şənbə günü, 28 noyabr 2026
     

Türkiyədə təkrar parlament seçkiləri qaçılmaz olur

Image


Son parlament seçkilərindən sonra Türkiyədə yeni hökumətin hansı partiyalar tərəfindən qurulacağı xüsusi diqqət mərkəzindədir. Mövcud vəziyyət parlamentə düşməyi bacaran partiyalar arasında əslində çox ciddi ziddiyyətlərin olduğunu üzə çıxarır. Belə görünür ki, koalisiya hökumətinin yaradılması elə də asan olmayacaq və ekspertlərin böyük əksəriyyəti Türkiyənin bu gedişlə erkən seçkilərə gedəcəyini proqnozlaşdırır.
Bu arada qeyd edək ki, Türkiyənin baş naziri Əhməd Davudoğlunun istefa ərizəsini prezident Rəcəb Tayyib Ərdoğana təqdim etməsindən sonra koalisiya hökumətinin qurulması istiqamətində danışıqlar başlayıb. Məlumatlara görə, Ədalət və İnkişaf Partiyası (AKP) ilə Milliyyətçi Hərəkat Partiyası (MHP) arasında aşağı səviyyədə ilk təmaslar qurulub. Amma tərəflər arasında hələ də ziddiyyətlər var. Belə bir vaxtda o da bəlli olub ki, Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu CHP, MHP və Xalqların Demokratik Partiyasını (HDP) ehtiva edən koalisiya üçün hərəkətə keçib. İddialara görə, CHP-nin planlaşdırdığı formul CHP-MHP koalisiyasına HDP-nin kənardan dəstək verməsini nəzərdə tutur. Lakin HDP sədri Səlahəddin Demirtaş belə koalisiyaya qarşı çıxıb. MHP-nin HDP ilə koalisiyaya girməyəcəyinə dair açıqlamalarını şərh edən S.Demirtaş deyib: "Bəziləri "biz HDP ilə yan-yana gəlmərik, yanaşı dayanmarıq" deyir. Sizin HDP ilə yan-yana dayanmağınız sizə ancaq şərəf gətirər. Bizimlə yan-yana duranlara şərəfli, ləyaqətli duruşumuza baxmaq nəsib olar. Heç kimin HDP-yə hücum etməyinə imkan vermərik!". Bundan əvvəl MHP millət vəkili Yusuf Halaçoğlu Türkiyədə partiyalararası koalisiya ssenariləri ilə bağlı maraqlı bir açıqlama verərək deyib: "Dünya tərsinə fırlanar, HDP ilə bir araya gəlmərik". Bütün bunlar isə Kamal Kılıçdaroğlunun ssenarisinin həyata keçməsini mümkünsüz edir. CHP-nin AKP ilə bir araya gəlməsi də inandırıcı sayılmır. Yalnız müəyyən şərtlərin yerinə yetirilməsindən sonra koalisiya mümkün sayılır. Həmin şərtlərdən biri 2013-cü il 17-25 dekabr "rüşvət və sui-istifadə" əməliyyatında adı çəkilən 4 nazirin məhkəmə qarşısına çıxarılmasıdır. Buna isə AKP razı deyil. CHP-nin əsas şərtlərindən biri də məhz "Ərdoğansız AKP"dir. Hələlik isə məlumdur ki, AKP koalisiya hökumətinin qurulması üçün bütün partiyaların qapısına gedəcək, ancaq danışıqlarda 3 "qırmızı xət"də güzəşt edilməyəcəyi bildirilir. Bunlar "Paralel dövlət"lə mübarizə, kürd məsələsinin həlli prosesi və prezident Ərdoğanın legitimliyidir. Lakin AKP üçün "qırmızı xətt" hesab olunan Ərdoğan faktoru iki partiya arasındakı koalisiya danışıqlarının müsbət nəticə verəcəyinə ümidləri azaldır. Suriya məsələsində də fikir ayrılığı var. CHP sədr müavini Faruk Loğoğlu yeni hökumətin qurulmağından danışarkən deyib ki, partiyasının istəyi AKP-nin olmadığı yeni bir koalisiya hökumətinin qurulmasıdır":Hökumət Suriya və İraqla bağlı siyasətində dəyişiklik etməli və heç bir ölkənin daxili işlərinə qarışmamalıdır. Suriya xalqı gələcəyinə özü qərar verməlidir. Biz bunun tərəfdarıyıq. Türkiyədə yeni qurulacaq hökumətdə yer alsaq, Suriyada silahlılara əsla kömək etməyəcək, Suriya rəhbərliyinə dost əlimizi uzadacağıq".
AKP ilə koalisiyaya girmə ehtimalı qiymətləndirilən MHP də şərtlərini açıqlayıb. Türkiyə mediasının yazdığına görə, MHP sədri Dövlət Baxçalı baş nazir Əhməd Davudoğlu ilə görüşəcəyi halda 4 şərtini açıqlayacaq: 1.Prezident idarəetmə üsuluna keçmək fikrindən imtina edilməsi; 2. PKK terror təşkilatı ilə danışıqlardan imtina edilməsi; 3. 2013-cü il 17-25 dekabr əməliyyatlarında adı rüşvət və sui-istifadədə hallanan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi; 4. Unitar dövlət quruluşu, eyni zamanda türk şəxsiyyəti ilə bağlı konstitusiyaya dəyişikliyin edilməməsi. Bu məsələdə də fikir ayrılığı mövcuddur. Digər məlumata görə, Türkiyədə 7 iyun parlament seçkisində təkbaşına hökumət qurmaq üçün yetərli səsi qazana bilməyən AKP artıq yol xəritəsini müəyyən etməyə başlayıb. MHP-nin PKK ilə danışıqlara qarşı çıxması, CHP-nin isə adı rüşvətdə hallanan keçmiş nazirlərin məsuliyyətə cəlb edilməsini istəməsi AKP-nin bu partiyalarla koalisiyaya getməsinə mane olur. HDP sədri Səlahəddin Dəmirtaş da AKP ilə koalisiyaya getməyəcəklərini açıqlayıb. Partiyaların koalisiya şərtlərini götür-qoy edən Davudoğlu nəticədə üzünü alternativ varianta çevirib. O, partiya rəsmilərindən erkən seçkiyə gediləcəyi halda AKP-nin səslərinin artıb-artmayacağının öyrənilməsini istəyib. 45 gün ərzində hökumət qurulmazsa, təkrar seçki keçiriləcək. Qeyd edək ki, iyunun 7-də keçirilən parlament seçkisində AKP 258, CHP 132, MHP 80, HDP 80 millət vəkili yeri qazanıb. Türkiyədə bir partiyanın təkbaşına hökumət formalaşdırması üçün parlamentdə ən azı 276 millət vəkili yeri qazanması lazımdır. Hazırkı nəticələr isə koalisiya hökumətinin qurulmasını tələb edir, lakin bu müşkülə çevrilib. İndi ümidlər Rəcəb Tayyib Ərdoğanın CHP-nin keçmiş sədri, 7 iyun seçkisində yenidən deputat seçilən Dəniz Baykalla görüşündən əldə olunacaq nəticələrə qalıb. Türkiyə prezidenti Antalyadan deputat seçilən Dəniz Baykala görüş üçün dəvət göndərib. Hesab olunur ki, Baykal CHP-nin mövqeyinin dəyişməsinə təsir göstərə bilər.





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ