şənbə günü, 28 noyabr 2026
     

Litvanın Kalininqradı geri almaq planı Rusiya-NATO ziddiyyətlərini dərinləşdirdi

Image


"Qılınc zərbəsi-2015..."

Rusiya ilə NATO arasında kəskinləşən münasibətlərin sonda tərəflər arasında müharibəyə gətirib çıxara biləcəyinə dair verilən proqnozlar özünü doğruldur. Mümkün müharibədən öncə isə, belə görünür ki, NATO üzvlərinin sayını da artırmaq istəyir. Hazırda şimal alyansı Rusiya sərhədlərinin yaxınlığında olan İsveçin də quruma üzv qəbul edilməsinə böyük maraq göstərir.
NATO-ya üzv 13 ölkədən olan 6 min əsgərin qatıldığı təlimləri izləmək üçün Stokholma gələn ABŞ-ın NATO-dakı səfiri Duqlas Luta İsveçin hərbi alyansa üzv olmasının vacibliyini bəyan edib. Alyansa üzvlük üçün İsveçə çağırış edən Duqlas Luta qeyd edib ki, İsveç NATO-ya üzv olduğu zaman ABŞ və ittifaqın təhlükəsizlik zəmanətini ala bilər: "Əks halda hər hansı bir hücum zamanı İsveç NATO və ABŞ-dan yardım gözləməsin". İsveçin müasir silahlarla təchiz olunan bir orduya sahib olduğunu ifadə edən amerikalı diplomat İsveç ordusunun NATO-ya çox şey qazandıra biləcəyindən əmin olduğunu söyləyib. O, İsveçin NATO-ya üzvlüyü üçün ölkə parlamentinin razılığının da həlledici olduğunu vurğulayıb. Bu arada isə məşhur "Delfi" saytı sensasion bir xəbər yayıb. Qeyd olunur ki, hakerlər dünən axşam Litva Silahlı Qüvvələrinin Baş qərargahının saytını sındırıb. Onlar Rusiyanın Kalininqrad vilayətinin zəbt edilməsi ilə bağlı Litvanın planlarını ələ keçirib. Bildirilir ki, 1 iyun tarixindən NATO-nun Polşa və Baltikyanı ölkələrdə keçirdiyi "Qılınc Zərbəsi - 2015" adlı təlimlər də məhz bu plana hazırlıq xarakteri daşıyır. Qeyd edək ki, "Qılınc Zərbəsi - 2015" təlimləri Estoniya, Latviya, Litva və Polşa ərazisində keçirilir. NATO-nun 13 üzvü və Finlandiyanın qatıldığı təlimlər 19 iyun tarixinə kimi davam edəcək. Təlimlərə aviasiya və hərbi texnika, o cümlədən "B-52" bombardmançıları, "A-10" qırıcıları və "Abrams" tankları cəlb edilib. Kalininqrad vilayəti Rusiyaya məxsus olan və Polşa ilə Litva arasında yerləşən, eləcə də Rusiya ilə birbaşa sərhədi olmayan anklav ərazidir. Krımın Rusiyaya birləşməsindən sonra Kalininqrad vilayəti ilə bağlı diskussiyalar yenidən gündəmə gəlib. Litvada iddia edirlər ki, vilayət SSRİ dövründə müvəqqəti olaraq Rusiyanın nəzarətinə verilib və bu müddət çoxdan başa çatıb. Şərqi Avropa Tədqiqatları Mərkəzinin (SİVE) analitiki Laurinas Kaşyunas qeyd edir: "Krımı tutan və Ukraynanın şərq ərazilərinə müdaxilə edən Rusiya dövlət sərhədlərinin bütövlüyü haqqında beynəlxalq razılaşmaları pozur. Bu isə Rusiyaya xatırlatmaq üçün əsas verir ki, Kalininqrad 1945-ci ildə keçirilən Potsdam konfransında 50 il müddətinə icarəyə verilib. Əlli illik müddət çoxdan keçib və bu məsələni qaldırmaq üçün dəqiq əsaslar var".
Bu günlərdə isə Rusiya Müdafiə Nazirliyi "İsgəndər-M" operativ-taktiki raket komplekslərini Kalininqrad vilayətinə yeridib. Moskva bildirir ki, Baltik quru qoşunları qruplaşması Qərb hərbi dairəsinin "İsgəndər-M" raket kompleksləri ilə gücləndiriləcək. Raketləri Kalininqrada Baltik donanmasının böyük desant gəmiləri çatdırıb. Qərb hərbi dairəsinin tərkibində "İsgəndər-M" kompleksləri ilə təchiz olunmuş iki hərbi birləşmə - 26-cı raket briqadası və 112-ci qvardiya raket briqadası var. Bu hərbi birləşmələrdən hansının Kalininqrada yeridildiyi açıqlanmır. Rusiya - NATO qarşıdurması ilə bağlı daha bir məqam Ukrayna ilə bağlıdır. Belə bir vaxtda ABŞ senatoru Kelli Eyot Rusiyanı geri addım atmağa məcbur etmək üçün Ukraynanı silahlandırmağı təklif edib. Moskvanın orta mənzilli nüvə silahlarının ləğvinə dair sazişi pozduğunu deyən xanım Eyot Rusiya ilə başqa cür danışmağın mümkünsüz olduğunu qeyd edib: "Rusiyaya geri addım atdırmaq üçün başqa əlacımız yoxdur. Bir şey etməsək, Rusiya davranışını dəyişməyəcək. Bəlkə də Ukraynanı silahlandırmalıyıq. Belə olan halda özümü daha yaxşı hiss edərdim". Ukraynanın baş naziri Arseni Yatsenyuk isə bildirib ki, Kiyevin ABŞ silahları və puluna ehtiyacı var. Onun sözlərinə görə, ABŞ Rusiya ordusu ilə təkbaşına savaş aparan Ukraynanı dəstəkləməyə borcludur: "Biz amerikalı hərbçilərin Ukraynaya gələrək bizi müdafiə edəcəyini gözləmirik. Lakin biz sizin investisiyalarınızı öz ölkəmizdə gözləyirik. Amerikadan gələn pullar Ukrayna iqtisadiyyatının qorunmasında mühüm rol oynayır".
Hazırda digər maraqlı nüans isə ondan ibarətdir ki, Ukrayna prezidenti Petro Poroşenkonun Rusiya hərbçilərinin Ukraynanın ərazisi vasitəsilə Dnestryanı əraziyə tranzitini qadağan etməsi Kiyev və Moskva arasındakı gərginliyi daha da artırıb. Poroşenkonun qərarını şərh edən ekspertlərin fikrincə, Kiyev bununla da Moskvanı sərt addımlara təhrik etməyə çalışır. Hesab edilir ki, Poroşenko tanınmamış respublikanı hərbi blokadaya almaqla Moskvanı sərt addımlara təhrik edir və yenidən alovlanan münaqişə bəhanəsi ilə NATO qoşunlarını Ukraynaya dəvət etmək istəyir. "Rossiyskaya Gazeta"nın versiyasına görə, regionun blokadası ilə bağlı addımları atmazdan əvvəl Poroşenko Avropa Birliyi və NATO-nun dəstəyindən əmin olub: "Dnestryanı ərazidəki döyüş əməliyyatlarına NATO güclərinin cəlb olunması Moskvanı mütləq sərt reaksiya verməyə məcbur edəcək. Kiyev isə növbəti dəfə Rusiyanı təcavüzkar təqdim etməyə və NATO-nu Ukraynaya qoşunları daxil etməyə inandırmağa çalışacaq".
NATO-nun Rusiya ilə qarşıdurmaya getməsi isə bölgə və eləcə də dünya üçün müsbət heç nə vəd etmir. hələlik isə Qərb ölkələri Rusiyanı iqtisadi təzyiqlər yolu ilə geri addım atmağa vadar etmək istəyirlər. Xatırladaq ki, Almaniyanın Bavariya vilayətində keçirilən G7-nin ("Böyük yeddilik") sammitində Rusiyaya xəbərdarlıq edilib. Almaniya kansleri Angela Merkel G7 liderlərinin Krımın ilhaqına görə Rusiyanı ittiham etdiklərini bildirib. Kansler qeyd edib ki, liderlər Moskvaya qarşı sanksiyaların sərtləşdiriləcəyinə söz veriblər. O vurğulayıb ki, bu, Ukraynanın şərqində vəziyyət gərginləşəcəyi halda ola bilər. Ukraynada isə vəziyyət gərginləşir və burada olan NATO əsgərlərinin sayı artır.
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ