şənbə günü, 28 noyabr 2026
     

Bakı Olimpiya Stadionunu tikən şirkət məşhur TANAP layihəsində...

Image


Enerji rəqabəti daha təhlükəli mərhələyə qədəm qoyur

Təbii qaz sahəsində getdikcə özünü daha qabarıq formada nümayiş etdirən rəqabət praktiki addımların atılması ilə yeni müstəviyə qədəm qoymaqdadır. Söhbət həm Rusiyadan, həm də Azərbaycandan çəkilən yeni enerji xətlərinin reallaşması istiqamətində atılan addımların yaratdığı yeni şəraitdən gedir. Belə görünür ki, müəyyən maneələrə baxmayaraq, tərəflər artıq müvafiq enerji kəmərlərinin mümkün qədər tez çəkilməsi üçün fəaliyyət dairələrini genişləndirir.
Məhz belə bir vaxtda məlum olub ki, Bakı Olimpiya Stadionunun inşaat işlərini reallaşdıran Türkiyənin "Tekfen İnşaat" şirkəti "Transanadolu" boru kəməri (TANAP) layihəsində boruların birləşdirilməsini həyata keçirəcək. Türkiyənin "Doğan" xəbər agentliyinə müsahibəsində "Tekfen İnşaat"ın baş direktoru Levent Kafkaslı TANAP layihəsi çərçivəsində boruların birləşdirilməsi işlərinə artıq avqust ayından etibarən başlanacağını deyib. O, "Şahdəniz" layihəsinin ikinci fazası çərçivəsində təbii qazın hasil olunduğu platformanı da özlərinin inşa etdiyini bildirib: "TANAP layihəsi sürətlə davam etdirilir. Artıq komandamız ərazidədir və borular da əraziyə gətirilib. Avqustda qaynaq işlərinə başlayacağıq. Bu vaxta qədər 3 neft platforması inşa etmişik. İndi isə eyni vaxtda iki qaz platforması inşa edəcəyik. Bu bizim üçün bir yenilikdir. Həmçinin, qazın işlənəcəyi yerüstü platforma da inşa edəcəyik. İmzaladığımız müqavilələr 40 milyard dollarlıq layihənin təxminən 2 milyard dollarlıq hissəsini, yaxud 5%-ni təşkil edir. İnşaat işlərini aparacaq konsorsiumda Britaniyanın AMEC şirkəti, "Tekfen" və "Tekfen"lə SOCAR-ın ortaq şirkəti olan "Azfen" təmsil olunub".
Öz qazını Azərbaycandan daha tez Türkiyə və Avropaya çatdırmaq istəyən Rusiya da sakit dayanmır. Xatırladaq ki, "Bakı-2015" I Avropa Oyunlarının açılış mərasimində iştirak edən Türkiyə və Rusiya prezidentlərinin baş tutan danışıqlarında bu məsələ də müzakirə olunub. Rusiya tərəfdən danışıqlarda prezidentin köməkçisi Yuri Uşakov, xarici işlər naziri Sergey Lavrov, energetika naziri Aleksandr Novak, "Rosatom"un rəhbəri Sergey Kiriyenko, "Qazprom" rəhbəri Aleksey Miller iştirak edib. Elə tərkibdən də görünür ki, danışıqların əsas mövzusu Türkiyə ilə Rusiya arasında "Türk axını" qaz kəməri və energetika məsələlərinə dair digər mövzular olub. Rusiya prezidenti Vladimir Putin Bakıdan qayıdan kimi "Qazprom" rəhbəri Aleksey Milleri Kremlə çağırıb. Məsələ ilə bağlı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib: "Rusiya prezidenti Azərbaycan və Türkiyə ilə müqavilələrə şəxsən nəzarət edir. Görüşün gündəliyinə dövlət korporasiyasının beynəlxalq layihələrinə dair məsələlər, hər şeydən əvvəl "Türk axını" məsələsi daxil olub". "Kommersant" qəzetinin Rusiya nümayəndə heyətindəki mənbələrdən əldə etdiyi məlumata görə, Ərdoğanla Putinin görüşü asan keçməsə də, Türkiyə dövlət başçısı ölkəsinin bu layihəyə dair əvvəl əldə edilmiş şifahi razılaşmalara sadiq qaldığını, kəmərin Türkiyə hissəsinin "nəzərdə tutulan vaxtda" tikiləcəyini bildirib. Bir daha xatırladaq ki, "Türk axını" kəməri Türkiyənin Yunanıstanla sərhədinə ildə 63 milyard kubmetr Rusiya qazı nəql etməlidir. Oradan isə qazın Yunanıstan və Balkan ölkələrindən keçməklə Avropanın qalan hissəsinə nəql olunması nəzərdə tutulur. Bu fonda Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız "Türk axını" layihəsi çərçivəsində inşa olunacaq qaz boru kəmərinin marşrutunun koordinatlarının ötən həftə Rusiyanın "Qazprom" ASC tərəfindən verildiyini və bu həftə bəzi ilkin razılaşmalar mövzusunda işlərin görülə biləcəyini deyib: "Rusiya ilə əsas müzakirələr nüvə enerji stansiyası və "Türk axını" ilə bağlı olub. Xarici İşlər Nazirliyi də "Türk axını" ilə bağlı lazımi koordinatları gözlədiklərini açıqlamışdı və ötən həftə həmin koordinatlar "Qazprom" tərəfindən verilib. Bizim ilkin dəyərləndirmələrlə bağlı bəzi icazələrin verilməsi gözlənir. Bu icazələr və müzakirə edəcəyimiz bütün məsələlər ancaq boru xətti ilə bağlı olacaq. Prezidentlər Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın da müzakirə etdiyi məhz bu məsələlər olub". Rusiya qazını Avropaya ötürəcək əsas tranzit məkan kimi isə Yunanıstan Sankt-Peterburqda "Türk axını" layihəsinə dəstək olaraq anlaşma memorandumu və siyasi bəyannamə imzalamağı planlaşdırır. Lakin ABŞ Dövlət Departamentinin energetika məsələləri üzrə beynəlxalq əlaqələndiricisi Amos Hoçsteyn qeyd edib ki, "Türk axını" Rusiyanın cənubdan qaz satışı üçün son təklifidir və bu xəttin çəkilməsi Yunanıstan üçün problemlər yarada bilər. Bununla bərabər, Rusiya hökuməti "Türk axını"nın keçdiyi bəzi Balkan ölkələrində əlavə maneələr yarana biləcəyini vurğulayıb. Makedoniya və Serbiya planı blok edəcək iki əsas ölkə kimi qeyd olunur. İqtisadçılar hər iki layihənin siyasi oyunlarda alət olduğunu qeyd edir. ABŞ "Türk axını" layihəsinə qarşı olduğunu bildirsə də, Avropa İttifaqı hər iki layihə ilə bağlı yekun fikrini bildirməyib. Lakin qurum əsas ümidini Azərbaycan qazına bağladığını da gizlətmir. Hər halda, görünən odur ki, qaz rəqabəti getdikcə kəskinləşir və layihəsini daha tez reallaşdıran tərəfin bu oyunda əsas qalib olacağı proqnozlaşdırılır.
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ