şənbə günü, 28 noyabr 2026
     

“The Guardian” “iş başında” yaxalandı

Image


İsrailli fotoreportyor Tomer İfrah onun "The Guardian” qəzetində dərc edilmiş Azərbaycan haqqında fotoreportajına verilmiş şərhlərin ona məxsus olmasını təkzib edib. Fotoreportyor "Region Plus” jurnalının müxbirinə verdiyi müsahibədə bildirib ki, Britaniya qəzeti Bakının ünvanına tənqidin əks olunduğu bütöv abzasları onun sözləri kimi təqdim edib.

"Region Plus” jurnalı "The Guardian”ın dərc etdiyi reportajı onun "The Calvert Journal”da dərc edilmiş orijinal variantıyla müqayisə etdikdən sonra yol verilmiş saxtakarlığı üzə çıxarıb.

Məlum olub ki, daha əvvəl T. İfrahın Azərbaycan haqqında reportajı Avropanın müxtəlif mətbu nəşrlərində dərc edilib və yalnız müəllifin müsbət rəyləri ilə müşayiət olunub.

"The Guardian” bu materialı "The Calvert Journal”dan götürərək yenidən dərc edib və oraya Azərbaycan əleyhinə replikalar əlavə edib ki, erməni mətbuatı da dərhal bundan "faydalanıb”. Üstəlik "The Guardian” materialın adını dəyişərək, israilli jurnalistin fotoreportajının ümumi üslubu və mənası ilə heç bir əlaqəsi olmayan fərqli başlıqla dərc edib.

- Tomer, Britaniyanın "The Guardian” qəzetində dərc edilmiş fotoreportajın sizə aidiyyəti varmı, qəzet Azərbaycan haqqında reportajınızın bu şəkildə dərc edilməsini sizinlə razılaşdırıbmı?

- Azərbaycan haqqında fotoreportajımı mən əvvəlcə "The Calvert Journal”ın (TCJ) müəllifinə təklif etdim. Baş ofisi Londonda yerləşən bu jurnal böyük nüfuza malikdir, əsasən Rusiya və keçmiş Sovet İttifaqı ölkələri haqqında reportajlara üstünlük verir. Jurnal, həmçinin "The Guardian” və"Business Insider” kimi jurnallarla da əməkdaşlıq edir. Onlar "The Calvert Journal”da dərc edilmiş materiallardan istədiklərini seçərək təkrar dərc edirlər. Mənim Azərbaycan haqqındakı fotoreportajımla da bağlı eyni hal baş verdi. "The Calvert Journal”ın müəllifi məndən müsahibə aldıqdan sonra reportajım və müsahibəm "The Calvert Journal”ın http://calvertjournal.com/features/show/4162/contemporary-azerbaijan-tomer-ifrah-photography-diary-travel saytında dərc edildi.

Bir neçə gün sonra dünyanın müxtəlif guşələrindən çox xoş şərhlər daxil olmağa başladı. "The Calvert Journal”ın müəllifi mənimlə əlaqə saxlayaraq bildirdi ki, Britaniyanın "The Guardian” nəşri Azərbaycan haqqında fotoreportajımla maraqlanıb. O, mənim reportajımın orada dərc edilməsinə razı olub-olmadığımı soruşdu. Mən razılaşdım (bu günə qədər digər materillarımı da "The Guardian” təkrarən dərc edib). Lakin mən bu məsələ ilə bağlı "The Calvert Journal”ın müəllifindən başqa heç kimlə təmasda olmamışam.

-"The Guardian” qəzetində dərc edilmiş materialda məhz hansı sitatlar sizə aid deyil?

-Hər fotoşəklin altında onu müşayiət edən bir yazı var ki, bir paraqrafda reportajın detallarını təsvir edir və Azərbaycan haqqında ümumi informasiya verir. Bu yazılar iki hissədən ibarətdir. Bir hissə "The Calvert Journal”da dərc edilmiş sitatlarım və sözlərimdir, burada olduğum yerlər, çəkdiyim insanların və yerlərin şəkilləri haqqında ümumi izahlar və s. vermişəm. İkinci hissə isə "The Guardian”ın öz mətnləridir ki, bu da əsasən I Avropa Oyunlarına, digər sosial və iqtisadi məsələlərə aiddir.

Qeyd etmək lazımdır ki, mənim "The Guardian” qəzetində dərc edilmək üçün "The Calvert Journal”dan götürülmüş sözlərim dırnaq içinə alınıb ('example') və bu, belə də olmalı idi. Lakin onlar o qədər kiçik verilib ki, güclə nəzərə çarpır. Anlaşılmazlıq da elə bundan yaranıb - mənim sitatlarım və "The Guardian” qəzetinin Avropa Oyunları barəsində və digər məsələlərə dair mətnləri ardıcıllıqla verilib və belə təəssürat yaranır ki, bütün bunlar mənim sözlərimdir. Beləliklə, "The Calvert Journal”ın səhifələrində dərc olunanlar mənim sözlərimdir. Qalan nə varsa, mənə aid deyil. Mənim mətnimin orjinalı ilə tanış olmaq istəyənlər xahiş edirəm "The Calvert Journal” a müsahibəmi diqqətlə oxusun.

- Belə çıxır ki, sizin fotoreportajınızı Azərbaycana qarşı istifadə ediblər? Lakin biz bilirik ki, sizin siyasətlə heç bir işiniz yoxdur və faktiki olaraq sizi zərbə altına qoyublar...

- Bu reportaj"The Moscow Times” nəşri, Amerikanın səyahətlər haqqında "Roads&Kingdoms" kitabı, "The Guardian” qəzeti, Almaniyanın həftəlik "Die Welt” qəzeti də daxil olmaqla, 10 müxtəlif mətbu orqanında dərc edilib. Mənim Azərbaycan haqqında təəssüratlarım çox gözəl idi və bütün bunlar bu mətbu orqanların səhifələrində öz əksini tapmışdı. Mən bu nəşrlərə müxtəlif müsahibələrimdə öz təəssüratlarımı və təcrübəmi bölüşmüşəm, bu, "The Calvert Journal”a verdiyim müsahibəyə də aiddir. "The Guardian” qəzetində dərc edilmiş mətnin digər hissəsinə görə isə məsuliyyəti bu qəzet daşıyır .

- Baş verən bu insidentlə bağlı hər hansı tədbir görəcəksinizmi?

- Mən bu məsələni"The Calvert Journal”ın müəllifi ilə aydınlaşdırmağa hazırlaşıram, çünki o, müsahibəmin "TheGuardian” qəzetində dərc edilməsi ilə bağlı təmasda olduğum yeganə insandır.

Lakin bir məsələdən razıyam ki, "The Guardian” qəzetində dərc olunmuş materialla bağlı daxil olan şərhlərin əksəriyyəti mənim Azərbaycan haqqındakı fotolarımla əlaqədardır. Şərhlərdə bu yerlərin çox maraqlı olduğu bildirilir. İnsanlar bu ölkəyə heyran qalıblar, şərhlərin hamısı fotolara aiddir. Adətən fotoreportaj olan yerdə künc və ya aşağı hissələrdə yazılmış kiçik mətnlər o qədər də nəzərə çarpmır.

- Zəhmət olmasa, planlarınızla bölüşərdiniz. Azərbaycanda həyata keçirmək istədiyiniz layihələriniz yenə varmı?

Əlbəttə! Mən bunu çoxdan planlaşdırıram. Bu, Azərbaycanın tarixi və eləcə də müasir Azərbaycan haqqında landşaft layihəsidir. Bu dəfə bu, rəngli, orta formatlı film olacaq. Mən bütün araşdırmaları aparmışam və layihəyə başlamağı səbirsizliklə gözləyirəm. Planlaşdırdığım layihə KİV-də, sərgilərdə, onlayn qaydada beynəlxalq aləmin daha çox diqqət mərkəzində olacaq. Ancaq mənim ən başlıca məqsədim Azərbaycanın tarixindən bəhs edəcək kitabdır. Bu, uzun illər nəticə verəcək layihədir. İndi mən San Paoloda layihə üzərində işləyirəm, amma mənim əsas prioritetim Azərbaycandır. Mən həqiqətən də işə başlayacağım günü səbirsizliklə gözləyirəm.

İndi isə «The Guardian»da dərc edilmiş reportajda T. İfrahın haqqında bəhs etdiyi saxtakarlıqları təqdim edirik

1. «The Calvert Journal» qəzetindəki normal başlığı «The Guardian» nəşri antiazərbaycan sərlövhəsi ilə əvəz edib (narıncı rənglə qeyd edilib)

2. a) «The Guardian» T. İfrahın demədiklərini onun ayağına yazır. Guya fotoqrafa məxsus olan iki cümləlik sitatın (narıncırənglə qeyd edilib) birinci cümləsindı müəllifin sözləri təhrif edilib (burada tamamilə neytral different (yəni, tam fərqli mənzərə ilə rastlaşdım) sözü neqativ məna verən confounded (yəni, gördüklərimdən məyus oldum) sözü ilə əvəz edilib). İkinci cümlədə isə T.İfrahın ümumiyyətlə demədiyi sözlər onun ayağına yazılır:People live in poverty… (camaat kasıbçılıq içində yaşıyır)

b)Bu sitatdan dərhal sonra «The Guardian» özlərinin uydurduğu daha bir cümləyə yer verir (yaşıl rənglə qeyd edilib). Üstəlik sitatı qəzet adətən istifadə erdiyi dırnaq işarəsilə deyil, çox çətin seçilən dırnaqla işarələyib ki, bundan da belə təəsürat yaranır ki, sitatdan kənar ifadələr də T. İfraha aiddir.

P.S. Son ay ərzində Britaniyanın "The Guardian” qəzeti Azərbaycan haqqında 40-dan çox məqalə dərc edib. Əslində, Avropa nəşrinin ilk Avropa Oyunlarının keçirildiyi ölkəyə bu qədər yüksək maraq göstərməsində təəccübülü heç nə yoxdur. Qəribəsi isə budur ki, Britaniya nəşrinin materiallarında Avropa Oyunları mövzusuna cəmi bir neçə dəfə toxunulub ki, o da Azərbaycana hücumlara bir səbəb kimi. Əlbəttə, bu və ya digər ölkənin ünvanına tənqid normal haldır, amma bu tənqid açıq-aydın şəkildə çərçivədən çıxırsa, bu halda oxucunun bir ölkənin nəşrinin başqa dövlətə nə üçün belə "böyük qayğı" göstərməsini düşünməyə haqqı var. T.İfrahın fotoreportajı ilə bağlı hadisədə olduğu kimi, saxtakarlığın aşkar edilməsi heç suallar üçün də yer qoymur – "The Guardian” təkcə mənəvi-etik normaları deyil, həm də Britaniya qanunvericiliyini pozur. Britaniyaya, eləcə də dünya oxucusuna nə dərəcədə hörmət etməmək lazımdır ki, ona bu cür yalanı sırıyasan.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ