şənbə günü, 28 noyabr 2026
     

Amerikalı “Kardinal”ların sarışın “Miledi”si Azərbaycana qarşı...

Image


Rebekka Vincent - amerikan-ingilis əsilli ,özünü ictimai vəkillik üzrə ekspert kimi təqdim edən bu xanım son illər Azərbaycanda kifayət qədər "məşhurluq” qazanıb. Sarışın , kimin üçünsə sakit və mülayim görünə biləcək bu xanımın əslində böyük bir təxribat planının önündə dayandığına dair ciddi və təkzibolunmaz faktlar var.

Xəfiyyələr aləmində kod adı "Miledi” olan Rebekka Vincent uzun müddət Bakıda, Amerika səfirliyində fəaliyyət göstərsə də, onun ilk dəfə ictimaiyyətə bir "persona” kimi tanıtımı 3 il əvvələ təsadüf edir. Həmin dövrdə bu xanım Amerika Birləşmiş Ştatları Dövlət departamentinin dəstəyi ilə fəaliyyət göstərən Azad Fikir Universitetində xüsusi mühazirələr verməyə başlayır. Mühazirənin adı da təsadüfi seçilməmişdi - "İnsan hüquqları kampaniyasını necə aparmalı?”. Xanım Rebekkanın Youtube internet portalında yerləşdirilən bu "elmi” mühazirələrinə cəmi 2 dəqiqə qulaq asmaq kifayət edir ki , bu "Miledi” ləqəbli xanımın və onun okeanın o tayındakı himayədarı olan "Kardinalın” əsas niyyətinin nə olduğunu biləsən. Xanım Rebekka gənclərdən ibarət auditoriyaya üz tutaraq insan hüquqları kampaniyasının uğurlu nəticələnməsi üçün lazım gələrsə uzunmüddətli etiraz aksiyalarının keçirilməsinin labüd olduğunu bildirir. Və bir neçə dəfə sətiraltı olsa da Azərbaycanda da oxşar ssenarinin mümkünlüyünə işarə vurur. Xanım Rebbeka bu sözləri deyəndə heç fərqinə də varmır ki , müvəqqəti yaşadığı ölkə statusunda olan Azərbaycanda şəxsən onun bütün hüquqları qorunub. Həyat yoldaşı Azərbaycanda fəaliyyət göstərən xarici neft şirkətlərindən birində müəyyən post tutan "Miledi” hətta yalnız yaşamaq üçün qeydiyyatda olduğu Azərbaycanda , qanunsuz olsa da fəaliyyət göstərməsinə , işləməsinə müəyyən mənada güzəşt olunub .

Onun qeyri-qanuni fəaliyyət göstərdiyi əsas və son mərkəzlərdən biri məhz Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu (RATİ) olub. Sonra böyük miqdarda əldə etdiyi vəsaiti vergi orqanlarından gizlətdiyi aşkarlanacaq İnstitutun sədri Emin Hüseynovun amerikalı həyat yoldaşının yaxın rəfiqəsi olan Rebekka xanım bu müddət ərzində kifayət qədər yüksək maaş da alırmış. Baxmayaraq ki, İnsan haqlarından, söz azadlığından ağız dolusu danışan bu şəxslər eyni yerdə fəaliyyət göstərən amma azərbaycanlı olan işçilərini incidir, onların haqlarını pozur, ayrılmış vəsaitləri mənimsəyirlərmiş.

Misal olaraq, 2009-cu ildən Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və 360 min avro dəyərində olan "Azad dalğalar" layihəsinin icraçılarından olan jurnalist Aynur Elgünəş 2009-cu ilin iyulunda internetdə dərc etdiyi "Hüquqları tapdayan hüquq müdafiəçisi" məqaləsində, jurnalist Ceyhun Nağının "Eminlə niyə işləmək olmur və yaxud "qrant-amyotşiklərə" dost məsləhəti" adlı məqaləsində bir sıra tutarlı faktlara toxunulub. İlk fəaliyyətinə "Turan” agentliyində sadə iqtisadi müxbir kimi başlayan, daha sonra amerikalıların Gürcüstanda yaratdığı GİPA universitetində təhsil alan Emin Hüseynov Bakıya qayıdandan sonra 180 dərəcə dəyişir. Qərb və ABŞ-dakı donorlarının dəstəyi ilə Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunu yaradır və hər gün bir xarici təşkilata məktub yazaraq, bəyanat verərək Azərbaycanı ləkələyir, guya ölkəmizdə söz azadlığının olmadığını sübut etməyə çalışır. O Birləşmiş Ştatların növbəti "sevimli oğlanı”na çevrilir . "Miledi”-nin bir müddət sonra məhz onun yanında peyda olması da əvvəlcədən planlaşdırılmış bir senarinin tərkib hissəsi idi .

Maraqlıdır ki, İsveçrənin xarici işlər nazirinin sözün əsl mənasında "baqaj”ında Azərbaycandan çıxarılan Emin Hüseynov artıq Berndə , özü də xəbəri olmadan bütün fəaliyyətini ifşa edən açıqlamaya imza atıb. O etiraf edir ki, 160 min vergi borcunu ödəyəndən sonra onun bir "yük” kimi ölkədən çıxarılmasına icazə verilib. Deməli , özünün də dəfələrlə iddia etdiyi kimi təqib olunması heç də əsassız deyilmiş. Onun təşkilatına ayrılan vəsait vegidən yayındırılıb. Nəticə isə göz qabağındadır. Emin həm Vətənini , həm də digər həmkarlarını satır. Onlardan biri də hazırda həbsxanada olan Rəsul Cəfərovdur.

"Demokratiyada məxfi şəbəkə” izi

Yeri gəlmişkən, hazırda hüquq müdafiəçisi adı altında intensiv olaraq Azərbaycan əleyhinə təhqiramiz, qərəzli yazılarla çıxış edən "Miledi” Rebecca Vincentin Rəsul Cəfərovun da "xüsusi” bir statuslu gəncə çevrilməsində məxsusi rolu olub. Rəsul Cəfərov Rebecca Vincentin Azərbaycan əleyhinə təşkil etdiyi «Demokratiya naminə İncəsənət kampaniyası»nın layihə koordinatoru olub. Bu isə daha bir qarayaxma kampaniyasının- «Demokratiya naminə Oxu» («Sing for democracy») kampaniyasının bazasında yaradılmışdı. Çox maraqlıdır ki, Bakıda Avroviziya ərəfəsində NED (National Endowment for Democracy) tərəfindən maddi dəstək almış «Sing for democracy» layihəsi Füzuli və Şəmsi Bədəlbəyli küçələrində evləri plana düşərək sökülən sakinlərin "etiraz”ları ilə eyni vaxtda təsadüf edirdi. Lakin bu günə kimi NED-in «Sing for democracy» adı altındakı layihəsinə sərf etdiyi məbləğ açıqlanmır.

Maraqlıdır ki, Rəsul Cəfərov həmçinin ABŞ Konqresinin maliyyələşdirdiyi Azadlıq radiosunun əməkdaşı Xədicə İsmayılla da sıx təmasda olub . Onların ABŞ üçün Azərbaycandan lazımi məlumatları bir yerdə hazırlayıb ötürməsi haqqında çoxsaylı informasiyalar mövcuddur.

Sadalanan faktlardan da görünür ki, bu məxfi əməliyyatda Azərbaycana qarşı birmənalı münasibəti olmayan qərəzli şəxslər toplaşıb. Cavab sadədir, bu cür şəxslərə həmişə ehtiyac var , əz azı ona görə ki, onlar Qərb və ABŞ-ın əlində suveren dövlətin daxili işlərinə qarışmaq, təzyiq göstərmək üçün çox yaxşı alətdir. Özü də istifadə müddəti bitəndən sonra üzərinə "yararsız” möhürü vurularaq bir kənara atılan alət . İndi də bu alətlərdən Bakıda keçirilən 1-ci Avropa oyunları dövründə yenidən istifadə olunmağa başlanılıb. Bu məsələdə anti-azərbaycan mövqeyi ilə seçilən və zamanı Bakı-2015 əleyhinə materiallar yayan bloqçu Rebekka Vinsent, öz aktivliyi ilə daha çox seçilir. "Miledi” bloqunda "sübut” kimi guya Bakıda on min nəfərin Avropa oyunlarına qarşı hansısa etiraz aksiyasından fotolar da yerləşdirilib. Araşdırmalardan sonra məlum olur ki, guya Bakı-2015-ə etiraz aksiyasından təqdim etdiyi bu fotolar Azərbaycan müxalifətinin ənənəvi mitinqindəndir. Bu, icazəli mitinq idi və Avropa oyunlarına heç bir aidiyyatı yox idi. Göründüyü kimi əvvəldən xəfiyyə kimi tanıdığımız Rebekka Vinsent , indi bir jurnalist kimi də obyektivlikdən çox uzaqdır. O, peşəkarlıqdan kənar, faktları təhrif etməklə öz mövqeyini nümayiş etdirir. Və bu sarışın xanım barəsində hər dəfə yeni faktlar aşkarlayanda yarı zarafat , yarı ciddi düşünürsən ki, ”Onun bu gözəlliyi dünyanı xilas etməyəcək”!



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ