şənbə günü, 28 noyabr 2026
     

Qərb Yunanıstanı "Türk axını" xəyanətinə görə cəzalandırır

Image


İflas elan etməyə hazırlaşan Yunanıstanın Rusiya ilə son dövrlərdə sıx işbirliyi qurması Qərbdə, xüsusən də ABŞ-da böyük narazılıqla qarşılanmaqdadr. Xüsusilə enerji sferasında tərəflər arasında qurulan işbirliyi, Afinanın "Türk axını"na verdiyi dəstək Qərbdə sözün əsl mənasında qəzəb doğurur.
Xatırladaq ki, bir neçə gün əvvəl Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forum zamanı Rusiya ilə Yunanıstan arasında "Türk axını" qaz kəməri layihəsinə dair anlaşma memorandumu imzalanıb. Sənədi Rusiya tərəfdən energetika naziri Aleksandr Novak və onun yunan həmkarı Panayiotis Lafazanis imzalayıb. Bu, "Türk axını" layihəsinə dair imzalanan ilk rəsmi sənəddir. Aleksandr Novak bildirib ki, Yunanıstana qədər uzanacaq kəmərin illik gücü 47 milyard kubmetr olacaq. Onun sözlərinə görə, layihənin inşası üzrə Yunanıstana lazım olacaq vəsaitin hamısını Rusiya kredit şəklində ayıracaq. Yunanıstanın energetika naziri Lafazanis bəyan edib ki, müqavilə Avropa İttifaqına qarşı yönəlməyib. Bununla belə, Novak kəmərin tikintisinin Avropa İttifaqının mövqeyindən asılı olacağını da vurğulayıb. Xatırladaq ki, "Türk axını" marşrutunun bir hissəsi Azərbaycan qazının Avropaya nəqli üçün nəzərdə tutulan Cənub Qaz Dəhlizini təkrarlayır. Kəmər Türkiyənin Yunanıstanla sərhədinə TANAP kəməri ilə eyni məntəqədə çıxmalıdır. Azərbaycan qazının nəqli üçün seçilən TAP kəməri layihəsinin əsas tranzit ölkəsi olan Yunanıstan son zamanlar bu layihəyə əngəllər yaratmağa, Azərbaycanla əldə edilmiş energetika razılaşmalarına yenidən baxmaq barədə xəbərdarlıqlar etməyə başlayıb.
Eyni vaxtda yunan solçu hökuməti Rusiya prezidenti Vladimir Putinlə sıx təmasa keçib. Putin Yunanıstanı "Türk axını" layihəsinə qoşmaq üçün Afinaya maliyyə yardımı, kəmərin tikintisi üçün kredit vəd edib. Avropa İttifaqı ilə borc danışıqlarının dalana girdiyi bir vaxtda Yunanıstan baş naziri Aleksis Tsipras Rusiyaya səfər edərək Putinlə anlaşıb. Belə görünür ki, Rusiya yunanlar vasitəsilə istəyinə nail olmaq niyyətindədir. Lakin məsələyə skeptik yanaşanlar da var. Məsələn, iqtisadçı-ekspert Vüqar Bayramov qeyd edir ki, "Türk axını" ətrafında son baş verənlərin regionda sadəcə yeni bir geosiyası oyuna hazırlıq olduğu istisna edilmir". Onun sözlərinə görə, ciddi maliyyə sıxıntısı içərisində çabalayan rəsmi Afina bu məsələdə Qərbin ona tanıdığı "sərhədlər" daxilində manevr etməyə çalışacaq: "Son dövrlər heç də bütün hallarda beynəlxalq öhdəliklərə sadiq qalmayan Yunanıstanın "Moskva sevgisinin" sonadək davam edəcəyini proqnozlaşdırmaq çətindir. Yunanıstanla Rusiya arasındakı anlaşma indiki halda hər iki tərəf üçün sərfəli görünür. Afinanın bununla, potensial maliyyə cəlb etməyə çalışmaqla yanaşı, Rusiyanın bir sıra aparıcı dövlət şirkətlərini özəlləşdirilməsinə əsas olmayan payçı kimi cəlb etməyə çalışacağı da istisna deyil. Sanksiyalardan əziyyət çəkən rəsmi Moskva isə son anlaşma ilə Avropa bazarına çıxışını gücləndirməyə çalışır. Avropa İttifaqı digər regional layihələrə, xüsusən də TANAP və TAP-a alternativin olduğunu nümayiş etdirməklə Xəzər regionunda özü üçün daha məqbul şərtlərlə möhkəmlənməyə üstünlük verir. TAP layihəsi ətrafında Avropanın bir sıra ölkələrində səsləndirilən son spekulyativ bəyanatlar da məhz buna hesablanıb". İqtisadçı bildirib ki, Yunanıstan sadəcə Brüsselin deyil, eləcə də borclu olduğu beynəlxalq maliyyə qurumlarını nəzarətdə saxlayan Vaşinqtonun da rəyini nəzərə almalıdır: "Mövcud oyun qaydalarına uyğun olaraq Rusiya Cənubi Avropa bazarına daha real şəkildə daxil olan zaman Vaşinqtonun bu məsələdə ciddi təzyiqinin müşahidə ediləcəyi gözlənir.
Əslində, mövcud geosiyasi və geoekonomik faktorları nəzərə aldıqda TAP Avropa üçün daha əlverişli və səmərəlidir. Əvvəla, kəmər Rusiyadan kənar keçdiyi üçün avropalılara "Qazprom"un dominantlığını zəiflətməyə yardım edir. İkincisi, yalnız Xəzəryanı ölkələrin deyil, eyni zamanda İraqın da kəmərə qoşulması imkanları Avropaya qaz nəqlini fasiləsiz və rentabelli edir. Üçüncüsü, TAP-ın illik ötürmə qabiliyyəti 60 milyard kubmetrədək artırıla bilər ki, bu da Mərkəzi-Şərqi Avropa ölkələrindən Bolqarıstanla yanaşı, digər dövlətlərin də daxili şəbəkə vasitəsilə layihədən faydalanmasına və "Qazprom" asılılığını azaltmasına imkan verəcək". Yuxarıda qeyd olunduğu kimi, Qərb indiki məqamda yunanların ruslarla işbirliyinə də müsbət yanaşmır. Elə bu səbəbdən sözügedən ölkənin defoltdan xilası üçün artıq Afinaya maliyyə yardımı ayrılmayacağı vurğulanır. Yunanıstan Milli Bankının rəhbəri Louka Katseli isə ölkənin borcları ilə bağlı Avropa ilə razılığın əldə olunmamasını böyük problem adlandırır. O deyib ki, vəziyyət ciddidir və razılıq əldə edilməzsə, situasiya daha da pisləşə bilər. Hesab edilir ki, Qərb Yunanıstanı cəzalandırmaqda israrlıdır. Yunanlar isə bunun əvəzində həm avrozonanı, həm də Avropa İttifaqını tərk edə biləcəklərini bəyan edirlər. Amma yunanların bu hədəsi artıq Qərbə elə də ciddi təsir etmir. Eyni zamanda, Qərb Azərbaycandan uzanan enerji layihələrinin icrasını sürətləndirmək üçün də fəal hərəkətə keçib.
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ