şənbə günü, 28 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Yunanıstan ABŞ və Avropa əleyhinə ilk rəsmi "qazlı imzanı" atdı
Tarix: 20.06.2015 / 02:48
Bölmə: Siyasət
Qərbin Avropanı Rusiya asılılığından qurtarmaq layihəsi rüsvayçı məğlubiyyətə uğraya bilər
Yunanıstanın baş naziri Aleksis Tsiprasın Rusiya səfəri Qərb ölkələrində, xüsusən də Moskvadan olan enerji asılılığına son qoymaq istəyən dövlətlərdə də xüsusi maraqla izlənirdi. Çünki səfər fonunda Yunanıstanla Rusiya arasında "Türk axını" ilə bağlı hökumətlərarası anlaşma memorandumunun imzalanacağı gözlənirdi. Bunun imzalanmaması üçün rəsmi Afinaya Avropa və ABŞ tərəfindən dəfələrlə xəbərdarlıq edilsə də, heç bir nəticə hasil olmayıb.
Belə ki, Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forum zamanı Rusiya ilə Yunanıstan arasında "Türk axını" qaz kəməri layihəsinə dair anlaşma memorandumu imzalanıb. Sənədi Rusiya tərəfdən energetika naziri Aleksandr Novak və onun yunan həmkarı Panayiotis Lafazanis imzalayıb. Bu, "Türk axını" layihəsinə dair imzalanan ilk rəsmi sənəddir. Aleksandr Novak bildirib ki, Yunanıstana qədər uzanacaq kəmərin illik gücü 47 milyard kubmetr olacaq. Onun sözlərinə görə, layihənin inşası üzrə Yunanıstana lazım olacaq vəsaitin hamısını Rusiya kredit şəklində ayıracaq.
Yunanıstanın energetika naziri isə bəyan edib ki, müqavilə Avropa İttifaqına qarşı yönəlməyib. Beləliklə, Avropadan yeni kredit ala bilməyən yunanlar Rusiya ilə əməkdaşlıqlarını dəriləşdirməyə başlayıblar. Ekspertlər hesab edir ki, Moskvanın maliyyə yardımları və kreditləri yunanları Kremllə işbirliyinə şirnikləndirir. Belə vəziyyət isə Rusiyanın enerji asılılığından xilas olmaq istəyən Avropa üçün yaxşı heç nə vəd etmir. Hesab olunur ki, Avropa Yunanıstana pul ayırmasa, bu ölkə tam şəkildə Rusiyanın orbitinə keçəcək. Yunanıstan Mərkəzi Bankı artıq xəbərdarlıq edib ki, beynəlxalq kreditorlar Afinaya əlavə maliyyə yardımının göstərilməsi barədə razılığa gələ bilməsə, ölkə yeni defolt elan edərək Avropa İttifaqından çıxa bilər: "Sövdələşmə alınmasa, bu əvvəlcə defoltla, sonradan isə ölkənin avrozonadan və çox güman ki, Avropa İttifaqından da çıxması ilə nəticələnə bilər". Yunanıstanın baş naziri isə beynəlxalq kreditorların onun hökümətilə təhqiramiz rəftar etdiyini qeyd edib.
Rəsmi Afina təqaüdlərin ixtisarı və vergilərin artırılması tələblərinə boyun əymək niyyətində olmadığını vurğulayır. Avropa İttifaqı Yunanıstana maliyyə yardımının verilməsi əvəzində Afinadan hökumət xərclərinin ümumilikdə 2 milyard avro məbləğində azaldılmasını tələb edir. Bununla razılaşmayan Yunanıstan tədricən Rusiyaya meyllənir. Vəziyyətdən istifadə edən Moskva isə öz enerji maraqlarını reallaşdırmağa çalışır.
Rusiyanın energetika naziri bu fonda deyib ki, "Türk axını"nın dəniz hissəsinin tikintisi bu ayın sonunda başlayacaq. Onun sözlərinə görə, baza variantı kimi kəmərin Yunanıstan, Makedoniya, Serbiya və Macarıstandan keçməsi planlaşdırılır. Daha sonra kəmərlə nəql olunacaq Rusiya qazı Avstriyanın Baumqarten regionunda paylanma məntəqəsinə daxil olacaq.
Bununla belə, Novak kəmərin tikintisinin Avropa İttifaqının mövqeyindən asılı olacağını da vurğulayıb. Xatırladaq ki, "Türk axını" marşrutunun bir hissəsi Azərbaycan qazının Avropaya nəqli üçün nəzərdə tutulan "Cənub qaz dəhlizi"ni təkrarlayır. Kəmər Türkiyənin Yunanıstanla sərhədinə TANAP kəməri ilə eyni məntəqədə çıxmalıdır. Həmçinin, Azərbaycan qazının nəqli üçün seçilən TAP kəməri layihəsinin əsas tranzit ölkəsi olan Yunanıstan son zamanlar bu layihəyə əngəllər yaratmağa, Azərbaycanla əldə edilmiş energetika razılaşmalarına yenidən baxmaq barədə xəbərdarlıqlar etməyə başlayıb. Məsələn, DESFA qazpaylayıcı şirkətinin 66%-lik səhm paketinin SOCAR-a satılmasına yeni yunan hökuməti ciddi maneələr yaradır. Yunanıstanın energetika naziri qeyd edir: "Yunanıstan hökuməti DEPA qaz şirkətini dövlət mülkiyyətində, ölkənin qazpaylayıcı sistemi operatoru DESFA-nı isə Avropa Komissiyasının Rəqabət üzrə Baş Direktorluğu qərar verdikdən sonra dövlət nəzarətində saxlamağa səy göstərmək niyyətindədir. Müəssisə işçilərinin nümayəndələri DEPA və DESFA şirkətlərinin hər hansı şəkildə özəlləşdirilməsinin əleyhinə olduqlarını bildirərək, bu şirkətlərin satışının iqtisadiyyata, istehlakçılara və məşğulluğa ciddi mənfi fəsadlarla nəticələnəcəyini vurğulayıblar. Onlar, həmçinin, sabiq hökumətin təbii qazın paylaşdırılması bazarının liberallaşdırılması siyasəti ilə qəti surətdə razı olmadıqlarını, bunun istehlakçılar üçün kəskin bahalaşma ilə nəticələnəcəyindən narahat olduqlarını bildiriblər. DEPA şirkəti dövlət mülkiyyətində və dövlət nəzarətində qalmalıdır və qalacaq. DESFA şirkətinə gəlincə isə, Avropa Komissiyasının Rəqabət üzrə Baş Direktorluğu qərar verdikdən sonra müəssisənin nəzarət paketinin dövlət nəzarətində qalması istiqamətində səylər göstəriləcək". Qeyd edək ki, Yunanıstanın yeni hökuməti SOCAR-a DESFA-dakı payını azaltmağı təklif etsə də, Azərbaycan buna razı olmayacağını bildirib. İstisna deyil ki, bu məsələdə də yunanlar Rusiya ilə razılşmaya getsin. Çünki yunan qazpaylacı şəbəkələrinə Moskva da yaxından maraq göstərir. Bu, "Türk axını" baxımından da vacibdir.
Hazırda "Türk axını"na mane olan əsas faktor Türkiyə faktorudur. Xatırladaq ki, Türkiyənin energetika naziri Taner Yıldız Rusiyaya məsələ ilə bağlı nəzərdə tutulan kritik səfərini qəfil ləğv edib. Düzdür, Rusiya mənbələri xəbər verib ki, Türkiyə tərəfi bu layihəyə dair əvvəl əldə edilmiş razılaşmalara sadiqdir və kəmərin Türkiyə hissəsinin marşrutu dəqiqləşdirilib. Mənbələr Qərbin də "Türk axını" layihəsindən narahat olduğunu və bu narahatlığın Türkiyə tərəfinə çatdırıldığını deyir. Türkiyənin tərəddüdlərinə səbəb olan növbəti amil isə Rusiyanın bu ölkəyə satdığı qazın qiymətində gözlənilən səviyyədə endirimə getməməsi hesab edilir. Lakin "Türk axını"nın həyata keçməsi Ankaradan əhəmiyyətli dərəcədə asılıdır.
DİGƏR XƏBƏRLƏR
Tarix: 27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...
Tarix: 27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...
Tarix: 27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...
Tarix: 27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...
Tarix: 27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...
Tarix: 27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...
Tarix: 27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...
Tarix: 27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür
Tarix: 27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək
Tarix: 27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır
Tarix: 27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var -
adam rüşvəti kimdən alıb...
Tarix: 27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir -
siyahıda Türkiyə və Qırğızıstan da var...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...
Tarix: 26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...
Tarix: 26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..
SON XƏBƏRLƏR
27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...
27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...
27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...
27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...
27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...
27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...
27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...
27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?
27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür
27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək
27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs:
"Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib
27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır
27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var -
adam rüşvəti kimdən alıb...
27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir -
siyahıda Türkiyə və Qırğızıstan da var...
27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...
27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi
27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür...
Konstitusiya uğrunda...
27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir -
siyasi qərar verildi...
27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...
27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi
27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu
– Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...
27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi
27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar
27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq
– Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...
27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...
27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...
27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı
27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir
– biz hücum etmədik...
27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal
– Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi
27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası
– məşhur aparıcı və həyat yoldaşı saxlanıldı
27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı –
45 milyard avronun taleyi...
27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi
– Bakıdan müsbət mesajlar verildi...
27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı
27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu
27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ
27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...
27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var"
- Estoniyalı nazir
27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili
27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu
- Anar Nəbiyevlə müsahibə
27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı
27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...
27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər
27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin
– YENİ TƏKLİF...
27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR
27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...
27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb
27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
- FOTO
27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya
- tələblər açıqlandı
27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı
– həkimlə bağlı iş yenidən açılır...
27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi
27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi
27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı
- FOTO
27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”
27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal
- Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...
26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq
- Aralıq dənizini müharibə zonasına çevrilməyin…
26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi
26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?)
- PJAK-la müharibə...
26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam
26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...
26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov
26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...
26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə
- Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…
26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir
26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır
- 3 noyabr dərs olmadı...
26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər
- FOTO
26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir
26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı -
Müəmma…
26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...
26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)
26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...
26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...
26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...
26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var
- nə baş verir...
26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri
26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...
26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...
26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..
26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı
26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...
26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat
- ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…
26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...
Tarix: 23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
XƏBƏR ARXİVİ