ABŞ-ın nüfuzlu «Nyu-York Tayms» qəzeti bu gün qardaş Türkiyədəki parlament seçkilərinin nəticələrinə çox maraqlı məqalə ilə şərh verib.
«Bakı-Xəbər»in «Xəbər xidmətinin» məlumatına görə, Tim Aranqo və Ceylan Yeginsunun həmmüəlliflik etdiyi məqalə bu cümlə ilə başlayır: «Türkiyə seçiciləri bazar günü Ərdoğanı tarixi seçkilərdə parlement üstünlüyünü itirdiyinə görə qınayıblar... Hələ buna qədər 10 il baş nazir olduğu zaman cənab Ərdoğan ədliyyə sistemi üzərində çox nəzarət qurmuş, tənqidin istənilən formasının qabağını almış, onu sosial şəbəkələrdə tənqid edənləri təqib etdirmişdi...
Türklərin çoxu cənab Ərdoğanın hakimiyyətinin ixtisara məruz qalmasını görməkdən məmnundur. Partiya parlamentdə əvvəlki 327 yer əvəzinə 258 yer aldı». Daha sonra qəzet Ərdoğanın 45 gündən sonra yeni parlament seçkisi təyin etmək hüququna malik olduğunu yazır.
Məqalənin adı da maraqlı seçilib: «Türkiyənin hakim partiyası parlament üstünlüyünü itirir».
«Türk seçicilərin çoxu cənab Ərdoğanın hakimiyyətinin zəiflədiyini görməkdən məmnundur» fikri isə Ərdoğanın ABŞ-da o qədər də yüksək reytinqə malik olmadığını düşünməyə əsas verir.
Baki-xeber.com