şənbə günü, 28 noyabr 2026
     

"Avropa Məhkəməsinin qərarında Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi və etnik təmizləmə faktı əksini tapıb”

Image


Avropa İnsan Haqları Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərovun APA-ya müsahibəsi

- Avropa İnsan Haqları Məhkəməsi Böyük Palatasının "Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə çıxardığı qərar Azərbaycana hansı üstünlüklər qazandırıb?

- Avropa İnsan Haqları Məhkəməsinin qərarı hüquqi məcburiyyəti əks etdirən hüquqi sənəddir. Bu, ilk məhkəmə sənədidir ki, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktı sübut və təsdiq olunur. Avropa İnsan Haqları Məhkəməsinin qərarında bildirilir ki, Azərbaycanın işğal altında olan ərazilərində insan hüquqlarının pozuntusu ilə bağlı bütün hallara görə məsuliyyəti məhz Ermənistan Respublikası daşıyır. Eyni zamanda qərarda etnik təmizləmə faktı öz əksini tapıb. Qərarda göstərilib ki, həmin ərazilərdə bir nəfər də azərbaycanlı qalmayıb, müsəlmanlar və erməni olmayan şəxslər o ərazilərdən qovulub, etnik təmizləmə baş verib. Bu baxımdan Avropa İnsan Haqları Məhkəməsinin bu qərarı Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir və beynəlxalq müstəvidə danışıqlarda bu sənəd hüquqi qüvvəyə malik bir sənəd kimi istifadə olunacaq.

- "Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə iddiaçı qismində çıxış edən məcburi köçkünlərin hüquqlarının bərpası baxımından bu qərarın hansı əhəmiyyəti var? Qərarda bu insanların əmlak və digər hüquqlarının bərpası, onlara dəymiş zərərin ödənilməsi əskini tapıbmı?

- Avropa İnsan Haqları Məhkəməsinin qərarında ilk növbədə bu insanlarla bağlı məsələlər həllini tapıb. Həmin şəxslərin öz evlərinə qayıtmaq, öz torpaqlarında yaşamaq, mülkiyyətindən istifadə etmək hüquqları təsdiq edilib və bu hüquqları göstərilir. Digər tərəfdən, Avropa İnsan Haqları Məhkəməsi kompensasiyanın ödənilməsi məsələsinə də baxacaq. Hazırkı qərarda göstərilib ki, növbəti mərhələdə 6 məcburi köçkünə Ermənistan hökuməti tərəfindən veriləcək kompensasiyanın məbləği müəyyən edilməlidir. Yəni qərarda həm mənəvi təzminat, həm məcburi köçkünlərin öz evlərinə qayıtmaq hüququ, həm də öz mülkiyyətlərindən istifadə etməkdən məhrum olmağa, çəkdikləri əziyyətlərə görə maddi təzminat, kompensasiyanın təyin edilməsi məsələsi təsdiq olunur. 12 ay ərzində məcburi köçkünlərlə Ermənistan hökuməti aralarında razılığa gəlməlidirlər, yaxud öz mövqelərini Avropa İnsan Haqları Məhkəməsinə təqdim etməlidirlər. Əgər məcburi köçkünlərlə Ermənistan hökuməti kompensasiya məsələsində razılığa gələ bilməsələr, Avropa İnsan Haqları Məhkəməsi özü Ermənistan hökumətinin məcburi köçkünlərə ödəməli olduğu kompensasiyanın məbləği barədə qərar qəbul etməli olacaq.

- Azərbaycan ərazilərinin işğalı nəticəsində məcburi köçkün həyatı yaşamağa məcbur olmuş digər soydaşlarımız da Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediblərmi, edirlərmi?

- Bu istiqamətdə təşəbbüslər çoxdan göstərilib. Elə Çıraqovların ərizəsi də məcburi köçkünlərin verdiyi ərizələr arasında birinci idi. Digər ərizələrə də Avropa İnsan Haqları Məhkəməsində baxılacaq. "Çıraqovlar və digərləri Ermənistana qarşı” işi üzrə qərar bir presedentdir. Yəni bu qərarla əsas məsələlər həll olunub. Ermənistan Respublikasının məsuliyyəti sübut olunub və digər məcburi köçkünlərin ərizələrinə baxılması zamanı bunların sübut olunması artıq zəruri olmayacaq. Bu ərazilərə baxılması prosesi daha sadə və bizim üçün asan keçəcək.

- Avropa İnsan Haqları Məhkəməsi "Sərkisyanlar və digərləri Azərbaycana qarşı” işi üzrə də qərar verib. Avropa İnsan Haqları Məhkəməsinin bu qərarının Azərbaycan üçün mənfi tərəfləri nədir?

- Mən bu qərarın Azərbaycan üçün mənfi tərəfini görmürəm. Bu, bizim gözlədiyimiz qərar idi. Bu qərarda qaçqınların öz evlərinə qayıtmaq hüququndan bəhs edilir. Avropa İnsan Haqları Məhkəməsi bizim mövqeyimizi tam qəbul edib ki, iddiada söhbət gedən Goranboy rayonunun Gülüstan kəndində yaşamaq qeyri-mümkündür. Çünki kənd Azərbaycan və Ermənistan silahlı qüvvələrinin arasındadır. Kənd faktiki olaraq atəşkəs zonasında yerləşir, dinc əhalinin yaşaması üçün şəraitin yaradılması qeyri-mümkündür. Yalnız burada ərizəçinin mülkiyyət hüququnun bərpası üçün kompensasiyanın təyin edilməsi məsələsi olacaq. Lakin burada bir məsələ də var ki, həmin şəxsin mülkiyyəti 1991-ci ildə məhv edilib. Həmin kənddə döyüşlər baş verib və o kənddə bir salamat ev yoxdur. Ona görə də məncə, bu məsələdə kompensasiya məbləği elə də yüksək olmayacaq.

- Bu gələcəkdə Bakı, Sumqayıt, Gəncə və Azərbaycanın digər bölgələrindən gedən ermənilər üçün Azərbaycana qarşı iddialar irəli sürmək üçün bir əsas olmayacaq ki?

- Xeyr. Çünki birincisi, Bakıdan və digər yerlərdən gedən ermənilər 1990-cı ilə qədər evlərini tərk ediblər. İkincisi, o ermənilər əsasən ya Ermənistandan gələn azərbaycanlı qaçqınlarla, ya da Bakı və digər yaşayış məntəqələrində yerli sakinlərlə müqavilə bağlayaraq öz evlərini satıb, yaxud bağışlayıblar. Yəni qanuni proses olub. Üçüncüsü, bütün bu hadisələr Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən əvvəl baş verib, ona görə də Azərbaycan Respublikası buna görə məsuliyyət daşıya bilməz. Həmin şəxslər Azərbaycan Respublikasına qarşı Avropa İnsan Haqları Məhkəməsinə ərizə verə bilməzlər.

- "Çıraqovlar və digərləri Ermənistana qarşı” işi üzrə qərarda xüsusi rəydə qalan hakimlər olub. Bu, Azərbaycan üçün nə dərəcədə gözlənilən idi?

- Qərarla bağlı bir neçə xüsusi rəy var. Xüsusi rəy heç bir hüquqi qüvvəyə malik deyil, yalnız hakimin öz mövqeyini bildirməsi deməkdir. "Çıraqovlar və digərləri Ermənistana qarşı” və "Sərkisyanlar və digərləri Azərbaycana qarşı” işlər üzrə Avropa İnsan Haqları Məhkəməsinin qərarlarında səslər bərabər paylanıb, 15 hakim lehinə, 2 hakim əleyhinə olub. Qərarın əleyhinə çıxış edən şəxslər xüsusi rəy bildirirlər. Məsələn, "Sərkisyanlar və digərləri Azərbaycana qarşı” işi üzrə Avropa İnsan Haqları Məhkəməsinin qərarında Ukrayna hakiminin çox gözəl xüsusi rəyi var. Ukraynalı hakim xüsusi rəyində göstərir ki, Gülüstan kəndi iki silahlı qüvvənin arasında olduğu üçün Ermənistan Respublikası da bu işə cavabdeh qismində cəlb olunmalı idi, lakin Avropa İnsan Haqları Məhkəməsi bunu etməyib. Qeyd edib ki, Ermənistan Respublikasının işğal altındakı ərazilərdə məsuliyyət daşıması "Çıraqov və digərləri Ermənistana qarşı” qərarında əksini tapmışdı və ona görə də Ermənistan Respublikası "Sərkisyanlar və digərləri Azərbaycana qarşı” işi üzrə də məsuliyyətə cəlb olunmalı idi. Bu, ukraynalı hakimin öz rəyini bildirməsidir və mən hesab edirəm ki, tam ədalətli rəydir. "Çıraqovlar və digərləri Ermənistana qarşı” işi üzrə portuqaliyalı hakimin də xüsusi rəyi olub və bu, ermənilərin hər yerdə dedikləri xalqların öz müqəddəratını təyin etmə ilə bağlı sözlərinin ifadəsidir. Portuqaliyalı hakim rəyini əsaslandırmağa çalışır ki, guya indi bu hüquq elə səviyyədə qaldırılıb ki, hər bir xalq əlində silahla öz müqəddəratını təyin edə bilər, ona görə də bu məsələ Avropa İnsan Haqları Məhkəməsinin yurisdiksiyasına aid deyil, beynəlxalq təşkilatlarda danışıqlarda həll olunmalıdır. Bu, hüquqdan uzaq bir mövqedir və ermənilərin mövqeyinin dəstəklənməsi üçün verilən rəydir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ