şənbə günü, 28 noyabr 2026
     

“Dünyada ərazi bütövlüyü prinsipi, Ermənistanda isə özünü aldatma prioritetə çevrilib”

Image


Dünyada ərazi bütövlüyü prinsipi, Ermənistanda isə özünü aldatma prioritetə çevrilib. Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Ermənistanın günü-gündən gerilədiyini deyən M.Əhmədoğlu bildirib ki, iqtisadiyyatı, siyasəti, hərbi zəifləyən Ermənistanın indiki rəhbərliyi bütün bunların hamısının əvəzini yalanlarla kompensasiya edir: "Dediyi yalanlara isə özləri də inanırlar. Amma Ermənistanın öz yalanlarına inanması region üçün işıqlı gələcək aça bilər. Çünki indiki mərhələdə Ermənistanda baş verən proseslər ona çox ciddi təsir edəcək və bu isə regionda bəlli proseslərin sağlamlaşmasına gətirib çıxaracaq".

M.Əhmədoğlu qeyd edib ki, Ermənistanın xarici işlər naziri E.Nalbandyan ATƏT-in Yerevan ofisinin təşkilatçılığı ilə ATƏT üzvü olan dövlətlərin Ermənistanda akkreditasiya olunmuş bəzi səfirləri ilə nahar stolu arxasında görüş keçirib: "ATƏT səfirləri ilə görüşdə E.Nalbandyanın məqsədi ATƏT sədri İ.Daçiçin Yerevana səfərinə yeni don geyindirmək idi. Daçiç Yerevanda olarkən Dağlıq Qarabağın de-fakto rəhbəri B.Saakyanla görüşüb. E.Nalbandyan bununla da ATƏT səfirlərinə təlqin etmək istəyir ki, Daçiç Dağlıq Qarabağın müstəqilliyinin tanınması istiqamətində fəaliyyətə başlayıb. E.Nalbandyanın bu fikri yalandır. Ən əsası ona görə ki, ATƏT-in sədri Serbiyanın xarici işlər naziri İ.Daçiç heç bir dövlətin Dağlıq Qarabağın müstəqil qurum kimi tanınması istiqamətində fəaliyyət göstərə bilməz. Ona görə ki, Serbiyanın özünün də ərazi bütövlüyü pozulub”.

M.Əhmədoğlu deyib ki, digər tərəfdən də ümumiyyətlə, Dağlıq Qarabağın müstəqilliyinin tanınması mövzusu hazırda gündəlikdə deyil: "E.Nalbandyanın keçirdiyi tədbirin digər mahiyyəti isə ondan ibarətdir ki, E.Nalbandyan ATƏT üzvü olan dövlətlərin Ermənistanda akkreditə olunmuş səfirlərini, eləcə də Ermənistanın ən çox əməkdaşlıq etdiyi dövlətləri səviyyəsiz dövlətlər, səviyyəsiz səfirlər hesab edir. Əks təqdirdə, E.Nalbandyan səfirləri yalan, saxta fikrə inandırmağa cəsarət etməzdi. ATƏT-in fəaliyyətdə olan sədri, Serbiya baş nazirinin müavini, Serbiyanın xarici işlər naziri İ.Daçiç Bakıda olarkən Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərovla da görüşdü. Əgər Daçiçin görüşləri hər şeyi həll edirsə, onda məntiqi nəticə bundan ibarətdir ki, hazırda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində yeni mərhələ başlayıb və yeni mərhələdə əsas proseslər Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları üzərində qurulacaq. E.Nalbandyan ATƏT-in planını belə başa düşürsə və bu vaxtadək Ermənistanı ATƏT-in Minsk Qrupu ilə birlikdə fəaliyyət göstərən dövlət kimi təqdim edibsə, onda buyursun Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının dialoqunu təqdir edən bəyanat yaysın. E.Nalbandyanın belə addımı təbii ki, özünü aldatmanın ən böyük nümunələrindən biridir. Kasıb Ermənistanın özünü aldatmaya pul xərcləməsi isə onu vacib hesab etdiyinə görədir”.

Politoloq bu fikirdədir ki, S.Sərkisyanın özünün son dövrlərdə təkrarladığı ifadə ""millətlərin öz müqəddəratlarını təyinetmə prinsipi” "ərazi bütövlüyü prinsipi”ndən üstündür” tezisi də özünü aldatmadır. Əgər "millətlərin öz müqəddəratlarını təyinetmə prinsipi” üstün prinsip olsaydı dünyada 200 yox, 2000 dövlət yaranardı: "Bunu dərk etməyə S.Sərkisyanın savadı çatmır. Eləcə də, ətrafdakılar heç kim də S.Sərkisyana bu sadə elmi həqiqəti başa sala bilmir. Dünyada "ərazi bütövlüyü prinsipi”nə dəstək getdikcə artır. Ermənistan hətta özü Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur edildi. Avropa İttifaqının Riqa sammitində S.Sərkisyan yekun sənədə imza atdı”.

M.Əhmədoğlu deyib ki, yekun sənəddə olan maddələrdən birində Şərq Tərəfdaşlığı üzv ölkələrinin ərazi bütövlüyü və dövlət suverenliyinə dəstək verilməsinin vacibliyi vurğulanırdı, S.Sərkisyan özbaşına Azərbaycan ərazi bütövlüyünü dəstəkləmədi.

Politoloqun sözlərinə görə, S.Sərkisyan Almaniyanın federal kansleri A.Merkelin təkidi ilə bu addımı atdı: "Əgər Almaniyanın federal kansleri A.Merkellə S.Sərkisyanın görüşündə Ermənistan üçün maraqlı bir şey var idisə, Ermənistanda bu görüşdən daimi danışardılar, tez-tez yazardılar. Məhz A.Merkel "ərazi bütövlüyü prinsipi”ni S.Sərkisyana məcbur etdirdiyinə görə, Ermənistan mətbuatı, S.Sərkisyanın ətrafının ən az diqqət ayırdığı məsələ onun Riqada Almaniyanın federal kansleri A.Merkellə keçirdiyi görüşdür”.

M.Əhmədoğlu deyib ki, G-7-nin Almaniyada sammiti də dövlətləri ərazi bütövlüyü və suverenliyi prinsiplərinə dəstək verdi: "G-7-nin Almaniya sammitinin Yekun bəyannaməsinin preambula və xarici siyasət bölmələrini oxumaqla bunu görmək olar. Yekun bəyannamə konfliktləri beynəlxalq hüquq prinsiplərinin və qlobal sabitliyin eroziyasının göstəricisi kimi təqdim edir".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ