bəyannamənin müddəaları tamamilə fərqli məsələləri, mövqeni ortaya qoyur. Buna Rusiya prezidenti də imza atıb. Amma görünən odur ki, həmin o bəyannamənin müddəaları, o bəyannaməyə imza atan Putinin mövqeyi Rusiyada hörmətlə qəbul edilmir. Bu addımlar ya belə, ya da ümumilikdə Rusiya dövlətinin mövqeyi kimi qəbul edilməlidir.

Azərbaycana məxsus olan təyyarənin Rusiya hava məkanında vurulması, bu səbəbdən qəzaya uğraması Azərbaycan xalqında və dövlətində haqlı bir hiddət doğurdu. Təyyarəmizin vurulmasından aylar ötür, amma bu müddət ərzində Rusiya qarşısında irəli sürdüyümüz haqlı tələblər yerinə yetirilməyib. Bizim bu tələblər beynəlxalq hüquqa, beynəlxalq mülki aviyasiya sahəsində qəbul olunan qanunvericiliyə, Çikaqo Konvensiyasına və digər beynəlxalq hüquqi sənədlərə əsaslanmış tələblərdir. Əslində bu tələblərin sayı da çox deyil. Tələb odur ki, məsələ obyektiv şəkildə araşdırılsın, bu istiqamətdə şəffaflıq təmin olunmalı, təzminat ödənilməlidir və sair. Təyyarəmizin vurulmasına göstəriş verənlər Rusiyanın məsul şəxsləridir. Təyyarəmizin vurulmasına göstəriş verən və daha sonra onun hava limanına eniş etməsinə icazə verməyən şəxslər barədə ədalətli araşdırma aparılarsa hər şey aydın olacaq ki, bu prosesdə iştirak edən vəzifəli şəxslər kimlər olub. Ədalətli araşdırmadan sonra bu şəxslərin dairəsinin müəyyən olunması, həmin o şəxslərin məsuliyyətə cəlb olunması ilə bu hadisənin Rusiya tərəfindən törədilməsi məsələsi artıq öz təsdiqini tapacaq və bu, kompensasiyanın ödənilməsinə səbəb olacaq. Bu sadə məsələdir. Amma Rusiya tərəfi bu addımı atmaq istəmir, bu da Azərbaycan-Rusiya münasibətinə xələl gətirir. Çünki bu, Azərbaycanı öz strateji tərəfdaşı hesab edən, qarşılıqlı əməkdaşlıqda olan, müttəfiq bir dövlətin yanaşması deyil”.

X.Bəşirov qeyd etdi ki, aylardır təyyarəmizin vurulmasına görə Rusiyanın müvafiq addımlar atacağını gözlədiyimiz bir vaxtda digər bir hadisə baş verib. “Biz qeyri-dost, qeyri-müttəfiq bir hərəkətin şahidi olduq, azərbaycanlılara qarşı etnik mənsubiyyətlərinə görə bir proses başladılır, soydaşlarımızın hüquq-mühafizə orqanları tərəfindən saxlanılması adı altında döyülməsi, təhqir edilməsi, öldürülməsi və digər cinayətlərə məruz qalması prosesini görürük. Bu bizə təyyarə hadisəsinin heç də təsadüfi olmadığını bir daha təsdiq etməyə imkan verir, bir daha qənaətimizdə yanılmadığımızı göstərir.

Bu olay da təsdiqləyir ki, son hadisələr də təyyarəmizlə bağlı məsələ kimi xüsusi hazırlanmış hadisə olub. Bunlar planlaşdırılmış hadisələrdir.

Bunlara münasibətdə Azərbaycanın mövqeyində heç bir dəyişiklik yoxdur. Prezident İlham Əliyevin təyyarə faciəsi zamanı verdiyi bəyanatlar, söylədiyi fikirlər, irəli sürdüyü tələblər bu gün də qüvvədədir.

Azərbaycan tərəfin Rusiyaya yönəlik tələbləri bu gün də öz qüvvəsindədir. Rusiya tərəfin rəsmi qaydada üzr istəməsi ilə yanaşı, bu cinayətlərdə əli olanların, bilavasitə iştirak edən məsul şəxslərin müəyyən edilməsi, onların məsuliyyətə cəlb edilməsi, eyni zamanda Azərbaycan dövlətinə, eləcə də hadisə zamanı həyatını itirmiş, zərər çəkmiş şəxslərə, onların ailələrinə kompensasiyanın ödənilməsi tələbi qüvvədədir.

Son olay zamanı da Rusiya tərəfə eyni tələblər təqdim edildi. Azərbaycan XİN və digər rəsmi qurumlar tərəfindən tələblərimiz Rusiyanın diqqətinə çatdırılıb. Rusiya tərəfi ciddi faktlar qarşısında qalıb və məcburən Azərbaycanın tələblərinin yerinə yetirilməsi üçün müvafiq addımlar atmalıdır. Düzdür, Rusiya təyyarəmizin vurulmasına görə Azərbaycanın irəli sürdüyü tələblərə əməl etmək istəmədiyi kimi, azərbaycanlılara qarşı həyata keçirilən cinayətlərə görə də məsuliyyətdən yayınmağa, kompensasiya ödəməməyə çalışır. Təbii ki, Rusiya kompensasiya ödəmək istəmədyi üçün hər cür qarayaxma, şər kampaniyası aparır.

Putin Rusiyaya əvvəlkindən daha çox lazım olan Azərbaycanla münasibətlərini qoruyub saxlamaq istəyirsə, Azərbaycanın dəyişməyən tələblərini yerinə yetirməlidir, bizim tələblərimizə əməl etməlidir. Əks təqdirdə itirən və uduzan Rusiya olacaq”-deyə X.Bəşirov qeyd etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərarı...

21.10.2026 / 10:40
Pezeşkian dialoq üçün ABŞ qarşsında şərt qoydu - səmimiyyətini sübut etsin...

21.10.2026 / 10:32
Lerikdə dağlıq ərazidə dəfinə axtaran şəxs dərəyə yıxılaraq öldü

21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır - Aİ hesabatı

21.10.2026 / 10:15
Fransadakı iğtişaşların vurduğu ziyan 1 milyardı keçdi - analitiklər xəbərdarlıq etdi...

21.10.2026 / 09:40
Trampın oğlu İranla müharibəyə qarşı çıxdı – verdiyi vədlərə ziddir...

21.10.2026 / 09:26
Elçin Əmirbəyov NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşdü

21.10.2026 / 08:52
Azərbaycanda Türkiyə bayrağının endirilməsi iddiaları təkzib edildi - dezinformasiyadır...

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ