şənbə günü, 28 noyabr 2026
     

Avropa Parlamenti: Yenidən Kömür və Polad Birliyinə doğru

Image


Beynəlxalq miqyaslı tədbirlər ərəfəsində Qərb dairələri tərəfindən Azərbaycana qarşı gücdən salma kampaniyasının gücləndirilməsi adət halını alıb. Bunun bariz nümunəsini 2012-ci ildə Bakıda keçirilən "Avroviziya” musiqi yarışması öncəsi daha aydın görmüşük.

O zaman bir sıra Qərb dairələri, erməni lobbisi, həm də bu qüvvələrin təsiri altında olan daxilimizdəki "5-ci kolon” Azərbaycanı qaralamaq üçün ən müxtəlif vasitələrə əl atdılar. İndi də eyni vəziyyət 12-28 iyun tarixlərində Bakıda keçiriləcək birinci Avropa Oyunları ərəfəsində yaranıb. Demokratiya, hüquq müdafiəçiliyi pərdəsi altında gizlənən xarici qurumlar, transmilli təşkilatlara bağlı Qərb mediası, həmçinin onların daxilimizdəki uzantıları bu oyunların əhəmiyyətini kiçiltməyə, Azərbaycanı mümkün qədər qara rəngdə təsvir etməyə başlayıblar. Əfsus ki, bəzi hallarda bu prosesə Avropa İttifaqının nüfuzlu qurumlarından sayılan Avropa Parlamentinin bir qrup üzvləri da cəlb edilir. Belə ki, Avropa Parlamenti Azərbaycanda keçiriləcək birinci Avropa Oyunları ilə bağlı iyunun 10-da Strasburqda müzakirələr keçirməyi qərarlaşdırıb. Qurumun saytında bu barədə yerləşdirilən məlumata görə, dinləmələr zamanı böyük idman oyunlarının insan haqları müdafiəsi və universal dəyərlərin təbliği istiqamətində rolu müzakirə ediləcək. Bir gün əvvəl isə sözügedən müzakirələrlə bağlı Avropa Parlamenti İnsan haqları komitəsində alt komitə sədri Yelena Valensiano və Mədəniyyət Komitəsinin sədri Silvia Kostanın birgə mətbuat konfransı keçirilib. Müzakirələrin səhəri günü, yəni iyunun 11-də daha bir mətbuat konfransı keçiriləcək, müzakirələr barədə ətraflı məlumat veriləcək. Dinləmələrin mövzusundan da hiss olunur ki, bu "təşkilatçılıq” Azərbaycan ünvanına qarayaxma kampaniyasının tərkib hissəsidir.


Parlamentə çevrilən Kömür və Polad Birliyi

Xatırladaq ki, 1952-ci ildə Avropa Kömür və Polad Birliyi kimi yaranmış və 1957-ci il Roma müqaviləsindən sonra özünü Avropa Parlamenti adlandıran qurum əvvəllər avropalılar arasında ciddi orqan kimi qəbul olunmayıb. 1970-ci illərdə Avropa Parlamentinin adı gələndə deyirdilər ki, "öz qoca babanı göndər Avroparlamentdə otursun”. Yalnız 1979-cu ildə vətəndaşlar tərəfindən seçilməyə başlayan Avropa Parlamenti sonrakı illərdə həyata keçirilmiş islahatlar nəticəsində yeni səlahiyyətlər əldə edib və Avropa İttifaqının rəhbər orqanları arasında əsas sözçülərdən birinə çevrilib. Fəaliyyəti dövründə Avropa Parlamenti vahid Avropa ailəsinin, müasir Avropa standartlarının formalaşması və inkişafında mühüm rol oynayıb. Lakin son illər Avropa Parlamentin fəaliyyəti yenidən vətəndaşlar, hətta avroparlamentarilər arşında ciddi fikir ayrılığının yaranmasına səbəb olub.


Təzyiq vasitəsi rolunu oynayan sifariş aləti

Xüsusilə Martin Şultsun rəhbərliyi dövründə Avroparlamentin Avropa xalqlarının iradəsini ifadə etməli olan ali orqandan ayrı-ayrı siyasi dairələrin və qrupların maraq və mənafeləri naminə fəaliyyət göstərən bir quruma çevrilib. Cənab Şultsun gəncliyində içkiyə meylli olması, alkoqolizmdən ciddi şəkildə əziyyət çəkməsi, bu səbəbdən hətta iş yerindən qovulması kimi xəbərlər onun bioqrafiyasında hamıya məlum olan faktlardır. Bütün bunlar Avroparlament sədrinin siyasətçi kimi atdığı avantürist addımlara, verdiyi bəyanatlara təsirsiz ötüşməyib. Şults 1994-cü ildən Avropa Parlamentinin üzvü, 2012-ci ildən isə qurumun prezidentidir. Bu müddət ərzində o, bir sıra qalmaqallarla yadda qalıb. İtaliyanın keçmiş baş naziri S.Berluskoni haqqında dedikləri, İsrail Knessetindəki çıxışı, Britaniyanın Aİ-dəki rolu haqqında söylədikləri və sair hadisələr hər kəsə məlumdur. M.Şults 2014-cü ildə Avropa Parlamentinin sədri postuna yarışmada Avropa Birləşmiş Solçu Partiyalar Qrupunun namizədi kimi çıxış edən ispaniyalı deputat Pablo İqlesias bildirib ki, "Avropa qurumlarında sadə vətəndaşlar deyil, ayrı-ayrı klanların nümayəndələri təmsil olunublar”. Doğrudan da cənab Şults bəzi Avropa paytaxtlarından gələn sifarişləri gözüyumulu icra etməklə, habelə parlamentdəki azsaylı fraksiyaların səslərini qulaq ardına vurmaqla və onların manevr imkanlarını məhdudlaşdırmaqla özü haqqında "hər şeyə qadir” və "əvəzolunmaz” şəxs rəyi formalaşdırmağa çalışıb. Buna görə də Avroparlament hazırda ayrı-ayrı siyasi dairələrin əlində müstəqil dövlətlərə təzyiq vasitəsi rolunu oynayan sifariş aləti kimi qəbul olunur.


Vəzifə səlahiyyətlərini aşmaq, riyakarlığa görə tanınmaq

M.Şultsun vəzifə səlahiyyətlərindən öz maraqlarına uyğun şəkildə istifadə etdiyinə dair bir çox faktlar mövcuddur. Məsələn, o, 2014-cü ilin aprelində Avropa Parlamenti büdcəyə nəzarət komitəsinin deputatların müzakirəsinə çıxarılacaq hesabatında özünün fəaliyyətini tənqid edən paraqrafı qanunazidd şəkildə sənəddən çıxarıb. Şults Avropa Komissiyasının prezidentliyi üçün apardığı kampaniya dövründə manipulyasiyaya əl ataraq, Avropa Parlamenti prezidenti üçün hazırlanmış və 60 min izləyicisi olan Twitter səhifəsini özünün şəxsi səhifəsinə çevirib. O, seçki kampaniyası dövründə parlament prezidentinə ayrılan gündəlik ezamiyyə xərclərini kampaniya üçün istifadə etməkdə də günahlandırılır. Bu məqsədlə 110 min avronu mənimsədiyi bildirilir. Şults həmçinin öz kabinetinin beş üzvünün parlament idarəçiliyində yüksək maaşlı işlə təmin olunmasına, öz seçki kampaniyasında fəaliyyət göstərən şəxslərin parlamentdən qeyri-qanuni gəlir əldə etməsinə şərait yaratmaqda ittiham olunub. M.Şults vəzifə səlahiyyətlərini aşmaqla, başqalarının əlində alət olmaqla bərabər, riyakarlığına görə də tanınan şəxsdir. O, konkret məsələlərə münasibətində belə ardıcıllığa əməl edə bilmir. Avropa Oyunları ilə əlaqədar Azərbaycanı tənqid etmək üçün gün sayan Şults bir müddət əvvəl Brüsseldə keçirilmiş "Avropa idman gecəsi”'ndə Avropa Oyunlarının təqdimatı zamanı kifayət qədər müsbət fikirlər bildirib. Avropa Parlamentinin sədri bu Oyunların keçirilməsini ədalət, tolerantlıq və qarşılıqlı hörmət kimi ali dəyərləri nümayiş etdirdiyini bildirib. Oyunların yüksək səviyyədə keçirilməsi üçün kifayət qədər əmək sərf edildiyini diqqətə çatdıran Şults yarışların uğur və müvəffəqiyyətlə baş tutacağına ümid edib. O, idmanın inkişafının tolerantlıq üçün çox vacib olduğunu vurğulayıb. Lakin Avropa Parlamenti rəhbərinin son bəyanatları sübut edir ki, ədalət, tolerantlıq və qarşılıqlı hörmət kimi ali dəyərlər Şults üçün ritorikadan başqa bir şey deyil. Əminliklə demək olar ki, bu mövqe heç də Şultsun Azərbaycana olan pozitiv münasibətindən qaynaqlanmır. Sadəcə olaraq o, rəsmi şəxs kimi Avropa üçün belə bir mühüm tədbirlə bağlı əsassız iddialar səsləndirməməklə, növbətçi pozitivliyə varmaqla özünü mümkün qınaq təhlükəsindən sığortalayır.


"Müstəqil” və qeyri obyektiv qurum

Qeyd edək ki, son illər Avropa Parlamentinin müxtəlif ölkələrlə bağlı qəbul etdiyi qətnamələr bu qurumun müstəqilliyinə və obyektivliyinə ciddi şəkildə kölgə salıb. Məlumdur ki, Avropa Parlamentində deputatların ümumi sayı 2007-ci ilə kimi Nissa müqaviləsi ilə tənzimlənib və 736 nəfər olub. 2007-ci ildə Lissabon müqaviləsinə əsasən deputatların sayı 751 nəfərə çatdırılıb. Təəccüb doğuran hal ondan ibarətdir ki, Azərbaycanda insan hüquq və azadlıqlarının vəziyyəti ilə bağlı qətnamələrin müzakirəsində və səsvermədə iştirak edən deputatların sayı hər dəfə 50-60 nəfəri keçməyib. Məsələn, 2011-ci il mayın 12-də qəbul olunmuş qətnamənin müzakirəsində və səsvermədə cəmi 54 deputat iştirak edib. 2012-ci il mayın 20-də 56 deputatın iştirakı ilə keçirilmiş toplantı və müvafiq qərəzli qətnamənin qəbulu Bakıda "Avrovizion” mahnı müsabiqəsi ərəfəsinə təsadüf edib. Həmçinin, iyunun 20-21-də Avropa Parlamenti ilə Azərbaycan Milli Məclisi əməkdaşlıq komitəsinin iclasının keçirilməsi nəzərdə tutulub. 2013-cü il iyunun 15-də Avropa Parlamentində 50-60 nəfərin iştirakı ilə təşkil olunmuş müzakirələrdən bir neçə gün əvvəl – iyunun 7-də isə Yeni Azərbaycan Partiyasının V qurultayı keçirilib və dövlət başçısı İlham Əliyevin növbəti dəfə prezidentliyə namizədliyi irəli sürülüb. 2014-cü il sentyabrın 18-də yenə də azsaylı üzvlərin iştirakı ilə qətnamənin qəbulu "Əsrin müqaviləsi”nin ildönümü və "Cənub” qaz dəhlizinin təməlqoyma mərasimi ərəfəsinə təsadüf edib. Səsvermədə iştirak edən deputatların əksəriyyəti Azərbaycanda həbs olunmuş Ermənistan kəşfiyyat-diversiya qrupunun üzvü dünyasını dəyişdikdən sonra Ermənistan rəhbərliyinə başsağlığı verən şəxslər olublar. Üstəlik, bu qətnaməyə Azərbaycana qarşı daha radikal addımların atılması və sanksiyalar tətbiq olunması barədə bənd daxil edilib.


Erməni təəssübkeşliyi

Faktlar onu göstərir ki, bütün müzakirələr və səsvermələr təxirəsalınmaz şəkildə, yalnız məlum bir qrup deputatın iştirakı ilə keçirilib və Azərbaycanda hər hansı mühüm bir hadisəyə təsadüf edib. Bu da həmin sənədlərin sifarişli xarakter və təzyiq məqsədi daşıdığını, Avropa Parlamentinin adından sui-istifadə edən bir qrupun və onların başında duran parlamentin sədri Martin Şultsun vasitəsilə həyata keçirildiyini deməyə tam əsas yaradır. Əslində, cənab Şults heç vaxt Azərbaycanı tənqid etmək fürsətini qaçırmayıb. Hətta Azərbaycan Ordusunun zabiti Ramil Səfərov Macarıstandan ekstradisiya olunduqdan sonra xüsusi bəyanatla çıxış edərək "narahatlığını” bildirib. 2014-cü il noyabrın 26-da Strasburqda akademik Saxarov adına mükafatın təqdimetmə mərasimində isə Avropa Parlamentinin sədri emosional şəkildə Azərbaycanı insan haqlarının pozulmasında ittiham edib. Şultsun Azərbaycanın Avropada fərqli şəkildə təqdim olunması üçün Avropa Parlamentinin prezidenti kimi əlində olan bütün mümkün vasitələrdən istifadə etdiyi artıq hər kəsə bəllidir. Son vaxtlar o da məlum olub ki, Avropa Parlamentinin üzvlərinin Azərbaycana rəsmi səfərlərinə qurum daxilində qeyri-rəsmi qadağa mövcuddur. Son dörd ay ərzində Ermənistana 3 dəfə səfər etmiş Avropa Parlamentinin vitse-prezidentlərindən biri Avropa İttifaqının regional siyasəti çərçivəsində balanslaşdırılmış yanaşmanı qoruyub saxlamaq üçün Azərbaycana da səfərin həyata keçirilməsini təklif edib. Lakin bu təklif Şults tərəfindən qəti şəkildə rədd edilib. Bütün bunlar bir daha onu göstərir ki, Ermənistan və Azərbaycana münasibətdə fərqli yanaşmaları qoruyub saxlamaqla, Şults Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələrin inkişafına maneələr yaratmağa çalışır.


"Demokratiyanın” növbəti təzahürü

Şults barədə danışarkən onu da qeyd etmək yerinə düşər ki, 2014-cü ildə sosial-demokratların lideri kimi o, Avropa Komissiyasının rəhbəri postuna öz namizədliyini irəli sürüb və aylıq maaşı 27 min avro təşkil edən bu vəzifəni heç bir halda əlindən buraxmaq istəməyib. Lakin bu mübarizədə, o, Avropa Xalq Partiyasının namizədi Jan-Klod Yunkerə məğlub olub və ikinci dəfə Avropa Parlamentinə rəhbərlik etmək təklifinə razılaşıb. Avropa mediasının verdiyi məlumata görə, bu şəxslərdən hansının Avropa Komissiyasının, hansının isə Avropa Parlamentinin rəhbəri olacağı Lissabon müqaviləsinə əsasən parlamentarilər tərəfindən deyil, iyunun 26-27-də Avropa İttifaqının Sammitində dövlət başçıları tərəfindən müəyyən olunub. Avropa Parlamentinin deputatları isə sadəcə öz rəhbərlərinin iradəsinə uyğun səs veriblər. Əlbəttə, söhbət Avropadan gedirsə, bunu da "demokratiyanın” növbəti təzahürü kimi qəbul etmək olar.


İki fraksiyanın monopoliyası

Avropa demokratiyasının digər bir təzahürü Avropa Parlamentinin tərkibi, fraksiyaların imkanları arasında ciddi fərqdə özünün büruzə verir. Bu qurum birbaşa seçkilər vasitəsilə formalaşdığı 1979-cu ildən bu günə kimi iki fraksiyanın – Sosialistlər və Demokratların Proqressiv Alyansı (SOC) və Avropa Xalq Partiyası (EPP) fraksiyalarının nəzarətindədir. Sonuncu 2014-cü il seçkilərində də EPP 29.4 faiz səslə 221, SOC isə 25.4 faizlə 191 mandat əldə ediblər. Ümumilikdə 751 deputatın təmsil olunduğu parlamentdə 412 səsə (53.8 faiz) malik olan bu iki fraksiya bütün məsələlərə təsir imkanlarını öz əllərində saxlayırlar. Kommunistlər və solçular, yaşıllar, regionallar, liberallar, konservatorlar, milliyyətçilər və avroskeptiklər, sağçılar, həmçinin müstəqil deputatlar bu və ya digər şəkildə qərarların qəbuluna ciddi təsir göstərmək imkanına malik deyillər. Bir çox ekspertlər və avroparlamentarilər bu nisbəti iki fraksiyanın monopoliyası adlandırır və Avropa Parlamentində ədalət prinsipinin pozulduğunu bildirirlər. Hesab olunur ki, mövcud durum Avropada bəzi ölkələrin ardıcıl şəkildə öz siyasi xətlərini yürütməyə, qərarların qəbuluna, Avropa Birliyinin rəhbər orqanlarına öz adamlarını keçirməyə və digər məsələlərin həllinə ciddi təsir imkanlarını öz əllərində saxlamasına şərait yaradır. Əslində, 2014-cü il iyunun 26-27-də keçirilmiş Avropa İttifaqı Sammitinin nəticələri bu iddiaların heç də əsassız olmadığını göstərir.


Öz gözündə TİR görməmək

Maraqlıdır ki, Avropa İttifaqı ölkələrinin əksəriyyətində insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasına dair çoxsaylı faktlar olsa da, Avropa Parlamenti onları müzakirəyə çıxarmaq və lazımi tədbirlər görmək istiqamətində heç bir iş görməyib. İslamafobiya, anti-semitizm və ayrı-seçkilik meyllərinin artması, polis zorakılığı, əmək münasibətləri və miqrantların hüquqlarının pozulması faktları əksər hallarda araşdırılmayıb. Söz və məlumat azadlığının pozulması, müstəqil QHT-lərin fəaliyyətinə müdaxilələr, bir çox hallarda ictimai rəyə təsir imkanı olan medianın və vətəndaş cəmiyyəti institutlarının susdurulması və ya müxtəlif qrantlar, yardımlar vasitəsilə satın alınması da geniş yayılıb. Avropa Parlamenti Brüsseldə, Londonda, Berlində, Parisdə, Ferqyusonda və digər paytaxtlarda və şəhərlərdə baş verən kobud insan hüquqları pozuntularını "görmür”, ancaq Azərbaycan kimi ölkələrdə adi bir halı süni şəkildə qabartmaqla öz fəaliyyətinə prinsipiallıq donu geyindirməyə çalışır. Yaxud da Avropanın mərkəzində - Almaniyanın Frankfurt şəhərində Avropa Mərkəzi Bankının tikintisi, Berlindəki Brandenburq hava limanın inşası zamanı havaya sovrulan astronomik məbləğlər barədə hər hansı araşdırma aparmağı özünə rəva bilmir. Bircə onu qeyd etmək kifayətdir ki, layihə dəyəri 2 milyard avroya yaxın Brandenburq hava limanının hələ də natamam inşasına artıq 4.5 milyard avroya yaxın vəsait xərclənib. "Spiegel Online” isə yazır ki, bu məbləğ artıq 6.8 milyard dollara çatıb. Yəni qiymət ən azı 2.5 dəfə şişirdilib. Bu, Ermənistan kimi dövlətin büdcəsindən az qala 3 dəfə çoxdur. Ancaq Avropa Parlamenti ciddi korrupsiya və talançılıq problemini görmür, Martin Şults isə öz vətənində belə bir biabırçılığı araşdırmaq niyyətində deyil. Bunun əvəzində isə Azərbaycanla bağlı ağlasığmaz məslələr gündəliyinə çıxarılır, müzakirələr təşkil edilir, qətnamələr qəbul olunur. Təbii ki, belə ikili standartlar, ayrı-seçkilik Avropa dəyərlərini gözdən salır, Avropa İttifaqına etimadı azaldır. Avropa Parlamenti 751 üzvündən hər dəfə cəmi 40-50 nəfəri bir yerə toplayıb Azərbaycan əleyhinə qərar qəbul etməklə, özünü gülüş obyektinə çevirir. Bununla Avropa Parlamenti Avropa İttifaqının mühüm strukturu kimi nüfuzunu itirərək, tədricən 1957-ci ildə mövcud olan Kömür və Polad Birliyinə doğru addımlayır.

AV Araşdırma Mərkəzi



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ