"Növbədənkənar prezident seçkilərinin keçirilməsinə ehtiyac yoxdur və bunu məqsədəuyğun hesab etmirəm", - deyə o vurğulayıb.
Rusiya parlamentinin aşağı palatası sədrinin sözlərinə görə, Dövlət Dumasına seçkilər vaxtından 3 ay əvvəl keçirilib və bu prinsipial məqam deyil: "Demək olar ki, bu texniki qərardır. Prezident seçkiləri üçün isə bu sadəcə olaraq arqument deyil”.
Qeyd edək ki, Dumada iyunun 19-da keçirİləcək plenar iclasda ilk oxunuşda parlament seçkilərinin vaxtının dəyişdirilməsi məsələsinə baxılacaq.