MDB Antiterror Mərkəzi "İslam dövləti” terrorçu qruplaşmasının əleyhinə önləyici tədbirlər hazırlayır. APA-nın "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, məqsəd qruplaşmanın fəaliyyətinin MDB ölkələrinin ərazisinə keçməsinin qarşısını almaqdır.
Mərkəzin rəhbəri Andrey Novikov bildirib ki, məsələ ilə bağlı sabah MDB ölkələrinin Milli Antiterror Mərkəzləri rəhbərlərinin toplantısı keçiriləcək.