şənbə günü, 28 noyabr 2026
     

Türkiyə parlament seçkilərindən nə hökumət, nə də koalision hökumət çıxdı...

Image


Qardaş Türkiyədə başa çatmış parlament seçkilərinin nəticələri bu ölkədə siyasi müstəvidə artıq yeni bir dönəmin başladığını göstərir. Bəzi ekspertlər Türkiyənin yenidən koalisiyalar hökuməti dövrünə qayıtdığını proqnozlaşdırsa da, əslində məsələ göründüyündən çox mürəkkəbdir. Ədalət və İnkişaf Partiyasının ötən seçki ilə müqayisədə daha az səs toplaması iqtidar partiyasının parlament seçkilərində mütləq əksəriyyəti itirməsi ilə müşayiət olunur.
Bu, prezidentə daha geniş səlahiyyətlər verəcək prezident demokratiyasının yaradılması üçün Konstitusiyaya dəyişikliklər edilməsini istəyən Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan üçün məğlubiyyət hesab edilir.
Türkiyədə koalisiya hökuməti yaradılmayacaq. Bu barədə Cumhuriyyət Xalq Partiyasının (CHP) deputatı Haluk Koç deyib. O qeyd edib ki, partiya Türkiyənin Ədalət və İnkişaf Partiyası ilə koalisiya hökumətinin formalaşmasına razı deyil. İlkin məlumata əsasən, Ədalət və İnkişaf Partiyası (AKP) 41.9% səs yığıb. Səsvermədə Cumhuriyyət Xalq Partiyası (CHP) 25.1%, Milliyətçi Hərəkat Partiyası (MHP) - 16.8%, Xalqların Demokratik Partiyası (HDP) isə 11.7% səs toplayıb. Bütün bunlar o deməkdir ki, parlament seçkisinin nəticələri Ədalət və İnkişaf Partiyası üçün gözlənilməz deyil. Xalqların Demokratiya Partiyasının 78 millət vəkili ilə parlamentə girməsi AKP-nin təkbaşına hökumət qurması üçün lazım olan deputat sayını məhdudlaşdırıb. Bu təqdirdə ən yaxşı variant koalisiya hökuməti qurulması olsa da, verilən açıqlamalar bu ehtimalı da heçə endirir. CHP-dən deputat Haluk Koç deyib ki, Türkiyədə koalisiya hökuməti yaradılmayacaq. O qeyd edib ki, partiya Ədalət və İnkişaf Partiyası ilə koalisiya hökumətinin formalaşmasına razı deyil. CHP sədri Kamal Kılıçdaroğlu hələ seçki kampaniyası zamanı bildirmişdi ki, AKP ilə hər hansı bir koalisiyadan söhbət gedə bilməz. Hədəflərinin təkbaşına iqtidar olduğunu deyən MHP sədri Dövlət Baxçalı da ümumiyyətlə hər hansı bir koalisiyada yer almayacağını, şərəf və ləyaqəti ilə müxalifətçi olacağını vurğulayıb. HDP-nin həmsədri Səlahəddin Demirtaş isə AKP ilə, nəinki koalisiya, hər hansı bir sahədə əməkdaşlıqlarının belə olmayacağını deyib. Bu fonda isə artıq bir çox siyasilər ölkədə vaxtından əvvəl keçiriləcək növbəti parlament seçkisi barədə danışır.
Beləliklə, mövcud siyasi mənzərə göstərir ki, son parlament seçkisində Ədalət və İnkişaf Partiyası əvvəlki ilə müqayisədə daha az səs toplayıb, ana müxalifətdə olan Cumhuriyyət Xalq Partiyası yerində sayıb, Milliyyətçi Hərəkat Partiyası ilə daha əvvəl parlamentdə təmsil olunmayan Xalqların Demokratiya Partiyası isə seçkidən güclənərək çıxıb. AKP bu dəfə parlamentdə təxminən 260 millət vəkili ilə təmsil olunacaq. Halbuki, əvvəlki seçkilərdə AKP seçicilərin 49.95%-nin dəstəyini alaraq parlamentdə 326 millət vəkili yerinə sahib olmuşdu. CHP isə parlamentdə bu dəfə 132 millət vəkili yeri qazanıb, daha əvvəl 135 deputat mandatına sahib idi. MHP 81 millət vəkili mandatı əldə edib, əvvəl isə partiyanın 53 millət vəkili var idi. HDP parlamentdə 79 millət vəkili ilə təmsil olunacaq. Müqayisə üçün bildirək ki, bundan əvvəlki parlament seçkisində HDP-lilərin təmsil olunduğu Sülh və Demokratiya Partiyasının (BDP) üzvləri seçkidə müstəqil namizəd kimi iştirak edərək parlamentə daxil olmuş və öz fraksiyalarını yaratmışdılar. Ötən seçkidə Türkiyə Böyük Mİllət Məclisinə 36 müstəqil millət vəkili daxil olsa da, son seçkidə müstəqil namizədlərin heç biri seçilə bilməyib. AKP sədri, baş nazir Əhməd Davudoğlu seçkidən sonra AKP-nin qalib gəldiyini bildirib: "Bu bir demokratiya təntənəsidir. AKP 13 ildir bir dava aparır: milli iradənin hegemonluğu! Millətimizin qərarı hər şeyin üstündədir. O nə qərar veribsə, bütün partiyalar tərəfindən, hər kəs tərəfindən qəbul olunacaq. Biz millətdən gəldik, millətlə yürüyürük, millətdən güc alanlar əyilməz. Biz 11-ci seçimimizi də birinci olaraq bitirdik. Allaha həmd olsun. Böyük tarixi yürüşlər üçün 12-13 il bir başlanğıc zamanıdır. Bir an belə durmadan davam edəcəyik". Lakin AKP bu seçkinin birincisi olsa da, indi təkbaşına hökumət formalaşdıra bilməz. Hakim çoxluğu itirən AKP-dən seçkilərin nəticələrini ilk şərh edən Konstitusiya Komissiyasının sədri Burhan Kuzu qeyd edir: "Biz bu mənzərəyə layiq deyildik, millətə xidmətdən başqa heç nə etmədik". B.Kuzu bildirib ki, bu seçki nəticələrindən hökumət çıxmaz: "Heç koalision hökumət də çıxmaz. Növbədənkənar seçki qaçılmaz ola bilər". Bu isə o deməkdir ki, Türkiyədə AKP-nin 13 illik təkbaşına iqtidar dövrü başa çatmaq üzrədir. İndi ən böyük intriqa koalision hökumətin kimlər tərəfindən qurulacağıdır. Nəzəri olaraq MHP, CHP və HDP öz aralarında ittifaq yarada bilsə, AKP müxalifətə keçməli olacaq.
Lakin bu partiyaların arasında ziddiyyətlər o qədər dərindir ki, onlar arasında ittifaq ehtimalı çox cüzi görünür. Belə olan halda AKP kürd partiyası ilə anlaşa bilsə, yenidən hakimiyyətdə qala bilər. Belə ittifaq isə PKK-nın ağır şərtlərinin qəbul edilməsi hesabına başa gələ bilər ki, buna da AKP razı deyil. Belə şrəaitdə Türkiyədə növbədənkənar parlament seçkilərinin keçirilməsi istisna deyil.




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ