ABŞ İslam Dövləti qruplaşması əleyhinə mübarizəyə gündə 9 milyon dollar xərcləyir. Bu barədə Pentagondan açıqlama verilib.
Hərbiyyəyə əsasən hava zərbələri başlayandan bəri kampaniyaya 2.7 milyard dollar ayrılıb.
Beynəlxalq koalisiya qüvvələri ötən ilin avqust ayından başlayaraq İraq və Suriyadakı İD hədəflərinə hava hücumları həyata keçirirlər.
Pentaqonun açıqladığı rəqəmlər, əksər xərclərin Hava Qüvvələrinə ayrıldığını göstərir.