şənbə günü, 28 noyabr 2026
     

Xəzərdə "Transxəzər" gərginliyi artır...

Image


 Son proseslər "Transxəzər" qaz kəmərinin çəkilişi üçün Avropanın, Rusiyanın bütün etirazlarına baxmayaraq, mövqelərində israrlı olduğunu göstərir. Qeyd edək ki, bu məsələ Türkmənistanın Avaza şəhərində keçirilən VI Qaz Konqresində də diqqət mərkəzində olub. Xatırladaq ki, burada Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndə heyəti də iştirak edib.
Konqresdə Türkmənistan hökuməti və ölkədə fəaliyyət göstərən şirkətlərin məsul şəxsləri tərəfindən qaz sənayesinin mövcud vəziyyəti, potensialı, ixrac həcmləri və istiqamətləri haqqında, eləcə də dövlətin qaz ixracını genişləndirmək məqsədilə sərmayələrin cəlb olunması, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində atdığı addımlar, tranzit ölkələr, o cümlədən Azərbaycanla strateji əməkdaşlıq planları ilə bağlı məlumatlar verilib. Konqres çərçivəsində SOCAR-la bir çox sahələrdə əməkdaşlıqda maraqlı olan müxtəlif şirkətlər, həmçinin Türkmənistanın qaz sənayesi sahəsində çalışan nümayəndələri ilə ikitərəfli görüşlər keçirilib. Yuxarıda qeyd olunduğu kimi, burada Türkmənistan tərəfinin diqqət mərkəzində olan məsələlərdən biri də "Transxəzər" qaz kəmərinin çəkilişi ilə bağlı olub. Avropadan bu məsələdə lazımi dəstək alan rəsmi Aşqabad "Transxəzər"in reallaşmasına getdikcə daha böyük maraq göstərir. Burada hesab edilir ki, Türkmənistanda artan qaz hasilatından yaranan əlavə yanacağın satışı üçün Avropa yaxşı bazardır. Avropa da bu məsələdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirir.
Məlumdur ki, Rusiya enerji daşıyıcılarından asılılığını azaltmağa çalışan Avropa Birliyi 2019-cu ildə Türkmənistandan qaz idxalına başlamağı düşünür. Hələ ötən ay Türkmənistanda olarkən Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şevtsoviç belə bir məqama diqqət çəkmişdi ki, Türkmənistan öz ixrac imkanlarını diversifikasiya etmək istəyir: "Öz növbəsində, Avropa Birliyi üçün öz idxal imkanlarını diversifikasiya etmək əhəmiyyətlidir. Bizdə yaxşı qarşılıqlı anlaşma var. Avropa 2019-cu ildə türkmən qazını almağa ümid edir. İndi siyasi qərar var ki, Türkmənistan Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olacaq və Avropanı təchiz edəcək. Artıq "Transxəzər" kəməri üzrə işçi qrup yaranıb. Bura energetika nazirlərinin müavinləri və Xarici İşlər nazirliklərinin ekspertləri daxil olacaq". M.Şevtsoviç bildirib ki, 2019 və 2020-ci illərdə Azərbaycandan Avropanın sərhədlərinə qədər olan qaz kəmərləri tikilib başa çatacaq: "Türkmənistan bu əməkdaşlığın mühüm hissəsi olacaq. Biz Türkmənistan, Türkiyə, Azərbaycan və Avropa Birliyi formatında işləməyə razılaşdıq".
Avropada hesab olunur ki, "Transxəzər" layihəsindən narahat olan Rusiya və İranın dənizin ekoloji çirklənməsi haqda iddiaları əsassızdır. Bütün bunlar "Transxəzər"lə bağlı daha ciddi proseslərin başlandığını göstərir və hazırda rəsmi Aşqabadın bu layihəyə marağı əhəmiyyətli dərəcədə artıb. Onu da qeyd edək ki, ötən il Türkmənistan Türkiyənin təklifi ilə TANAP-a qoşulmaq üçün çərçivə razılaşmasını imzalayıb. Türkmən qazının Cənub Qaz Dəhlizi layihəsinə qoşulması və Azərbaycan qazı ilə birgə Avropa bazarına çıxışı bazarda inhisarçılığı aradan qaldıra bilər. Lakin Rusiya buna qarşı çıxır və əsas kimi layihənin Xəzərdə ekoloji çirklənməyə səbəb olacağını göstərir. Avropa Birliyi isə geri çəkilmək istəmir. "Transxəzər" layihəsinin gerçəkləşdirilməsi istiqamətində ciddi işlərin getməsi isə, ekspertlərə görə, Xəzərdə qarşıdurmaya səbəb ola bilər. Çünki Rusiyanın siyasəti göstərir ki, Moskva, hətta güc yolu ilə olsa belə, "Transxəzər"ə qarşı çıxmaqda israrlıdır. Rusiyalı analitik Andrey Petrov hesab edir ki, qarşıdakı dönəmdə Xəzər regionu kataklizimlərlə üzləşə bilər: "2015-ci ildə faktiki olaraq "Transxəzər" layihəsi dirçəlməyə başladı. Türkmənistanın burda marağı məlumdur. Xəzərdə ən böyük qaz ehtiyatlarına malik Aşqabad indiyə qədər Avropa bazarına çıxa bilmirdi. Avropa da türkmən qazını Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan və İtaliya vasitəsilə idxal etmək niyyətindədir. Bunun üçün hazırda Cənub Qaz Dəhlizi layihəsi var və bu layihənin reallaşması üçün hər gün iş aparılır. Aşqabadın bura qoşulması layihənin genişlənməsi deməkdir. Lakin ortada ciddi problem var. Belə ki, Rusiya ilə yanaşı, öz qazını Türkiyə vasitəsilə Avropaya çıxarmaq istəyən İran da buna qarşıdır". Eyni zamanda Kreml "Türk axını"nın sürətlə həyata keçirilməsi üçün fəaliyyətini genişləndirməkdədir. Artıq layihənin tikintisi üçün müəyyən addımlar da atılır. Hazırda Moskvanın əsas diqqəti Türkiyədə məlum seçkilərdən sonra yeni hökumətin "Türk axını" ilə bağlı hansı addımlar atacağıdır. Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bildirir ki, Türkiyə Rusiyadan "Türk axını" ilə bağlı koordinatları alan kimi tikintiyə başlayacaq. Onun sözlərinə görə, bununla bağlı Rusiyaya göndərilən sorğudan cavab alınsa da, burada nöqtələr dəqiq göstərilmədiyindən Ankara yenidən Moskvaya müraciət etməli olub. Lakin AKP hökumətinin artıq təkbaşına iqtidar qura bilməməsi proseslərin gedişini dəyişə bilər. Amma görünən odur ki, istənilən halda Rusiya da mövqelərindən geri çəkilməyəcək.





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ