O, qeyd edib ki, siyasi bir təşkilat üçün belə bir halın baş verməsi həqiqətən də biabırçılıqdır: "Düşünürəm ki, bu əməlin tərkibində cinayət də var. Ona görə də bu məsələ hüquqi baxımdan araşdırılmalıdır və əgər mətbuatda yazılanlar öz təsdiqini taparsa, məsələyə hüquqi qiymət verilməlidir”.
F.Ağamalının sözlərinə görə, görünən budur ki, Müsavat Partiyasına üzv olmaq xaricdə sığınacaq almaq üçün ciddi bir vasitədir və bu da artıq Müsavat Partiyasının gəlir mənbəyinə çevrilib.