Fransalı senatorlar Natali Qule və Andre Reyhard ölkənin Xarici İşlər nazirliyinə müraciət edib.
Onların belə bir addım atmasına səbəb Dağlıq Qarabağ separatçı rejim başçısının Fransaya səfəri zamanı bəzi əyalət rəhbərləri ilə imzaladıqları sazişlərin ləğv edilməsidir. Bu barədə Trend-ə Bakıda mətbuat konfransı zamanı Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Reyhard deyib.