şənbə günü, 28 noyabr 2026
     

"Azərbaycanın geosiyasəti"

Image


Dövlətin varsa, hamı üçün olmasa da, bu dövləti yaşatmaq, onu lider dövlətə (ən azından regionda) çevirmək üçün milli düşüncələr ziyalılarımızın ən ümdə vəzifələrindən biri olaraq qalır. Bu təqdirəlayiq haldır. Ziyalımız dövlətin keçmişini gələcəyə daşıyandır. Bu olmazsa, içində yaşadığın dövlət gec-tez məhvə məhkum olacaq. Çünki vətəndaşı olduğu dövləti dünən, bu gün, sabah hansı təhlükələrdən və necə qorumağın yolunu yalnız ziyalı göstərə, onlardan çıxış yollarını da xalqına, vətəndaşına, dünyaya yalnız o çatdıra bilər.
Əslində bu nəticəyə Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun "Azərbaycanın geosiyasəti" kitabını oxuduqdan sonra gəldim. Ürəyində vətən eşqi, dövlət eşqi olan bir şəxs, mübaliğəsiz, yalansız-plansız, problemi olduğu kimi göstərən, heç nəyi qabartmayan bir şəxs bunu, iri həcmli kitabı yaza bilərdi və yazdı da. Bu kitab hər kəsə lazımdır. Məsəl var: "Sən siyasətlə məşğul olmazsan, siyasət səninlə məşğul olar". Doğru deyimdir. Kimsə hüzur istəyirsə, evində, eşiyində sakitlik, əmin-amanlıq görmək istəyirsə, ətrafında nə baş verdiyini bilməyə məcburdur. Əslində bu kitab gənclərimizə daha çox lazımdır, çünki onlar dövlətimizin daşıyıcılarıdır.
Güclü dövlətin güclü ziyalısı olmalıdır. Onlar hər şeyi görməli, hər şeyi nəzərə almalıdır. Güclü dövlət və milli maraqlar ziyalı tərəfindən önə çıxarsa, yazılarsa və gələcək nəslə ötürülərsə, o dövlət və millət yaşamaq haqqını alacaq.
Yadıma çoxdan oxuduğum və heç zaman unutmadığım bir rəvayət düşdü: "Bir məmləkətdə padişah ayda bir dəfə libasını dəyişib gecələr küçələri gəzərmiş, əhalinin dolanışığını öz gözü ilə görüb öyrənmək istərmiş. Kim məmləkətdən razıdır, kim narazıdır-səbəbini araşdırarmış. Onun padişah olduğunu kimsə də bilməzmiş. Padişah bir dəfə vəziri ilə gecə vaxtı küçəni gəzəndə görür ki, evin birindən səs gəlir. Gəlib qapını döyürlər. Qapını alt paltarında ev yiyəsi açır. Padişah bir söz demədən geri qayıdır. Başqa bir məhəlləyə keçəndə yenə görür ki, bir evdən işıq gəlir. Qapını döyüb "Allah qonağıyıq" deyirlər. Ev yiyəsi müsəlləh əsgər geyimində qapını açıb "Allaha da, Onun qonağına da qurban olum" deyib onları evə dəvət edir. İçəri girəndə padişah görür ki, divardan böyük xəritə asılıb, qırmızı rəngli işarələr var. Padişah ondan soruşur ki, bu nədir belə, bu nə işarələrdir. Ev yiyəsi cavab verir ki, ey qonaq, bil ki, bu bizim dövlətin sərhədləridir. Gördüyün yaşıl işarələr də bizim real düşmənlərimizdir. Sabah olmadı elə, oldu belə. Dövləti, vətənimi düşünməliyəmmi? Padişah yenə sual verir ki, bu sənin nəyinə lazımdır? Sən bu məmləkətin adi təbəəsisən, bunun üçün padişah var, onun əyanları var, qoy onlar bu barədə düşünsünlər. Ev yiyəsi cavab verir ki, elədir, ancaq padişah dövlətin təhlükəsizliyini düşünəcək. Dərd, bəla gəlməmiş biz onunla olmalıyıq, çünki dövlətə gələn dərd sonradan hər birimizin evinin içindən keçəcək.
Saraya qayıdandan sonra vəziri soruşur ki, padişahım, bu işin səbəbini mənə anladarsanmı; bir evdə qalmadıq, o birisində səhərə qədər yatmayıb söhbət etdik. Padişah cavab verir: "Ya vəzir, birinci evdə ona görə qalmadıq ki, ev yiyəsi qarşımıza alt paltarda çıxdı. O heç ailəsini də fikirləşmədi. Onu qəfil yaxalamaq çox asan olardı. İkinci isə qarşımıza əsgər kimi çıxdı. O təkcə ailəsini deyil, dövlətini də fikirləşirdi, özü də əsgər kimi yox. Kaş belə təbəələrimiz çox olaydı".
Bax, Əli Həsənovun bu kitabını oxuduqda onun ikincidən olduğunun qənaətinə gəldim.
Bir tarixi hadisəni də yazım: "Hülaki xan bir gün Nəsirəddin Tusini yanına çağırıb deyir ki, ulduzları öyrənmək sənin, mənim, əsgərlərimin nəyinə lazımdır ki, ona pul buraxım? Böyük alim cavab verir ki, gəl böyük qazanı əsgərlər düşərgə salan yerdə dağdan aşağı buraxaq, amma bu sirri ikimiz bilək. Nəticəni danışacam. Elə də edirlər. Dağdan böyük, içi boş qazan tappaturupla diyirlənəndə böyük hay-küy düşür. Əsgərlər elə bilirlər ki, düşərgəyə düşmən qəfil hücum edib, hamı həyəcan və təşvişə düşür. Tusi Hülaki xana deyir ki, bax, ulduzların sirrinə vaqif olmaq buna görədir, haradan təhlükə gəlir, öncədən bilmək lazımdır, Hülaki xan bundan sonra Marağa rəsədxanasının tikilməsi üçün dövlətdən vəsait ayırır".
Bax, bu kitab da bizə, dövlətə, millətə, hər ailəyə gələn təhlükədən xəbər verir, nə etmək lazımdır yolunu göstərir.
Əli Həsənov doğru olaraq yazır: "Hazırda təzahüretmə miqyasından və məkan amilindən asılı olaraq beynəlxalq münasibətlər sistemi planetar maraqların arxitekturası əvvəlki dövrdə olduğu kimi sosializm və kapitalizm düşərgələrinin ideoloji qarşıdurması çərçivəsində deyil, Milli, Regional və Qlobal olmaqla üç fərqli məkan ölçülərini və ayrılıqda hər bir dövlətin milli maraq və milli təhlükəsizlik səviyyəsini özündə əks etdirir" (bax; Əli Həsənov "Azərbaycanın geosiyasəti". Bakı, 2015, səh.11.)
Tam doğrudur. O düzgün olaraq qeyd edir ki, artıq ideoloji baxışlara görə dövlət və milli maraqlar geridə qalıb. Fərqli ideoloji düşüncələrə görə vətəndaşları məhv etmək, güllələmək, sürgün etmək yolverilməzdir. Dövləti, onun vətəndaşlarını belə seçkilərlə qorumaq mümkünsüzdür. O qeyd edir ki, çağdaş dövrümüz tamam başqa yanaşma və elmi təhlili olan yol tələb edir, əks təqdirdə bəzi başqa, kiçik dövlətlər kimi asılılığa düşəcək, dövlətin və millətin gələcəyini müəyyən edə bilməyəcək. Müəllif yazır: "Bəhs olunan şəraitdə dünyanın geosiyasi reallıqlarına və təhlükəsizlik sistemlərinə ən çox təsir göstərən və fərqli xüsusiyyətlər gətirən amillərdən biri də Avrasiyada- Xəzər-Qara dəniz hövzəsi, Orta Asiya və Cənubi Qafqazda yeni müstəqillik əldə etmiş dövlətlərin milli inkişaf və təhlükəsizlik sahəsində həyata keçirdikləri geosiyasət hesab olunur. Hazırda bütün dünyada, o cümlədən Avrasiya məkanında müstəqillik əldə etmiş və beynəlxalq münasibətlərin subyektinə çevrilmiş hər bir müstəqil dövlət özünün geosiyasi statusunu və fəaliyyət normalarını, milli inkişaf və təhlükəsizlik məsələlərini, milli maraq dairələrini və hədəflərini öyrənir, ölkəsinin daxili və xarici aləmdən qaynaqlanan geosiyasi, geoiqtisadi və hərbi geostrateji maraqlarının qorunması mexanizmlərini təklif edir, milli təhlükəsizlik və hərbi doktrinalarının yaradılması və s. strateji vəzifələrin yaradılması ilə məşğul olurlar..." (Yenə orada, səh 12)
Tamamilə dövlətin və millətin geostrateji maraqları üçün düzgün hədəf seçilir. Bu hədəfləri bilmədən, öyrənmədən düzgün və dayanıqlı inkişaf tapmaq mümkün deyil.
Bu yazını 28 may günündə başladım. Üç ildən sonra Cumhuriyyətimizin yaranmasının 100 illiyi möhtəşəm şəkildə qeyd olunacaq. Heyif ki, o zamanlar kimsənin ömrü, zamanı( hərçənd buna çox cəhd edilmişdi) çatmadı. Bəlkə belə kitab yazılsaydı, dövlətin strateji yükü müəyyənləşsəydi, XI Qızıl Ordu Azərbaycanı işğal etməzdi. Düzgün yeridilən siyasət, hədəfləri müəyyənləşdirmək və xarici siyasətin hədəflərini özündə reallaşdırmaq, dövləti xarici ünsürlərdən və təzyiqlərdən qorumaq milli dövlətin ən başlıca vəzifələrindən biridir.
Müəllif qeyd edir ki, Azərbaycanın Avropa və Asiyanın nəqliyyat-kommunikasiya xətlərinin kəsişmə nöqtəsində, geosiyasi, hərbi geostrateji və geoiqtisadi cəhətdən mühüm əhəmiyyət kəsb edən enerji qaynaqları ilə zəngin Avrasiya məkanında yerləşməsi onun beynəlxalq, regional və milli maraqlarının əsas istiqamətləri və mexanizmlərinin müəyyənləşməsinə həlledici təsir göstərir. Məlumdur ki, Avrasiyanın ən əhəmiyyətli bölgələrindən hesab olunan Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqaz Rusiya üçün daim xüsusi əhəmiyyət daşımış, son iki əsrə yaxın müddət ərzində onun geosiyasi təsiri, hərbi geostrateji və geoiqtisadi nəzarəti altında olmuşdur. Sovet İttifaqının dağılmasından sonra bu məkanda bir müddət nisbi "geosiyasi boşluğun" yaranması ümumi geosiyasi mühitə mənfi təsir göstərən etnik separatizmə, milli qarşıdurmalara və dezinteqrasiya proseslərinə təkan vermişdir.
Düzdür, bu "nisbi boşluqdan" istifadə edən seperatçılar Azərbaycanı bir neçə yerə bölmək istədilər (təbiidir ki, xarici qüvvələrin təsiri nəticəsində) və torpaqlarımız işğal olundu. Hər super dövlət öz maraqlarını bu regionda saxlamaq və qorumaq üçün ilk növbədə Azərbaycana təsir imkanlarını artırmağa çalışırdı. Müəllif yazır: "Hazırda regionun geosiyasi, geoiqtisadi və hərbi geostrateji həyatında yerli ölkələrlə yanaşı üç əsas geosiyasi faktor - Rusiya, ABŞ və Avropa Birliyi öz milli maraqlarını maksimum formada reallaşdırmağa çalışır. Odur ki, bu məkandakı beynəlxalq, regional və lokal maraqların təsnif olunması, ümumi geosiyasi mühitin formalaşmasına hər bir yerli və beynəlxalq faktorun geosiyasi fəaliyyətinə təsir göstərən amillərin, regionda maraqları təmsil olunan dövlətlərin və beynəlxalq güclərin siyasi, hərbi enerji, informasiya və iqtisadi strategiyalarının , geosiyasi proseslərin? getdikcə praktiki cəhətdən aktuallaşır... (Yenə orada, s.14)
Göründüyü kimi, Azərbaycan dövlətinin milli maraqları olmadan dövlət siyasəti yürütmək çaşbaşlıq yaratmaqla yanaşı, dövlətin əsas təməllərinə də zərbə vurmuş olacaq. Bu təməllər hansılardır:
1. Milli maraqlar önə çəkilir;
2. Regional maraqlar nəzərə alınır;
3. Beynəlxalq aləmdə dövlət öz yerini müəyyənləşdirir və ona uyğun olaraq özünün siyasətini yürüdür.
Bunları bilmədən, hesaba almadan yaranan yeni dövlət quruculuğunda səhv etmək dövləti və onun vətəndaşlarını xaosa sürükləmək deməkdir. Vətəndaş öz dövlətinin dayanıqlı inkişafına inanmalıdır.
Əlbəttə, mənim üçün əlimizin altında olan bu kitab haqqında fəsilləri üzrə yazmaq və bu fəsillərin nədən bəhs etdiyini göstərmək daha asan olardı. Mən bundan vaz keçdim. Belə möhtəşəm bir kitabı fəsillərə bölmək günah olardı.
...Maraqlıdır ki, geosiyasi baxışlarda Əli Həsənov tarixə baş vurur, milli dövlətin yaranmasını keçmişdən gələcəyə daşıyır, milli dövlətin yaranması hüdudlarını göstərir, milli dilin təşəkkül tapmasının zamanını çərçivəyə alır. "Beləliklə, Azərbaycan uzun müddət yadelli işğalçıların hökmranlığı altında yaşamağa məcbur edilsə də, xalq öz milli inkişafını heç zaman dayandırmamış, hətta böyük və fərqli imperiyaların tərkibində belə özünəməxsus maddi-mənəvi dəyərlərini, dilini, milli varlığını qoruyub saxlamağa və inkişaf etdirməyə nail olmuşdur. Elə bu inkişafın nəticəsində Azərbaycanda Avropadan daha əvvəl - XV əsrin sonlarından etibarən yerli səfəvilərin mərkəzləşmiş milli dövlət hərəkatı başlanmışdır". (Yenə orada, s.21)
Əlbəttə, millətin və dövlətin formalaşmasını göstərmək, xüsusilə zamanında göstərmək hər ziyalıya müyəssər olmur.
Bir məsələni də xüsusilə qeyd etmək istərdim. Tarixin geosiyasətini araşdırmaq istədikdə Əli Həsənov heç nədən çəkinmir; tarixi olduğu kimi yazır. Bu onun ziyalı bütövlüyüdür, dövlətçi bütövlüyüdür. O, düşünmür ki, hansısa qonşumuz bu yazıdan inciyər, ya inciməz. O tarixi olduğu kimi yazır, təhrif edilmiş tariximizə birbaşa meydan oxuyur: "... Xüsusən də I Şah İsmayılın dövründə (1501-24) Səfəvilər dövləti bütün Azərbaycan torpaqlarını birləşdirməyə nail olmuş və keçmişdə ayrı- ayrı qonşu imperiyalar tərəfindən tutulmuş digər əraziləri geri qaytarmaq uğrunda qanlı müharibələr aparmışdır"...(Yenə orada, s.22)
Buradan aydın görünür ki, Əli Həsənov tarixi dərindən bilir və onu gələcəyə ötürmək istəyir. Heç şübhə etmirəm ki, yazdığı kitabın mükəmməlliyi qədər də ağqoyunluların tarixini bilir. Bir söhbətimizdə mənə demişdi ki, Uzun Həsənin əl Tehraniyə sifarişini oxumuşam. Oğuzların tarixindən söhbət gedir. "Dədə Qorqud"da yazılan Bayandur xandan söhbət gedir. Elə faktlar danışdı ki, mən - tarixi romanlar yazan bir insan təəccüb içində qaldım. Heç kəsin bilmədiyi sözlər danışdı. Dövlətimizin və millətimizin təşəkkül tapması tarixini mənə göstərdi. Fərəhləndim, bir ziyalımızın bu qədər dərin fikirləşməsinə sevindim, yuxarıda yazdığım kimi müsəlləh əsgər olmasını gördüm. Belə ziyalılarımız olacaqsa, dövlətimiz əbədi yaşayacaq. Çox gözəl yazıb: "... Bu zamandan etibarən çarizm dairələri "Bakı və Azərbaycan" ifadələrini öz istilası altında olan Şimali Azərbaycan torpaqlarına aid edərək, bu torpaqlara rus əyaləti kimi baxmağa başladılar. Belə yanaşma onların Bakıya münasibətində strateji niyyətlərindən xəbər verirdi".(Yenə orada, s.25-26)
Tarix onun ovucunun içindədir. Müasir gənclərdən, alimlərdən fərqli olaraq o, tarixi olduğu kimi, dərin və sadə dillə yazır, hətta ona heç bir şərh vermir: "1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay sülh müqavilələrinin şərtlərinə görə, Şimali Azərbaycan bütövlükdə və Qərbi Azərbaycanın bir hissəsi (İrəvan xanlığının ərazisi və azərbaycanlılar yaşayan Gürcüstanın Borçalı vilayəti-Ə.H) Rusiyanın, Cənubi Azərbaycan bütövlükdə həmin vaxtdan sonra bəzi mənbələrdə artıq İran dövləti kimi təqdim edilən Səfəvilərin, Qərbi Azərbaycanın digər hissəsi, o cümlədən Araz çayının qərb ətrafı Osmanlı imperiyasının tərkibində qaldı... Lakin hətta bölüşdürüləndən sonra Azərbaycan uzun tarixi dövr ərzində bölgənin böyük dövlətləri arasında maraqların toqquşduğu əsas geosiyasi məkan olaraq qaldı və geosiyasi ədəbiyyatda "Şimali Azərbaycan", "Cənubi Azərbaycan", "Qərbi Azərbaycan" ifadələri yarandı. (Yenə orada, s.28)
Diqqət yetirin! Müəllif kitabın birinci bölməsində, yəni "Azərbaycanın geosiyasi inkişaf tarixi və xarakteristikası müasir milli inkişaf siyasətinin əsasları"nda elmi dairələrdə cəsarətlə "Şimali Azərbaycan", "Cənubi Azərbaycan" termini ilə yanaşı "Qərbi Azərbaycan" terminini də işlədir.
(Ardı növbəti sayımızda)



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ