"Qanunsuzluğa, rüşvətxorluğa, quldurluğa müharibə elan edirəm! Xalqı bundan sonra da qarət etməyinizə, aşağılamağınıza imkan verməyəcəyəm. İş yerləri yaratmaq istəyən investorları sıxışdırmaq, onları qorxutmaq kimi yaramaz əməlləri unudun!"
Milli.Az bildirir ki, Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin qubernatoru Mixeil Saakaşvili vilayət rəhbərliyinin toplantısında belə deyib.
O, vilayət prokurorunun müavini Tatyana Qornostayevanı reketdə, qanunsuzluqda suçlayıb və ona son xəbərdarlığını edərək "Ya qanunlara riayət edəcəksiniz, ya da həbsxanaya gedəcəksiniz" deyib.
Tatyana Qornostayeva Ukraynanın baş prokuroru Viktor Şokinin qızı, Odessa vilayətinin Kiyev rayonunun prokurorunun müavini Aleksey Qornostayevin arvadıdır.