şənbə günü, 28 noyabr 2026
     

Moskva "Transxəzər"ə qarşı siyasətin dozasını artırdı

Image


Energetika sahəsində Rusiyanın atdığı son addımlar bu ölkənin sözügedən sferada tamam fərqli bir siyasətə başladığını göstərir. Belə görünür ki, Moskva bundan sonra da, Ukrayna da daxil olmaqla, Avropanı enerji nəzarətində saxlamaqda israrlıdır. Bunu "Qazprom" şirkətinin rəhbər müavini Aleksandr Medvedyevin açıqlamaları da təsdiq edir. Aleksandr Medvedyev bildirir ki, 2019-cu ildən sonra heç bir halda Ukraynadan qaz tranziti həyata keçirilməyəcək.
Onun sözlərinə görə, "Qazprom" Kiyevlə bitəcək müqaviləni uzatmayacaq. Qeyd edək ki, Rusiya və Ukrayna arasında olan müqaviləyə görə "Qazprom" hər il Ukrayna ərazisindən 110 milyard kubmetr təbii qazın tranzitini həyata keçirməlidir.
Ukraynadan keçən tranzit əvəzinə, artıq məlumat verildiyi kimi, "Qazprom" "Türk axını" layihəsini reallaşdırmaqda israrlı tərəf kimi çıxış edir. Layihənin birtərəfli şəkildə həyata keçirilməsilə bağlı "Qazprom" artıq praktiki işlərə də start verib. Aleksandr Medvedyev ölkədə hasil olunan təbii qazı Avropaya daşıyacaq "Türk axını" layihəsi ilə bağlı anlaşma memorandumunun iyun ayının sonunda Türkiyə tərəfi ilə imzalanacağını deyib. O, layihənin ilk mərhələsinin 3,3 milyard avroya başa gələcəyini açıqlayıb: "Ukrayna ilə tranzit anlaşmasının sona çatmasından sonra hər hansı uzadılma olmayacaq. Bu baxımdan Türkiyəyə təbii qazın təklif edilməsi "Türk axını" ilə daha asandır". Onun sözlərinə görə, sənədlər iyunun sonunda Türkiyənin yeni enerji və təbii sərvətlər naziri ilə imzalanacaq.
Qeyd edək ki, "Qazprom" ilk qaz nəqlinin 2016-cı ildə baş tutacağını bildirsə də, rəsmi Ankara bu müddətin 2017-ci ilin sonuna qədər uzanacağını açıqlayıb. Türkiyə "Qazprom"dan 2014-cü ildə 27,3 milyard kubmetr təbii qaz alıb və 2015-ci ildə daha çox tələb olunduğu açıqlanıb. Onu da bildirək ki, ötürmə qabiliyyəti 63 milyard kubmetr olan "Türk axını"nın 47 milyard kubmetrinin Yunanıstandan keçməklə Avropaya çatdırılması planlaşdırılır. Avropa isə Xəzər hövzəsindən, konkret halda Azərbaycan və Türkmənistandan daha çox qaz nəql etməyi düşünür. Bunun üçün "Transxəzər" qaz kəməri layihəsinin çəkilişi də hazırda Avropa üçün prioritetdir. Son zamanlar Avropa İttifaqı "Transxəzər" qaz kəməri layihəsinə dair fəallığı artırıb. Brüssel Azərbaycan və Türkmənistana bu layihəyə dair 2011-ci ildə imzalanmış anlaşma memorandumunu yeniləməyi təklif edib. Ötən ay isə Aşqabadda Türkiyə tərəfinin də iştirakı ilə "Transxəzər" qaz kəmərinə dair danışıqlar aparılıb. Türkmənistan tərəfi bildirib ki, "Transxəzər" qaz kəməri layihəsi ölkənin qaz ixracı marşrutlarının şaxələndirilməsi baxımından əsas prioritetdir. Azərbaycanı danışıqlarda təmsil edən energetika naziri Natiq Əliyev də Bakının bu layihədə maraqlı olduğunu, "Transxəzər" qaz kəmərinin çəkilməsi üçün ancaq Türkmənistan və Azərbaycanın razılığının kifayət edəcəyini deyib.
Amma belə görünür ki, Rusiya "Transxəzər"ə qarşı daha sərt siyasətə başlayır. Rəsmi Moskva bildirir ki, bu layihənin həyata keçirilməsi Rusiyanın razılığı olmadan baş tuta bilməz. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç Xəzərin Türkmənistan və Azərbaycan sahillərini birləşdirən "Transxəzər" qaz kəmərinin tikintisi zamanı ekoloji təhlükəsizliyin qeyd-şərtsiz prioritet təşkil etməli olduğunu bildirib: "Bütün mənalarda unikal olan su hövzəsində magistral boru kəmərlərinin çəkilməsinə hər şeydən əvvəl ekologiya prizmasından baxmaq lazımdır, ancaq bundan sonra məsələnin iqtisadi tərəfinə nəzər salmaq olar. "Transxəzər" qaz kəməri layihəsinin effektivliyini və maliyyə baxımından özünü doğrultmasını ilk növbədə bu layihəyə qoşulacaq ölkələr mühakimə etməlidir. Ancaq layihənin ekoloji tərəfinin ilk növbədə Xəzər sahilində yerləşən ölkələrə dəxli var, özü də istisnasız olaraq bütün sahilyanı ölkələrə. Xəzər dəniz-gölü ətraf mühit dəyişikliklərinə olduqca həssasdır. Bu dəyişikliklərin səbəbi "Transxəzər" boru kəmərlərinin döşənməsi, boru kəmərlərinin fəaliyyəti və Allah eləməsin, bu sistemdə qəza baş verməsi ola bilər. Əminik ki, Xəzərin ekoloji təhlükəsizliyi qeyd-şərtsiz prioritet təşkil edəcək". Lukaşeviç deyib ki, Avropa İttifaqının hesabatlarında Xəzərin dibindən boru kəmərinin çəkilməsinin ətraf mühit üçün təhlükə törətmədiyi göstərilir. Lakin bu hesabatlar subyektiv mühakiməyə söykənir, ekologiya üzərində açıq-aşkar siyasət hökmranlıq edir: "İstismarının bütün sahilyanı ölkələrə dəxli olan infrastruktur obyektinin ekspertizası ancaq o zaman legitim və obyektiv ola bilər ki, orada bütün maraqlı tərəflər iştirak etsin". Rusiyalı diplomat xəbərdarlıq edib ki, "Transxəzər" qaz kəmərinin tikintisinə dair birtərəfli addımlar Xəzər ölkələri arasında etimadı sarsıda bilər: "İstisna deyil ki, bu layihənin regiondankənar lobbiləri özlərini Xəzər ölkələrinə "strateji tərəfdaşlar" kimi təqdim edərək və bu layihənin tərəfdarlarına bütün mümkün siyasi dividendlər vəd edərək, məhz bu etimadı sarsıtmağı nəzərdə tuturlar". Bütün bunlara paralel olaraq Moskva Xəzərdə hərbi gücünü də artırır.
Belə vəziyyət isə "Transxəzər" qaz kəmərinin tikintisini ciddi sual altına alır. Bu fonda daha bir maraq doğuran məqam Türkiyənin türkmən qazını "Transxəzər" olmadan İran vasitəsilə almaq niyyətini bəyan etməsidir. Türkiyənin təbii ehtiyatlar və energetika naziri Taner Yıldız bildirib ki, özəl türk şirkətləri İran ərazisindən keçməklə 2 milyard kubmetr həcmində türkmən qazının alınması barədə razılığa gəliblər. Onun sözlərinə görə, Türkiyə qaz idxalını 10 milyard kubmetr artırmaq niyyətindədir. Taner Yıldız Türkmənistan layihəsinin detalları haqqında heç bir açıqlama verməyib. Türkiyənin Təbii Ehtiyatlar və Energetika Nazirliyi, Türkmənistanın Neft və Qaz Sənayesi nazirlikləri, həmçinin "Türkmənqaz"ın nümayəndələri hələlik bu faktla bağlı şərh verməyiblər. Amma proses həyata keçsə, bu, "Transxəzər"ə ciddi zərbə olacaq.
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ