şənbə günü, 28 noyabr 2026
     

Siyasətdə “falsstarta” düşənlər: Kozlariç, Kramer və “5-ci kolon”

Image


Adətən səbrlərini cilovlaya bilməyən, iradəsi zəif idmançılar bu sınaqdan keçə bilmir. Başqa sözlə falsstarta düşür. Bu aralar Azərbaycanla bağlı siyasi arenada "qara piar” kampaniyası aparanlar, obrazlı desək, həmin məsələdə hamıdan çox Roma papası olmaq istəyənlər də bu sınaqla bacarmırlar . Okeanın o tayında İlk Avropa Oyunlarına 2 gün qalmış görüşüb , bu oyunların Azərbaycana nə verəcəyi ilə bağlı müzakirə etməyi sanki özlərinin şəxsi hüququ hesab edənlər kimi. İyunun 10-da Vaşinqtonda "Avropa oyunlarının real qiyməti» mövzusunda təşkil olunacaq və bütünlüklə anti-Azərbaycan xarakteri daşıyacaq yığıncağın təşkilatçıları və iştirakçıları indi məhz bizim nəzərimizdə idman qanunlarını bilməyən "idmançı” statusundadırlar.

Başlayaq ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariçdən. Son dövrdə onun anti-Azərbaycan fəaliyyətində aktivliyi diqqəti cəlb edir. Kozlareçin ABŞ Konqresində keçirilən dinləmələrdə Azərbaycanla bağlı səsləndirdiyi qərəzli iddialar hələ də xatirimizdədir. Keçmiş amerikalı səfir sanki Azərbaycana qarşı səlib yürüşünün təşkilatçısı rolunu oynamağa çalışır və bütün çağırışlarının sonunda Azərbaycana qarşı sanksiyaların tətbiqini tələb edir. Bu əsnada sual doğura bilən məqamlar var.

Onun Azərbaycandakı fəaliyyəti də məhz həmin prinsiplər üzərində qurulmuşdu? Yaxud həqiqətənmi onun rəsmi diplomatik fəaliyyətinin arxasında məhz antiazərbaycançılıq, Azərbaycanda radikal müxalifətlə sıx əlaqə, həmçinin Azərbaycanı ABŞ-ın müəyyən mərkəzlərinin təsiri altına salmaq cəhdi dayanırdı?

Cənab Kozlariç 15 ildən çoxdur ki, Azərbaycanı tərk edib. Əminlik var ki, o da digər səfirlər kimi Azərbaycan xalqının qonaqpərvərliyi, milli mətbəxi, nəhayət insanları haqqında xoş sözlər deyərək Bakıdan ayrılıb. Amma illər amansızdır. Xüsusilə yaxşı həyat tərzi , aylıq yüksək maaş və ildə bir dəfə dünyanın ən gözəl guşəsində istirahət etmək imkanı olan "diplomat həyatı” bitəndən sonra insanlar dəyişir. Bu dəfə bunun bariz nümunəsi Riçard Kozlariçin baxışlarında müşahidə edilir. Azərbaycana qarşı "qara piar" kampaniyasını maliyyələşdirənlər də bu amili yaxşı bilirlər. Təsadüfi deyil ki, bu dəfə kimliyi bizlərə yaxşı məlum olan Riçard Kozlariçi danışdırırlar.

Onun Azərbaycanla hər hansı bağlılığı var. Yəqin düşünülür ki, belə bir şəxsin anti-Azərbaycan isteriyası ruhunda çıxışlar etməsi "qara piar” kampaniyasına əlavə dəstək verə bilər.

Ekspertlər hesab edirlər ki, bunun başlıca səbəbi Azərbaycanın müstəqil siyasəti, heç bir qüvvənin qarşısında baş əyməməsidir ki, bu amil müəyyən dairələri narahat edir. Məhz buna görə də həmin qüvvələr Azərbaycanı təsir altına almağa cəhd göstərir , niyyətləri baş tutmayanda isə saxta iddialara əl atırlar.

Bu tədbirdə əsas moderatorlardan olacaq Freedom House təşkilatının sabiq direktoru, anti-Azərbaycan əhval ruhiyyəli, islamafob David Kramer də cənab Kozlariçdən heç geri qalmır. O da vaxtilə ABŞ Dövlət Departamentində işləyib və o da sabiq sayılır. Xüsusilə vəzifədən gedəndən sonra Azərbaycana qarşı daim qərəzli mövqeyi ilə fərqlənən Kramerin əsas tələbi ABŞ-ın avropalı müttəfiqləri ilə birgə işləyərək Azərbaycan hökumətinə qarşı konkret ölçüləri nəzərdən keçirməsidir.

Bunların sırasında o, xüsusi olaraq ABŞ vətəndaşlarının Azərbaycana səyahət etməsinə dair xəbərdarlıq verilməsinin vacibliyini vurğulayır. Hətta bir qədər utopik səslənən fikirlərin də müəllifidir. Misal üçün Kramer iddia edir ki, guya Azərbaycana gedən amerikalılar izləniləcəklər. Cənab Kramerin bu açıqlamalarını eşidəndə, əslində ilk ağla gələn Hollivud filmlərində baxmağa adət etdiyimiz Amerika xüsusi xidmət orqanlarının iş stili yada düşür. Kramerin dövlət administrasiyasına Amerika xüsusi xidmət orqanlarından gəlməsi ilə belə açıqlamalar verməsi arasında da , hardasa uyğunluq tapmaq olar. Daha bir maraqlı məqam isə demokratiya və vicdan azadlığı məsələsini əlində şüar edən Kramerin islamofob, müsəlmanlara, ümumiyyətlə İslama mənfi münasibətinin olmasıdır. Hətta onun rəhbərlik elədiyi təşkilatın daha çox müsəlman və ərəb dünyasını hədəfə alması ona "İslam dünyasının revizoru” təxəllüsü qoyulması ilə nəticələnib.

Məhz Kramerin rəhbərlik etdiyi dövrlərdə ”Freedom House" un hesabatlarında Türkiyə, Azərbaycan Pakistan, ərəb ölkələri və digər müsəlman dövlətləri qara rəngdə təsvir olunur, ən kiçik, əhəmiyyətsiz məsələlər şişirdilərək ümumbəşəri problem səviyyəsinə qaldırılır. Təsəvvür edin, bu təşkilatın hesabatlarında Türkiyə kimi İslam aləmində demokratiya etalonu olan bir ölkə Ermənistanla birgə "qismən azad ölkələr” kateqoriyasına daxil edilir.

Fransada qondarma "erməni soyqırımına” görə cinayət məsuliyyətini nəzərdə tutan qanunun qəbul edilməsinə cəhd, 2011-ci ildə iqtisadi siyasətə görə keçirilən kütləvi aksiyalar zamanı Böyük Britaniyada bloggerlərin həbsi, internetin məhdudlaşdırılması, "News of the World” qəzeti əməkdaşlarının kütləvi həbsi və nəhayət medianın fəaliyyətinə nəzarətin tətbiqi, ABŞ hərbçiləri tərəfindən İraqda "Röyters” agentliyinin əməkdaşlarının qətlə yetirilməsi, Liviyada üsyançılar tərəfindən məhşur jurnalist Qalya əl-Misratiyə işgəncələr verilməsi, öldürülməsi və digər bu kimi onlarla fakt qulaqardına vurulur. 

Sanki Quantanamo, bütün dünyada insanların izlənməsi və digər bu kimi faktlar yoxdur. Nədənsə bu təşkilat elə cənab Kramerin vətəndaşı olduğu Birləşmiş Ştatlarda Baltimor və Freqyuson hadisələrini , qaradərili amerika vətəndaşlarının polis tərəfindən qətlə yetirilməsini, Ərəb ölkələrində baş verən iğtişaşlarda minlərlə insanın öldürülməsini görmək istəmir.

Separatçılara rəğbət, müsəlmanlara nifrət bəsləyən Kramer və Kozlariç kimilərin bu saxta iddialardan əl çəkməməsi onu göstərir ki, onlar beynəlxalq ictimaiyyət üçün deyil, müəyyən dairələr üçün işləyirlər. Təəssüf ki, öz istəklərinə çatmaq istiqamətində bu amerikalılara kömək edənlər arasında əslən azərbaycanlı olanlar da var. Qərbdəki fəaliyyəti ilə Azərbaycanı hər bir vasitə ilə nüfuzdan salmaq istəyən "Azadlıq” və "Amerikanın səsi” radiolarının birgə rusdilli proqramının icraçı redaktoru Kənan Əliyev (Kənan Kazımoğlu) və eynilə Azərbaycanı tənqid etməyi sanki öz devizinə çevirən , Türkiyə ermənilərinin "Aqos” qəzetində işləməsindən məmnun olan , "Nə olur-olsun, burada işimə davam edəcəm” deyən Arzu Qeybullayeva.

Ayın 10-u onlar da Vaşinqtonda Kramer və Kozlariçlə birlikdə İlk Avropa Oyunlarının açılığşını etməyə hazırlaşan Azərbaycanı tənqid etməyə , ölkəmizdə baş verənləri yalnız tünd rəngdə göstərməyə çalışacaqlar . Amerikalıları başı düşmək olar , onlar üçün itiriləcək bir şey yoxdur . Necə deyərlər şəxsi məsələ deyil, sadəcə biznesdir. Amma əslən azərbaycanlı olanlar üçün bu biznes həm də vətənə qarşı xəyanətə , satqınlığa bərabərdir.

İstənilən halda zaman göstərir ki, bu tipli əsassız tədbirlər və istehza doğuran bəyanatlar verən şəxslərin cəhdləri hər dəfə uğursuzluğa düçar olur. Çünki ABŞ-da Azərbaycanla münasibətlərə ciddi baxan və bu münasibətlərə hörmətlə yanaşan, ölkəmizdə demokratiyanın inkişafını görən və ona yüksək qiymət verən, Azərbaycanın bu gün müstəqil siyasətinin tək onun deyil, o cümlədən ABŞ-ın da maraqlarına cavab verdiyini yüksək qiymətləndirən dairələr və siyasətçilər az deyil. Bu gün ABŞ-da Azərbaycanın dostları on milyonlarla ölçülür və hesab etmək olar ki, bu cür tədbirin təşkilatçıları növbəti dəfə iflasa uğrayacaqlar . Çünki onların dedikləri nə ABŞ-ın maraqlarına cavab verir, nə də Azərbaycanda geniş bir dəstək qazana bilir.

Odur ki, Azərbaycanda keçiriləcək ilk Avropa oyunlarından əvvəl bu falsstarta düşənlər idman oyunları haqqında fikir yürütməkdənsə, idman qaydalarını yaxşı-yaxşı oxusunlar. Çünki qaydalara görə, 2 dəfə ardıcıl falsstarta düşən idmançı oyundan kənarlaşdırılır...

SİA Analitik Mərkəzi




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ