şənbə günü, 28 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Azərbaycanın da daxil olduğu layihələr üzrə qaz rəqabəti qızışır
Tarix: 06.06.2015 / 03:25
Bölmə: Siyasət
Enerji sahəsində Avropada malik olduğu mövqeyi itirməmək üçün Rusiya hələ də aktiv fəaliyyət göstərməkdədir. Qərblə olan anlaşılmazlığa baxmayaraq, Kreml Avropanı enerji sahəsində öz nəzarətində saxlamaq üçün israrlı mövqe nümayiş etdirir. Bu məqsədlə Rusiyanın əsas hədəfi «Türk axını» layihəsini həyata keçirməkdir. Bu arada onu da bildirək ki, Rusiya qazını Türkiyə ərazisindən Avropaya daşıyacaq «Türk axını» layihəsində marşrutun keçəcəyi ərazinin koordinatlarının müəyyənləşdirilməsi ilə bağlı işlər yekunlaşıb.
Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız marşrutun Türkiyədən keçəcək 190 kilometrlik hissəsinin koordinatlarının imzalanma mərhələsində olduğunu bildirib. Nazir deyib ki, «Türk axını» ilə bağlı imzalanmaq üçün sənədlər hazırlanır: «Xarici İşlər Nazirliyi koordinatlarla bağlı yeni yazışma aparıb. Bolqarıstandan Türkiyəyə dönən hissə, Türkiyədən keçəcək 190 kilometrlik hissənin koordinatları var. Yekun razılaşma əldə olunduqdan sonra rusların təklif etdiyi müqaviləyə əsasən kəmərin marşrutu Şərqi Qara dənizdən başlayıb Türkiyəyə gələcək». Lakin Yıldız Qərbin bunu Avropya bir meydan oxuma olaraq qəbul etdiyini də etiraf edib.
Lakin məsələnin digər maraqlı tərəfləri də var. Belə ki, görülən işlərə rəğmən, «Qazprom» Avropaya təbii qaz sata bilmək üçün Türkiyə-Yunanıstan sərhədində qazpaylayıcı şəbəkə qurmalıdır. Ancaq bunu edə bilmək üçün Avropa Birliyi ilə razılaşmaq lazımdır. Avropa isə buna razılıq vermir. Düzdür, Yunanıstanla Rusiya arasında «Türk axını» qaz kəməri layihəsinə dair intensiv danışıqlar davam edir. Yunanıstanın energetika naziri Panayiotis Lafazanis deyib ki, ABŞ-ın və Avropanın Yunanıstanı «Türk axını» kəməri layihəsinə qoşulmaqdan çəkinməyə dair çağırışları Afinanın mövqelərinə təsir etməyib: «Biz bu layihəni dəstəkləyirik, istəyirik ki, kəmər Yunanıstan ərazisindən keçsin. Biz əminik ki, bu kəmər bütün Avropa ölkələrinə lazımdır. Və biz ABŞ-ın, Avropanın belə mövqeyindən çox məyusuq». Yunanıstanın energetika naziri onu da deyib ki, Azərbaycan qazının nəqli üçün nəzərdə tutulan «Transadriatik» (TAP) Qaz Kəməri «Türk axını»na alternativ deyil: «TAP, əlbəttə ki, Yunanıstan ərazisindən keçəcək, lakin o, Avropanın qaza olan tələbatını ödəməyə kifayət deyil». Xatırladaq ki, «Türk axını» kəmərinin Yunanıstandan keçən hissəsi 2 milyard avroya başa gələ bilər. Rusiya bu xərcləri ödəməyə hazırdır. Lakin Qərb Azərbaycandan qaz almaq istəyir. Hətta bu fonda məlum olub ki, İtaliyanın qaz nəqli ilə məşğul olan «Snam» şirkəti Azərbaycan qazını Avropaya çatdırmalı olan TAP-ın tikinti layihəsində 20 faizədək pay sahibi olmaqda maraqlıdır. «Snam» şirkətinin icraçı direktoru Karlo Malakarnenin sözlərinə görə, qaz idxalçılarının Azərbaycan qazının satın alınmasına dair uzunmüddətli müqavilələr bağlaması faktı bu layihənin səmərəli olacağının və özünü doğruldaraq bütün xərcləri artıqlaması ilə ödəyəcəyinin təminatçısı rolunda çıxış edir. Bu isə, öz növbəsində, «Snam» kimi oyunçuların bu layihəyə qoşulması üçün geniş imkanlar açır: «Biz bu layihədə 20 faiz paya sahib olmaq istərdik». Beləliklə, Avropanın Rusiya qazından asılılığını azaltmaq istəyi istiqamətində getdikcə aktiv fəaliyyət göstərilir. Onu da qeyd edək ki, Ukraynada hakimiyyətə qərbpərəst iqtidarın gəlməsi, ardından Krımın ilhaqı, ölkənin şərqində separatçıların baş qaldırması Ukrayna üçün yeni bəla sayılsa da, Rusiyanın da böyük ümidlərinin üstündən xətt çəkdi. Bu hadisələr Rusiyanı Avropaya qaz nəqli layihələrini təxirə salmağa vadar etdi. Rusiya ötən ilin dekabrında Ukraynadan keçməklə Avropaya təbii qaz daşıyacaq «Cənub axını» boru xətti layihəsini Avropa Birliyinin rəqabət şərhi qoyması səbəbindən ləğv etməli oldu. Daha sonra prezident Vladimir Putin Türkiyə səfərində «Cənubi axını» yerinə «Türk axını» adını verdiyi, ildə 47 milyard kubmetri Avropaya olmaqla 63 milyard kubmetr təbii qaz daşıyacaq yeni bir boru xəttinin inşa ediləcəyini açıqladı. «Qazprom»un rəsmi internet səhifəsində yer alan məlumata görə, şirkət ölkə daxilindəki boru xətlərini «Türk axını» səviyyəsinə yüksəltmək üçün lazım olan 715 milyard rubl investisiyanın 278 milyard rubl hissəsini cari ildə reallaşdırmağı planlaşdırır.
Yayılan məlumata görə, «Qazprom» «Türk axını» layihəsinin Qara dənizin altından keçən hissəsinin inşasına bu ayın sonunda başlayacaq. Lakin bunun üçün Türkiyə tərəfinin razılığı alınmayıb. Əvəzində, ABŞ başda olmaqla, Qərb Azərbaycandan gedən layihələrin həyata keçrilməsini vacib sayır. ABŞ-ın Serbiya və Makedoniya təzyiqləri fonunda bu iki ölkə də artıq Rusiya ilə əməkdaşlığa ehtiyatla yanaşır. Moskvanın bütün bunlar qarşısında geri çəkilməməsi isə qaz müharibələrini daha da qızışdırır.
DİGƏR XƏBƏRLƏR
Tarix: 27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...
Tarix: 27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...
Tarix: 27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...
Tarix: 27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...
Tarix: 27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...
Tarix: 27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...
Tarix: 27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...
Tarix: 27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür
Tarix: 27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək
Tarix: 27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır
Tarix: 27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var -
adam rüşvəti kimdən alıb...
Tarix: 27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir -
siyahıda Türkiyə və Qırğızıstan da var...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...
Tarix: 26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...
Tarix: 26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..
SON XƏBƏRLƏR
27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...
27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...
27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...
27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...
27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...
27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...
27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...
27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?
27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür
27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək
27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs:
"Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib
27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır
27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var -
adam rüşvəti kimdən alıb...
27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir -
siyahıda Türkiyə və Qırğızıstan da var...
27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...
27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi
27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür...
Konstitusiya uğrunda...
27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir -
siyasi qərar verildi...
27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...
27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi
27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu
– Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...
27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi
27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar
27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq
– Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...
27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...
27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...
27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı
27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir
– biz hücum etmədik...
27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal
– Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi
27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası
– məşhur aparıcı və həyat yoldaşı saxlanıldı
27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı –
45 milyard avronun taleyi...
27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi
– Bakıdan müsbət mesajlar verildi...
27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı
27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu
27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ
27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...
27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var"
- Estoniyalı nazir
27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili
27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu
- Anar Nəbiyevlə müsahibə
27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı
27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...
27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər
27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin
– YENİ TƏKLİF...
27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR
27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...
27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb
27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
- FOTO
27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya
- tələblər açıqlandı
27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı
– həkimlə bağlı iş yenidən açılır...
27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi
27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi
27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı
- FOTO
27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”
27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal
- Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...
26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq
- Aralıq dənizini müharibə zonasına çevrilməyin…
26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi
26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?)
- PJAK-la müharibə...
26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam
26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...
26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov
26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...
26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə
- Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…
26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir
26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır
- 3 noyabr dərs olmadı...
26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər
- FOTO
26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir
26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı -
Müəmma…
26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...
26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)
26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...
26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...
26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...
26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var
- nə baş verir...
26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri
26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...
26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...
26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..
26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı
26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...
26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat
- ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…
26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...
Tarix: 23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
XƏBƏR ARXİVİ