şənbə günü, 28 noyabr 2026
     

"Azərbaycanda fətullahçıları həbs və deport gözləyir"

Image


Azərbaycan yenidən hədəfdədir. Öncə "Vaşinqton Post", daha sonra isə "Hürriyət" qəzeti ölkəmizə qarşı hücuma başladı. Bu məsələ ilə bağlı ən ilginc iddia isə bu günlərdə "Terrorun GÜLƏN üzü" adlı kitabı ilə türk mediasında gündəmə gələn "Yeni Çağ" qəzetinin baş redaktoru Aqil Ələsgərdən gəldi. İllərdən bəri fətullahçılarla bağlı araşdırmaları ilə tanınan yazar Azərbaycana qarşı Aydın Doğan-Fətullah Gülən ittifaqından bəhs edən yazı qələmə aldı.
Azərbaycanın şantaj edildiyini bildirən A.Ələsgərlə söhbətimiz də bu mövzuda oldu.
- Aqil bəy, nə baş verir? Nə üçün Azərbaycan hədəf seçilib?
- Əslində bütün oyunlar açıq oynanılır. Sadəcə, parçaları yerinə oturtmaq lazımdır ki, baş verənlər dəqiq təhlil edilsin. Əks halda riyazi teorem kimi səhv sonuclara gətirib çıxaracaq. Azərbaycan və Türkiyə ciddi təhdidlə üz-üzədir. Buna Rusiyaya qarşı sanksiyaları da əlavə etsək, ABŞ-ın dərin güclərinin Əliyev-Ərdoğan-Putin üçlüyünə qarşı düyməyə basdıqlarını rahatlıqla söyləmək olar. Son illərdə Azərbaycanın həm Türkiyə, həm də Rusiyanın ciddi strateji ortağına çevrilməsi hədəf nöqtəsinə gətirilməsinə səbəb olur. İstər Wikileaks, istərsə də digər SIZINTI materiallarını diqqətlə izlədikdə, açıq şəkildə hədəfin ancaq ABŞ-dakı neoconların düşmən siyahısında olanlar olduğunu görmək olur.
ABŞ-ın "paralel dövləti" sayılan neoconlar (neo conservative-yeni mühafizəkarlar) soyuq savaşdan sonra dövlətin ən ciddi beyin mərkəzlərini əllərində saxlayırlar. Dünyada baş verən çevrilişlərin, savaşların və digər problemli məsələlərin altında imzası olan neoconlar zamanında kommunizmə qarşı yaradılan Gladionun xələfidirlər. Bir çoxlarının xəyalət olduğunu iddia etdikləri neoconların ABŞ-ın siyasətinə təsiri Obamadan daha çoxdur. Dünyadakı bütün paralel quruluşları dəstəkləyən neoconların başlıca hədəfi bölgələrdə amerikan maraqlarının təmin olunmasıdır. Buna mane ola biləcək hər fərd və quruluş potensial neocon düşməni sayılır. İstər Putinə, istər Ərdoğana, istərsə də Əliyevə qarşı hücumlar da bu aspektdən dəyərləndirilməlidir. Dövlətinin milli marağını qoruyan hər dövlət adamı onların "qara siyahısı"ndadır. Bu gün Aydın Doğan və Fətullah Gülənin Türkiyə və Azərbaycan əleyhinə fəaliyyətlərində də bu faktor özünü qabarıq şəkildə göstərməkdədir. Öncə bu kirli ittifaqın keçmişinə nəzər salaq.
- Yəni Gülənlə Doğan ittifaq içindədir?
- Bəli. Ümumiyyətlə, Türkiyədə ABŞ-ın "paralel dövləti"nin daim dəyişməyən iki təmsilçisi olub. Aydın Doğan və Fətullah Gülən. Amerikada istər respublikaçılar, istərsə də demokratların iqtidara gəlməsindən asılı olmayaraq, hər iki şəxs ABŞ-ın bölgədəki önəmli adamı olub. Zamanında baş nazirləri "pijama" ilə qəbul edən Aydın Doğanla Pensilvaniyadakı villasında heç bir məcburiyyət olmadığı halda ABŞ bayrağı asan Gülənin ilk ortaq hərəkəti 28 fevral hərbi çevrilişi zamanı üzə çıxıb. ABŞ-dan verilən təlimatla çevriliş edən amerikapərəst general Çevik Birə ən böyük dəstəyi o zaman Aydın Doğan və Gülən verdi.
Zamanında İstanbulda "sivil general" olaraq anılan Aydın Doğan o qədər güclü idi ki, paşaların sevmədiyi gülənçi Taha Akyola sahib çıxırdı. Gülən isə 17 aprel 1997-ci ildə Doğanın sahib olduğu Kanal D efirindən çevriliş edən amerikanpərəst hərbçiləri dəstəkləyirdi: "28 fevral bəyanatını verən əsgərlər savab qazanıblar".
- Aydın Doğan tam olaraq nə zaman Gülənin tərəfinə keçdi?
- Doğan ilə Gülən ayrı-ayrılıqda neocon amerikanlılarının maraqlarına xidmət etsələr də, ilk izdivac 2,5 milyard dollar vergi cəzasından sonra quruldu. Belə ki, cəzanın dayandırılması üçün müxtəlif yollara baş vuran Doğana ən böyük dəstək fətullahçı polislərdən gəldi. Hazırda Fətullahçı Terror Örgütü üzvü olduğu üçün həbsdə olan İstanbul Polis Təşkilatı Terrorla Mübarizə Şöbəsinin sabiq müdiri Ali Fuad Yılmazer vergi qaçaqçılığından mühakimə olunan Aydın Doğanın işinə baxan İstanbul Altıncı Vergi Məhkəməsinin başqanı, hakim Həsən Ərdəmi "Həsən" və "Həsən Yalçın" saxta isimləri ilə dinlədib. Hətta hakimin həyat yoldaşı Sevinc Taş Ərdəm belə başqa adla dinlənilib. Nəticədə 11 noyabr 2009-cu ildə Həsən Ərdəm çox şübhəli qərarla Doğanın vergi borcunu sildi.
Yəni 11 noyabr 2009-cu il tarixindən sonra Gülənlə ittifaqın da əsası qoyuldu. Hakim partiyanın tələbi ilə bir çox yazarını "Hürriyət"dən göndərən Aydın Doğan bu gün də Camaat mövzusunda Ərdoğana qarşı dirənir.
Azərbaycan əleyhinə fəaliyyətləri ilə seçilən "CNN Türk"ü fətullahçıların nəzarətinə verən Aydın Doğan bir yazısında Gülənə "sizə qarşı olanlar yerindədir" yazdığı üçün qocaman yazarı Yılmaz Özdili qovdu.
- Aydın Doğan-Fətullah Gülən ittifaqına dair konkret faktlar varmı?
- Əlbəttə. Bu gün Gülən-Doğan ortaqlığından danışarkən iqtisadi ortaqlığı yaddan çıxarmamaq lazımdır. Bunun ən bariz nümunələrindən biri "Zaman" qəzetini "Doğan" Holdinqə məxsus yayım firmasının paylamasıdır. 1 milyona yaxın tirajı olan və hər işini özü görən qəzet, nədənsə, öz yayım firmasını qurmayaraq, xeyri Aydın Doğana verməkdədir. Burada ciddi kardan söhbət gedir ki, Gülən bu boyda xeyri qardaşına verməz, ancaq Doğana verir.
Son illərdə Gülənlə bağlı çıxan müsbət kitabların əksəriyyəti "Doğan" Holdinqə bağlı yayın evlərində çıxıb. Faruk Mercan, Nazlı Ilıcak, Helen Rose Ebaugh kimi gülənist yazarlar "Doğan Kitab"da öz imamlarını tərifləyən kitablara imza atdılar.
Üçüncüsü, Gülənin polis və məhkəmə sistemindəki gücü Aydın Doğanın da işinə yarayır.
Ən önəmlisi isə Gülən və Doğanın ikisinin də eyni qlobal şəbəkənin əmrində olmalarıdır. Doğana bağlı mediada fətullahçılara gəlincə, Kanal D-nin başındakı İrfan Şahin sabiq polisdir və Pensilvaniyaya bağlıdır. "CNN-Türk"ün rəhbəri Ferhat Boratavın hələ bir neçə il öncə Güləni gizli ziyarət etdiyi üzə çıxmış və bu görüşü etiraf etməyə məcbur olmuşdu. Doğanın kürəkəni Əli Sabançı Gülənin ən yaxın adamlarından biridir. Türkiyədə 30 aprel 2014-cü il bələdiyyə seçkiləri öncəsi sahibi olduğu "Pegasus" firmasının adından verdiyi reklamla Camaatın yanında olduğunu bildirmişdi. Afişaya AKP-nin loqosu olan lampa şəklini qoyaraq, "Gələcəyimiz üçün artıq işıqları söndürək" yazdıran Əli Sabançı ayrıca Mühsin Yazıcıoğlunun şəhid olmasına səbəb olan helikopter firmasının da sahibidir.
- Gülənin "Hürriyət"lə hansı bağlılığı var?
- "Hürriyyət" kimindir? Aydın Doğana dəstək demək, bu qəzet də daxil Doğan Holdinqə dəstəkdir. Mən yeni olmuş bir fakta diqqət çəkim.
Doğanın iqtidarın təzyiqinə rəğmən Güləndən vaz keçməməsinə qarşılıq olaraq da Camaat ABŞ-dan dəstək verdi. "Bizim Gülənlə əlaqəmiz yoxdur" deyən "Hürriyət"i gülənist senatorlar müdafiə etdilər. Türkiyədə söz azadlığının olmadığına dair bəyannaməni ABŞ Konqresinə təqdim edərək "Hürriyət"i müdafiə edənlərə nəzər salaq:
ABŞ Konqresinin üzvləri Alan Grayson və Steve İsrael Güləndən qonorar alaraq, fətullahçıların turist proqramlarında iştirak ediblər. ABŞ xarici işlər naziri Con Kerriyə Türkiyədə Gülənə qarşı əməliyyatlarla bağlı məktub yazan senatorların başında gəlirlər. ABŞ Konqresinin üzvü Daniel Lipinski də Doğanı müdafiə edənlərdəndir. Lipinski Pensilvaniyaya yaxın isimlərin başında gəlir. Gülən Şəbəkəsi 2010-cu ildə onun hesabına rəsmi olaraq 1800 dollar köçürüb. 2013-cü ildə isə fətullahçıların təşkil etdiyi "İstanbul gəzinti"sinə qatılıb. ABŞ Konqresinin üzvü Bobby L. Rush: Paralel Şəbəkəyə bağlı Türk Amerikan Birliyi təmsilçiləri tərəfindən 2014-cü ildə ABŞ-da ilk ziyarət edilən şəxslərdən biridir.
- Son yazınızda Doğanın bir yazarını Pensilvaniya bülbülü adlandırmısınız.
- Gülən-Doğan əlaqələrindən bəhs edərkən "Hürriyyət"in Vaşinqton təmsilçisi Tolqa Tanışa toxunmamaq olmaz. Davamlı olaraq Gülənə müsbət münasibəti ilə seçilən Tolqa Tanışın "Doğan Kitab" tərəfindən nəşr olunan "Potus və Bəyəfəndi" kitabı, Əkrəm Dumanlı başda olmaqla, əksər fətullahçıların rəğbətini qazanan kitablardandır. Ərdoğan əleyhinə yazılan kitab Tolqa Tanışın ilk işi deyil. Gülənlə savaşa başladıqdan sonra davamlı olaraq Ərdoğan əleyhinə yazan Tolqa Tanış son olaraq Camaatın hökuməti vurmaq üçün ortaya atdığı "MİT Tırları" və "nüvə stansiyası" ilə bağlı xəbərlərə imza atdı. Bu səbəbdən "Pensilvaniya bülbülü" adlandırılan Tolqa Tanış eyni zamanda "Xədicə üçün" Azərbaycana böhtan atan CIA jurnalistlərindən biridir. CIA, Doğan, Gülən. Oxucunun fikri qarışmasın. Zatən, son ikisi hər zaman CIA-nın kontrolunda oldu. Gülənin ABŞ-da qalmasına zamin olanlar CIA-nin sabiq İstanbul və Orta Şərq masası şefləri Graham Fuller və Paul Henze deyildimi?..
Bu arada Azərbaycana sadəcə Tolqa Tanış çirkin iftira atmayıb. Dağlıq Qarabağdakı separatçı rejimə "dövlət" statusu verən də Doğan mediası idi. Azərbaycan Prezidentini "Gülənin məktəblərini bağlayır" deyə CNN Türk efirindən təhqir edən Mustafa Akyol fətullahçı Taha Akyolun oğludur və sırf Gülənə bağlı olduğu üçün "Star"dan qovulub. Mustafa Akyol 2007-ci ildə AXCP sədri Əli Kərimlinin də yaxın dostu olan Lord Əhmədin Gülənin şərəfinə təşkil etdiyi konfransda çıxış edən azsaylı türk yazarlardan biridir.
- Azərbaycanın birdən - birə "Hürriyət" və "Vaşinqton Post"un "yadına düşməsi nə ilə bağlıdır?
- Doğan və Gülənin Ərdoğanla savaşına səbəb heç də vergi və ya dərsxanaların bağlanması deyil. Məsələ öz istehsal gücünü artıran və ABŞ-ın 51-ci ştatı olmaq istəməyən Türkiyədir. Bunun qarşısını kəsmək üçün "neocon"ların türk emissarları meydandadır. Bəs Azərbaycan? Azərbaycanın getdikcə güclənməsi və onun da ABŞ-ın arzulamadığı Türkiyə-Rusiya strateji ittifaqında mühüm rol oynaması amerikanların istəmədiyi siyasətdir. Eyni zamanda burada Gülənin 7 iyundan sonrakı qorxusu da öz sözünü deməkdədir. Belə ki, artıq Türkiyənin üst dairələrində seçkilərdən güclü çıxacaq AKP-nin "Paralel Şəbəkə"ni bitirmək üçün daxildə və xaricdə əməliyyatlara başlayacağından bəhs edilir. Hər nə qədər Doğan-Gülən mediası Ərdoğanın bu seçkidən məğlub çıxması üçün çalışsa da, nəticənin istədikləri kimi olmayacağını təxmin edirlər. PKK-nın siyasi qanadı olan HDP-yə dəstək verərək, AKP-nin təkbaşına iqtidar olmasının qarşısını kəsmək istəsələr də, bu imtahandan necə çıxacaqları məchuldur. Bu səbəbdən də, "ən yaxşı müdafiə hücumdur" taktikasına üstünlük verirlər. Diqqətlə araşdırılsa, istər Azərbaycanın, istərsə də Türkiyənin əleyhinə çıxış edən senator və qəzet yazarlarının eyni şəxslər olduğunu görmək mümkündür. Tolqa Tanış bunlardan sadəcə birisidir.
Psixoloji təzyiqdən insafsızcasına bəhrələnən Gülən və Doğan hər zamankı kimi şantajla gələcək hücumlardan qorunmaq istəyirlər. Türkiyədə ciddi sarsıdıcı zərbə alan ikili Azərbaycanda Gülən vasitəsilə qurulan şəbəkənin sıradan çıxarılmasını istəmir. Buna görə də, dörd bir tərəfdən hücum təşkil olunur ki, sonra Kamal Öksüz, Türk Amerikan Alyansı kimi fətullahçı şəxs və quruluşlar üçün "iş çıxsın". Yəni bir tərəfdən Azərbaycan əleyhinə fəaliyyət göstərib, digər qolla da "gərginləşən münasibətləri yoluna qoyaraq", Azərbaycana "xidmət göstərirlər". Beləliklə də, həm Azərbaycanın büdcəsi soyulur, həm də Azərbaycandan istədikləri xahişi edirlər və dövlət içindəki kadrlarını qoruyurlar. Sadəcə adamlarınımı? Bu gün amerikan neoconların beyin mərkəzinə çevrilən, ABŞ-lı qonaqların əskik olmadığı Qafqaz Universitetini, TUSİAB və "İpəkyolu"nda birləşdirdikləri şirkətləri də bu şantaj vasitəsi ilə qoruyurlar. Doğanın Türkiyə iqtidarına qarşı həyata keçirdiyi şantajı Gülən həm də bir az da onun dəstəyi ilə Azərbaycana qarşı həyata keçirməkdədir. Hazırkı məqsəd isə seçkilərdən sonrakı dayaqlarına qarşı olacağı gözlənilən proseslərin önünü kəsməkdir və yenidən Azərbaycan üzərindən Rusiya və Orta Asiyadakı mövcudiyyətlərini qorumaqdadırlar.
- Dəfələrlə yazılarınızda Gülənə bağlı azərbaycanlı şəxslərin adlarını çəkirsiniz. Ancaq adı çəkilənlərin çoxu dindar deyil.
- Bilirsiniz, ən böyük yanlış fətullahçı şəbəkənin zahiri görünüşünə inanmaqdır. Gülənist şəbəkə üçün əsas olan dindarlıq deyil, ABŞ-a sədaqətdir. Tolqa Tanışa 2013-cü ildə informasiya ötürdüyündən şübhələndiyimiz Elşad İsgəndərov məzhəb baxımından dostu Elnur Aslanovdan fərqli idi. Və ya Xalik Məmmədovla ciddi-cəhdlə qoruduğu Ənvər Özərən və Məsut Kurnaz ayrı məzhəblərə mənsubdur. Millət vəkilləri Rəbiyyət Aslanova, Ceyhun Osmanlı, Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Strateji Araşdırmalar Mərkəzinin sədri Fərhad Məmmədov, "Azərbaycan" qəzetinin parlament və siyasət şöbəsinin redaktoru İxtiyar Hüseynli, Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması- Beynəlxalq Təşkilatlarla Əlaqələndirici Ayaz Salmanov, Gənclər və İdman Nazirliyinin Gənclər Təşkilatları ilə İş Sektorunun müdiri Fuad Babayev, ASAİF-in keçmiş baş katibi Vusal Qurbanov, Xəzər Dənizi Gənc mühəndislər İB-nin rəhbəri Rüfət Əzizov, İDEA İB-dən Raul Gülməmmədov, ASAİF-dən Nəcibə Mustafayeva və Xalik Məmmədovun oğlu Kənan Məmmədov da yaşamları ilə bir-birindən fərqli insanlardır. Fəqət bunları bir məsələ birləşdirir: Gülənə və ABŞ-a sədaqət. Baxın, bu adamların əksəriyyəti ABŞ-a simpatiya bəsləyir. Məsələn, Elşad İsgəndərov şiə olduğu halda Amerikanın maraqlarını qoruyurdu. Bu gün təmsil etdiyi təşkilat da ABŞ tərəfindən qurulub. O təşkilatın sabiq sədri Ekmələddin İhsanoğlunun Gülən tərəfindən Ərdoğana alternativ kimi irəli sürüldüyünü deməyə ehtiyac yoxdur.
- Ancaq görünən odur ki, bunlarla mübarizə çox çətindir.
- Bilirsiniz, ən böyük problem bir təşkilatın və şəbəkənin kodlarını çözənə qədərdir. Gülən şəbəkəsi ilə bağlı problem də bundan qaynaqlanır. Xüsusilə Türkiyədə terrora qarşı mütəxəssislər daha çox "Hizbullah", PKK üzərində çalışdığından, Gülən şəbəkəsinin kodlarını çözə bilmirlər. Ancaq bir jurnalist kimi deyə bilərəm ki, Azərbaycan bu məsələdə Türkiyədən öndədir. Çünki Wikileaks sənədlərində də deyilir ki, Azərbaycan bu təhlükəni 2006-cı ildə görüb və liseyləri bağlamaq istəyib. Lakin türk hökuməti xahiş edərək prosesi dayandırıb.
Bu o deməkdir ki, Gülən şəbəkəsi ilə bağlı Azərbaycan Türkiyədən on il öndədir. Heç şübhəsiz, onların ABŞ vasitəsilə Azərbaycanı şantaj etmələri də bu səbəbdəndir. Öz mövcudiyyətlərini qorumaq, Azərbaycandakı ömürlərini uzatmaq istəyirlər. Lakin nə qədər cəhd etsələr də, dövlətdən güclü ola bilməzlər. Hökumət içindəki amerikapərəst məmurlarla özlərini nə qədər qorusalar da, sonunda Türkiyədə də, Azərbaycanda da dövlət zəfər çalacaq. Mən şəxsən yaxın zamanlarda bu məsələ ilə bağlı ciddi hadisələr gözləyirəm.
- Necə ciddi hadisələr?
- Türkiyədə aparılan Gülən Örgütünə qarşı mübarizə onun xaricdəki qollarına-ayaqlarına da şamil ediləcək. Bu örgütə xidmət edənlər əvvəl-axır cəzalandırılacaq. Elə olacaq ki, onları müdafiə edənlərin özləri müdafiəyə ehtiyac duyacaq. Türk vətəndaşı olan imamlar bəzi məmurların sayəsində ölkədə qalırdılar. Əhməd Sanıc, Bahri Topuz, Mustafa Saatçı, Məsut Kurnaz, Yasin Goral və digərləri iki dövlət münasibətlərinə zərbə vururlar. Bu və digər fətullahçılar sonunda Obamanı belə köməyə çağırsalar, deport olunacaqlar. Onlara dəstək verən, yaxalarına ABŞ-ın bayrağını taxıb, özlərini ABŞ-ın qeyri-rəsmi səfiri sayan azərbaycanlı fətullahçıların da bir çoxu vəzifəsini itirməklə qalmayacaq, həbs olunacaqlar. Əmin olun ki, o gün uzaqda deyil.




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ