şənbə günü, 28 noyabr 2026
     

Türkiyə şok yenilik ərəfəsində...

Image


İyunun 7-də baş tutmuş parlament seçkilərindən sonra qardaş Türkiyədə yeni hökumətin yaradılması hələ də ciddi müşkül məsələ olaraq qalır. Hazırda koalisiya hökumətinin yaradılması çətin olsa da, bu istiqamətdə gözlənilməz yeniliklərin yaşanması da istisna deyil. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan koalisiya hökumətinin mümkün qədər tez yaradılmasının vacib olduğunu bildirir.
Ərdoğan koalisiya qərarı verməzdən əvvəl bütün partiya liderləri ilə tək-tək görüşəcəyini deyib. O bildirib ki, məhz bu görüşlərdən sonra qərarını verəcək. Türkiyə prezidenti qeyd edib ki, siyasi qaydalara görə, hökumətin qurulmasını seçkilərdə ən çox səs toplayan partiyaya tapşıracaq: "Konstitusiyada hökumətin qurulması üçün 45 gün zaman nəzərdə tutulub. İnşallah, bu proses uzanmaz". Ərdoğan deyib ki, seçkinin nəticələri koalisiya hökumətinə işarə edib, seçicilər bir partiyanın təkbaşına iqtidar olmasına icazə verməyib: "İşlər təbii məcrasında cərəyan edərsə və koalisiya hökuməti qurularsa, o zaman problem olmaz. Ancaq tutaq ki, seçkidə birinci yer tutan partiya hökuməti qurmağı bacarmadı və ikinci yerdəki partiya da bunu qura bilmədi. Belə bir vəziyyətdə, Konstitusiyaya uyğun olaraq, təkrar seçkiyə getmək qaçılmazdır. Mən buna "növbədənkənar deyil" "təkrar seçki" deyirəm. Ölkənin hökumətsiz qalacağı düşünülməməlidir".
Maraqlıdır ki, artıq Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı Ərdoğanla görüşmək niyyətində olmadığını açıqlayıb. Baxçalı ölkə başçısından gələcək dəvəti üstüörtülü rədd edib: "Hər hansı bir millət vəkilinə hökuməti qurmaq vəzifəsi vermək səlahiyyəti, əlbəttə, prezidentdədir. Amma növbəti mərhələ vəzifələndirilən şəxsə aiddir. Liderlərlə tək-tək görüşmək prezidentin işi deyil. Biz belə bir dəvəti uyğun görmürük. Sadəcə, prezidentin vəzifələndirəcəyi şəxslə görüşəcəyəm". Bu şəraitdə Ədalət və İnkişaf Partiyasının (AKP) koalisiya ortağının Cumhuriyyət Xalq Partiyası (CHP) ola biləcəyinə dair ehtimallar artır. Düzdür, bununla bağlı CHP-nin öz şərtləri var. Partiya AKP ilə bir hökumətdə təmsil olunmaq üçün aşağıdakı şərtləri irəli sürüb: növbəli baş nazirlik sistemi tələb ediləcək. Qeyd olunur ki, bu zaman CHP sədri Kamal Qılıcdaroğlu iki il baş nazir olmalıdır. Həmçinin o da şərt kimi qoyulub ki, Türkiyə Böyük Millət Məclisinin sədri də CHP üzvü olmalıdır. Digər şərtə görə, nazir vəzifələri partiyalar arasında bərabər sayda bölünməlidir. Bundan başqa Ədliyyə, Daxili İşlər və Milli Təhsil nazirliklərinin CHP-yə verilməsi əsas şərt kimi tələb edilməlidir. Lakin bu şərtləri də AKP qəbul etmir. Məhz belə bir vaxtda CHP-dən bəzi deputatların ayrıca AKP ilə koalisiya yarada biləcəyi vurğulanır.
CHP millət vəkili Savcı Sayan bu xüsusda qeyd edir: "CHP-nin mövqeyindən narahat olan 30-40 millət vəkili Ədalət və İnkişaf Partiyasına dəstək verəcək". Sayan, ölkədə hökumət böhranı yaranacağı təqdirdə, Türkiyəni bu sıxıntıdan qurtarmaq üçün bu addımı atacaqlarını deyib: "CHP-də 30-40 millət vəkili bu vəziyyətdən narahatdır. CHP inad edərsə, koalisiya üçün çətinlik yaradarsa, ölkənin mənfəətinə uyğun olmayan vəziyyət yaranarsa narahatlığımızı dilə gətirəcəyik. Lazım gəlsə, ayrılıb Demokratik Sol Partiya (DSP), ya da başqa partiya tavanı altında qrup yaradaraq AKP ilə koalisiya quracağıq və ölkəni bu sıxıntıdan qurtaracağıq. Bu bizim vətənpərvərlik hisslərimizdir".
Sayan, həmçinin, bundan xəbər tutan CHP sədr müavini Gürsel Tekinin həmin vətənpərvər millət vəkillərinin yolunu kəsmək və onları şübhə altında qoymaq üçün bəzi fikirlər səsləndirdiyini deyib: "Bu istiqamətdə bəzi fəaliyyətlər vardı, mən də öyrəndim və dedim. Bunu eşidən Gürsel Tekin və yaxınları qarşısını almaq üçün, "millət vəkili transferləri olacaq, Qətərdən pul gəlir, başqa yerdən gəlir" dedi. Bu, vətənpərvərlik duyğusu ilə hərəkət edənləri şübhə altında qoymaq üçün, yollarını kəsmək üçün cəhd olub". AKP-nin də həmin millət vəkilləri ilə koalisiyada maraqlı olacağı istisna olunmur.
Məhz belə bir vaxtda AKP sədri və baş nazir səlahiyyətlərinin icraçısı Əhməd Davudoğlu çox maraqlı açıqlamalar verib":12 illik miras böyük bir mirasdır. AKP hazırda dünyanın ən dərin bünövrəli siyasi təşkilatlarından biri, Türkiyənin isə yeganə ən böyük siyasi təşkilatıdır. AKP-nin yeni Türkiyə üçün yenilənməyinə ehtiyac var.
Xalqımızın verdiyi mesajlardan biri də budur". Qeyd edək ki, iyunun 7-də Türkiyə Böyük Millət Məclisinə seçkilərdə hakim Ədalət və İnkişaf Partiyası səslərin 40,87%-ni (258 millət vəkili), Cumhuriyyət Xalq Partiyası 24,95%-ni (132 millət vəkil), Milliyyətçi Hərəkat Partiyası (MHP) 16,29 %-ni (80 millət vəkili), Xalqların Demokratik Partiyası 13,12%-ni (80 millət vəkili) qazanıb.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ