Sənədlərə görə həbs Belçikanın arbitraj məhkəməsinin Yukos şirkəti ilə bağlı iyulun 18-i 2014-cü ildə çıxardığı qərara əsasən tətbiq olunur. İddia olunan məbləğ 1.7 milyard avrodur.
Əmlakına həbs qoyulan idarələr iki həftə ərzində sərəncamında olan Rusiya Feredasiyasına məxsus bütün əmlakın və pul vəsaitinin siyahısını təqdim etməlidir. Siyahıya demək olar ki, Belçikada mənzillənmiş bütün böyük banklar və diplomatik korpuslardan başqa Rusiyanın bütün dövlət idaləri salınıb.
Həbslə bağlı sənəddə Yukosun keçmiş səhmdarlarına kompensasiyaların verilməsi ilə bağlı Abropa Məhkəməsinin çıxardığı qərar və Rusiya tərəfinin hələ də bu qərarı icra etməməsi də qeyd olunur. Bundan öncə Rusiya tərəfi məhkəmənin qərarını tamamilə siyasi adlandırıb və bildirib ki, Rusiya Federasiyasının büdcəsində bu məbləği ödəməklə bağlı hər hansı göstəriş yoxdur.