şənbə günü, 28 noyabr 2026
     

Almaniya Bundestaqının üzvü Tobias Zek Dağlıq Qarabağın ilhaqına son qoymağa çağırdı

Image


20 faizə yaxın Azərbaycan ərazilərinin erməni silahlı birləşmələri tərəfindən işğalı ilə nəticələnmiş Dağlıq Qarabağ münaqişəsi get-gedə unudulmağa başlayır. Trend-in məlumatına görə, bunu Almaniya Xristian-Demokratlar Birliyi (XDB) və Xristian-Sosialistlər Birliyi (XSB) Partiyasının üzvü, parlamentin (Bundestaq) Məşğulluq, sosial məsələlər, iqtisadi əməkdaşlıq və inkişaf Komitəsinin, Cənubi Qafqaz üzrə parlament qrupunun, eləcə də Almaniyanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Tobias Zek "TV Berlin” kanalının "Aus dem Bundestag” ("Almaniya parlamentindən”) proqramına müsahibəsində bildirib.

T.Zek müsahibədə bildirib ki, Almaniya-Azərbaycan əlaqələrindən, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın oynadığı roldan, ölkəmizin Avroatlantik məkana inteqrasiya olunmasından, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edilir.

T.Zek müsahibəsində üzvü olduğu Cənubi Qafqaz üzrə parlament qrupu tərəfindən Gürcüstan, Ermənistan və Azərbaycan parlamentarları ilə müntəzəm parlamentlərarası mübadilənin aparıldığını, həmçinin, qeyd edilən ölkələrin də öz aralarında dialoqun baş tutması üçün dəstəyin verildiyini bildirib.

Millət vəkili Cənubi Qafqaz bölgəsinin Avropa İttifaqı və Almaniya üçün strateji əhəmiyyət kəsb etdiyini deyib. Onun fikrincə, ən mühüm məsələ region ölkələrinin dialoqa hazır olması, xüsusilə də münaqişə vəziyyətində olan dövlətlər arasında dialoqun baş tutmasıdır.

T.Zek aparıcının "Dialoqun olması həmişə yaxşıdır. Bu, cazibədar sözdür. Lakin bu heç də hər ölkə üçün işlək deyil. Dialoq çağırışı Gürcüstanda fayda vermədi. Orada Rusiya tərəfindən müdaxilə oldu. Bildiyimə görə, Azərbaycan ərazilərinin xeyli hissəsi də xarici hərbi qüvvələr tərəfindən işğal edilib. Almanların çoxunun bundan xəbəri yoxdur. Siz bu məsələnin "ölü nöqtə”dən tərpənməsi üçün Almaniya siyasətində nələr edirsiniz?”, - sualına cavab olaraq qeyd edib ki, 20 faizə yaxın Azərbaycan ərazilərinin erməni silahlı birləşmələri tərəfindən işğalı ilə nəticələnmiş Dağlıq Qarabağ münaqişəsi get-gedə unudulmağa başlayır: "Bu, bizim birbaşa qonşuluğumuzda baş verən bir münaqişədir. Son 20 ildə bu münaqişə közərirdi - gah təkrar kəskinləşən, gah da yenidən soyuyan məsələ kimi. Sevindirici haldır ki, burada hazırda açıq münaqişə və ya müharibə şəraiti yoxdur. Lakin burada bir növ közərən bir münaqişə və başqa ölkənin ərazisinin işğalı faktoru var”.

20 il bundan əvvəl Dağlıq Qarabağda nələrin baş verməsi haqqında danışan T.Zek qeyd edib ki, Ermənistanın hərbi qüvvələri Azərbaycanın dövlət ərazisinə təcavüz edərək Dağlıq Qarabağı işğal edib: "Bunun nəticəsində bir milyona yaxın azərbaycanlı Ermənistandan qaçqın və Dağlıq Qarabağdan məcburi köçkün düşərək öz yurdlarını tərk etməli olub. Beləliklə, Azərbaycan hazırda ən çox qaçqın əhalisi olan ölkədir".

Bundestaq üzvü münaqişənin həllinin daim gündəmdə saxlanılmasının vacibliyini vurğulayıb. O, almaniyalı parlamentarların Ermənistan və Azərbaycan parlamentarlarından ibarət əlaqə qrupları ilə daim dialoq qurmağa çalışdığını deyib. Bu təmaslar Avropa Şurası Parlament Assambleyasının sessiyaları zamanı da baş tutur.

Alman millət vəkilinin fikrincə, bu, dialoqun intensiv xarakter alması üçün ən ideal platformadır: "Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması və onun həll yolunun tapılması üçün səylərini daha da artırmalıdır. Düşünürəm ki, bu sahədə nəsə çatışmır”.

T.Zek danışıqlar prosesində yaranmış vəziyyəti qiymətləndirərkən qeyd edib ki, sülhə nail olmaq üçün təkcə istək və müvafiq qətnamələrin qəbulu kifayət etmir: "Biz ilk növbədə danışıqlar aparan tərəfləri yenidən masa arxasına oturtmağa nail olmalıyıq”.

T.Zekin fikrincə, əsas problem ondan ibarətdir ki, Azərbaycanla Ermənistan arasında ikitərəfli dialoq yoxdur: "Bu, sadəcə Cənubi Qafqazda iki ölkə arasında gedən bir münaqişə deyil. Bu münaqişəyə beynəlxalq müdaxilələr də var. Ermənistanla Azərbaycan arasında qonşu ölkələrin müdaxiləsi olmadan birbaşa danışıqlar aparılsa, bu, daha faydalı ola bilərdi. Lakin hazırda bu, mümkün deyil”.

Alman deputat aparıcının "Azərbaycanlılar Ermənistan qoşunlarının dərhal həmin ərazidən çıxmasını istəyir. Onlar bunu dayanmadan tələb edir. Lakin ermənilər qoşunlarını çıxarmaqdan imtina edir. Ermənilər deyir ki, bu, onların ərazisidir. Bəs beynəlxalq hüquq bu barədə nə deyir ?”, - sualına cavab olaraq T.Zek bunları söyləyib: "Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. İşğal olunmuş ərazilər Azərbaycanın dünya ölkələri tərəfindən tanınmış dövlət ərazisidir. Bu, o deməkdir ki, torpağın verilməsi və ya satılması barədə təsəvvür edə biləcəyiniz heç bir müqavilə olmayıb. Beləliklə, bu vəziyyət Almaniya üçün qəbuledilməzdir və biz Dağlıq Qarabağın Ermənistan Respublikası tərəfindən işğal olunması ilə razılaşmırıq. Almaniya nə Dağlıq Qarabağ hökumətini, nə də ki, orada keçirilən hər hansı bir seçkini tanımır. Almaniyanın mövqeyi ondan ibarətdir ki, Dağlıq Qarabağ bölgəsinin anneksiyasına (ilhaqına) son qoyulmalıdır. Əlbəttə, biz bu münaqişənin həll olumasında israr edirik. Dağlıq Qarabağdan qoşunların çıxarılması münaqişənin həllində ilk addım olardı”.

T.Zek Cənubi Qafqaz ölkələrinin 2009-cu ildə "Şərq Tərəfdaşlığı” proqramına qoşulması məsələsinə toxunarkən qeyd edib ki, bu ölkələr Avropa İttifaqının üzvü olmadığı halda belə regionla yaxın münasibətlər qurulub: "Bu, çox vacib bir addım idi. Proqramın mandatına uyğun olaraq Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi fəaliyyət göstərir. Avropa İttifaqı Dağlıq Qarabağ üzrə danışıqlarda rəsmi şəkildə iştirak etməsə də bu danışıqları yaxından izləmək hüququnu əldə edib”.

Millət vəkili beynəlxalq təşkilatların Dağlıq Qarabağda sülhün əldə olunması üçün göstərdiyi fəaliyyətə də münasibət bildirib. O, həmçinin münaqişə zonasında atəşkəs rejiminin monitorinqini lazımi qaydada həyata keçirmək üçün müvafiq beynəlxalq strukturların işçi heyət və avadanlıq baxımından hazır olmadıqlarını da etiraf edib.

T.Zek bu sahədə fəaliyyət göstərən ATƏT-in 6 əməkdaşından ibarət monitorinq qrupunun qoşunların təmas xəttində monitorinq keçirməsinin yetərli olmadığını vurğulayıb: "ATƏT bu məsələyə ciddi yanaşırsa, bu halda işçi heyətin və avadanlığın sayını artırmalıdır”.

T.Zek müsahibəsində BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair qəbul etdiyi 4 qətnamədən də söz açıb: "Biz bu qətnamələrə sadəcə səs verməmişik, biz onları həm də dəstəkləmişik. Fikrimcə, Dağlıq Qarabağa oxşar münaqişələr bir gecədə həll oluna bilməz. Çağdaş tarixə nəzər saldıqda görürük ki, bu kimi münaqişələrin həlli prosesi azı 30-40 ilədək uzanıb. İlk növbədə ona nail olmalıyıq ki, Dağlıq Qarabağdan olan məcburi köçkünlərin doğma yurdlarına dönməsinə imkan verilsin”.

Avropa İttifaqının qonşuluğunda yerləşən Cənubi Qafqaz bölgəsinin əhəmiyyətini vurğulayan T.Zek bildirib ki, Azərbaycan Almaniya üçün çox mühüm ticarət tərəfdaşıdır. O, Azərbaycan hökuməti və Milli Məclisdəki həmkarları ilə daim dialoqda olduğunu, ələlxüsus da onlarla Strasburqda - Avropa Şurası Parlament Assambleyasının sessiyaları zamanı görüşərkən müxtəlif məsələlərə dair fikir mübadiləsi apardıqlarını deyib. Alman deputat Azərbaycanın ötən il Avropa Şurasında sədrlik missiyasının öhdəsindən layiqincə gəldiyini bildirib.

T.Zek aparıcının "Bakı öz nefti ilə tanınır. Ən böyük neft ehtiyatları vaxtilə Bakıda olub. Nobel mükafatının təsisçisi Alfred Nobel öz milyonlarını Bakıda qazanıb. Çox adam bilmir ki, Nobel mükafatı hələ indinin özündə də həmin pullar hesabına maliyyələşir. Beləliklə, Azərbaycan bir enerji təchizatçısı kimi bizim üçün nə dərəcədə mühüm tərəfdaşdır?”, - sualına cavabında qeyd edib ki, Avropanın enerji təchizatçılarının asılılığından azad olmağa ehtiyacı var. Avropa dərk edir ki, yalnız bir təchizatçıdan asılılıq, hətta hazırda təchizatla bağlı heç bir problem olmasa belə, uzunmüddətli perspektivdə çox da optimal qərar deyil.

Almaniyalı millət vəkili əksər avropalı siyasətçilərin mövqeyini dəstəkləyərək vurğulayıb ki, Avropanın alternativ enerji mənbələrinə ehtiyacı var: "Bu baxımdan Cənubi Qafqaz regionu, xüsusilə də Azərbaycan bu missiyanın yerinə yetirilməsində mühüm rol oynaya bilər. Azərbaycan Almaniyadan ötrü yeddinci ən böyük neft təchizatçısıdır".

T.Zekin fikrincə, Avropanı enerji ilə təchiz etmək üçün bu ərazidən Avropaya qaz boru kəməri çəkərək ikinci mənbə əldə oluna bilər.

Almaniyalı deputat hesab edir ki, Almaniya-Azərbaycan, Avropa İttifaqı- Azərbaycan münasibətlərində Avropanın enerji təhlükəsizliyi məsələsi bölgədəki humanitar vəziyyət amilini arxa plana çəkməməlidir: "Avropa diplomatiyasının əsas diqqəti bir milyona yaxın qaçqın və məcburi köçkünü olan Azərbaycanın işğal altındakı ərazilərinin erməni silahlı birləşmələri tərəfindən azad olunması məsələsinə yönəlməlidir. Birinci tələb ondan ibarət olmalıdır ki, Ermənistan Respublikası qoşunlarını Dağlıq Qarabağdan çıxarmalıdır və yalnız bundan sonra münaqişənin davamlı həll yolu tapıla bilər. Ermənistan isə deyir ki, onlar yalnız bütün məsələlər həll ediləndən sonra qoşunlarını ərazidən çıxara bilər. Beləliklə, burada bir növ "toyuq və yumurta” vəziyyəti yaranıb. Mən inanıram ki, burada beynəlxalq hüququ pozan ilhaq amili var və bu problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ