şənbə günü, 28 noyabr 2026
     

ABŞ Avropa ölkələrini Rusiyaya qarşı müharibəyə səfərbər edir

Image


Rusiya və ABŞ arasında getdikcə daha sürətlə pisləşən münasibətlər tərəflərin hərbi müstəvidə də qarşı-qarşıya gəlmək ehtimalını artırır. Görünür, elə bu səbəbdəndir ki, tərəflər intensiv şəkildə mümkün müharibəyə hazırlıq işləri görür. Bu fonda ABŞ-ın diqqət yetirdiyi əsas məsələ Rusiya ətrafında mümkün qədər çox ordu qüvvələri cəmləşdirməkdir.
Bu məsələ ABŞ müdafiə naziri Eşton Karterin Avropaya səfərində də əsas müzakirə mövzusudur. O, müttəfiqləri Avropanın qarşılaşdığı təhlükələrə cavab vermək üçün birgə işləməyə təşviq etmək məqsədilə Almaniya, Estoniya və Belçika rəsmilərini yola gətirmək niyyətindədir. ABŞ rəsmilərinin bildirdiyinə görə, Eşton Karterin NATO-nu Rusiyanın Krımı ilhaq etməsi və Ukraynada separatçılara dəstək verməsinin ardınca "soyuq müharibə dövrünün sxemini hazırlamağa" dəvət etməsi ilə bağlı məsələ Vaşinqtonun xüsusi maraq dairəsindədir. Eşton Karter özü isə Rusiya məsələsinin getdikcə böyüdüyünü bildirir: "ABŞ və NATO-dakı müttəfiqləri Rusiya ilə ciddi fikir ayrılığının uzunmüddətli xarakter daşıyacağı qənaətindədir və bu mərhələdə Moskva ilə sərt və balanslaşdırılmış münasibət qurmaq niyyətindədir. ABŞ müttəfiqləri ilə birlikdə Rusiyaya qarşı sərt və balanslaşdırılmış münasibəti saxlamağı planlaşdırır, eləcə də Avropada NATO dövlətlərinin təhlükəsizliyini gücləndirməyi nəzərdə tutur".
-ABŞ müdafiə naziri bəyan edib ki, Rusiya təsəvvür oluna biləcək gələcəkdə öz xarici siyasət kursunu dəyişməyəcək. Ona görə də NATO bloku hətta Vladimir Putinin prezidentliyinin başa çatmasından sonra Moskva ilə qarşıdurmaya hazırdır. Eşton Karterin bildirdiyinə görə, ABŞ və onun müttəfiqlərinin Rusiya ilə qarşıdurmasının Vladimir Putinin öz postundan getməsindən sonra da davam edəcəyi aydındır":Rusiya nə Vladimir Putinin rəhbərliyi altında, nə də ondan sonra dəyişə bilər. Mən dəyişikliklər dedikdə bu gözləntiləri nəzərdə tuturam".
Bu arada xatırladaq ki, ötən həftə Putin Rusiyanın nüvə arsenalına istənilən raketdən müdafiə sistemini dəf edə bilən 40 yeni qitələrarası ballistik raketin əlavə olunduğunu açıqlayıb. Rusiya prezidenti bunu NATO-nun ölkə sərhədlərinə doğru yeni qüvvələr yerləşdirməsi ilə izah edib. NATO müdafiə nazirləri isə Rusiyanın nüvə təhdidinə qarşı planın müzakirəsinə başlayıb. Qərbdə deyirlər ki, heç SSRİ indiki Rusiya kimi nüvə silahı ilə açıq-aşkar hədələmirdi. Siyasi analitik Melkulanqara Bxadrakumar isə bildirib: "Baltikyanı dövlətlərdə NATO-nun hərbi qruplaşmasının gücləndirilməsi yolu ilə Rusiyanın sərhədlərinə hərəkət edən Vaşinqton Moskvanın artan nüvə arsenalını öz yolunda ciddi maneə kimi görür".
Mətbuat qeyd edir ki, Polşa, Rumıniya, Latviya, Litva, Bolqarıstan və Estoniyada ağır hərbi texnikanın yerləşdirilməsi, beləliklə də Şimali Atlantika İttifaqının genişlənməsi Pentaqonun strateji planının bir hissəsidir. Ekspertin fikrincə, ABŞ özünün ən böyük Qərb müttəfiqləri vasitəsilə Rusiya ilə qarşıdurmanın modelinə keçir. Bu ölkələrin üzun müddət Rusiya ilə qarşıdurmadan çəkindiyini deyən analitik hazırda Ağ Ev və NATO-nun tandem yaratdığını bildirib: "Rusiyanın Birləşmiş Ştatlarların hegemonluğunu şübhə altına almasına Vaşinqton təmkin göstərə bilmir. Moskvanın beynəlxalq səhnədə müstəqilliyi yalnız Vaşinqtonun regional strategiyalarının reallaşdırılmasına mane olmur, həm də suveren siyasət həyata keçirməyə çalışan başqa ölkələr üçün "pis nümunə" olur. Rusiyanın nüvə arsenalını artırmaq cəhdi ABŞ-ın "Yeni Amerika əsri" geosiyasi layihəsinin reallaşdırılması ilə bağlı ABŞ-ın cəhdlərinə əngəl törədir. Artıq "Soyuq müharibə" dövründəki təmkinliliyin saxlanması siyasəti Vaşinqton üçün əlverişli deyil". "The Wall Street Жournal" nəşri isə Rusiyanın ABŞ üçün daha böyük problem olduğunu yazır: "Kreml təcavüzkar casusluq, təbliğatçılıq hücumları, kiberhücumlar, iqtisadi sanksiyalar, energetika siyasəti, gözlənilməz hərbi təlimlər və hava məkanının pozulması ilə qonşularını qorxudur". Avropa Siyasətinin Analiz Mərkəzinin vitse-prezidenti Edvard Lukasın sözlərinə görə, əslində bu ölkələr Qərblə Vladimir Putinin hibrid müharibəsinin cəbhə xəttindədir və Putin qalib gəlir. O qeyd edir ki, Skandinaviya-Baltikyanı-Polşa doqquzluğunun (NBP9) ümumi daxili məhsulu 2,3 trilyon dollar təşkil edir. Rusiyada isə bu rəqəm 1,7 trilyon dollardır. Amma müəllif bildirir ki, NBP9 ölkələrinin ümumi illik müdafiə xərcləri 33 milyard dollar olduğu halda, Rusiyada bu rəqəm təxminən iki dəfə çoxdur. Bu şəraitdə Lukas qeyd edir ki, ABŞ həmişəki kimi Avropada risqi öz üzərinə götürməli və pulu xərcləməli olacaq: "NATO-nun nüfuzu ondan asılı olacaq ki, ittifaq NBP9-un təhlükəsizliyinə zəmanət verə biləcəkmi? Amerikanın geri çəkilməsi potensial olaraq başqa regionlarda, məsələn Sakit okeanda faciəli nəticələrə gətirib çıxaracaq. ABŞ-ın Yaponiya, Tayvan və Cənubi Koreya kimi müttəfiqləri, çətin ki, bundan sonra Amerikanın təhlükəsizlik zəmanətlərinə etibar etsinlər. NBP9-un gələcəyi ABŞ-ın təsirindən asılıdır, həm də Amerikanın gələcək təsiri NBP9-dan asılıdır.
Bir sözlə, ABŞ-ın gələcək təsiri və NBP9-un gələcəyi Putinə cavabdan asılıdır". Görünür, elə bu səbəbdəndir ki, ABŞ AVropaya daha çox hərbi qüvvə cəmləşdirməklə Moskvaya təsir göstərmək istəyir. Lakin hərbi gücünə güvənən Kreml də geri çəkilmək niyyətində deyil və bu, tərəflər arasında müharibə ehtimalını artırır.
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ