şənbə günü, 28 noyabr 2026
     

Separatçılar Ukraynanın işğalına başlayır

Image


Son dövrlərdə döyüşlərin səngidiyi Ukraynada vəziyyət yenidən qarışmağa başlayıb. Belə görünür ki, Rusiyanın Qərblə anlaşa bilməməsi və NATO tərəfindən Kiyevə edilən yardımlar Moskvanı daha çox qəzəbləndirib. Belə vəziyyətdə Rusiya tərəfindən dəstəklənən separatçılar yenidən qüvvələrini cəmləşdirərək hücuma keçiblər və hətta müəyyən yeni ərazilər də ələ keçiriblər.
Artıq məlumdur ki, "Donetsk Xalq Respublikası"nın ("DXR") 1000-ə yaxın tərəfdarı Donetsk vilayətinin Mariinka yaşayış məntəqəsinə hücum edib. Eyni zamanda separatçılar Krasnoqorovka yaxınlığına qoşun cəmləyib. Ukrayna ordusunun nümayəndəsi Yevgeni Silkinin sözlərinə görə, separatçılar Donetsk vilayətində Ukrayna ordusu qüvvələrini "Qrad"lardan atəşə tutub. Mariinka rayonunda isə 20 tankın hərəkəti müşahidə olunub.
Ukraynanın baş naziri Arseni Yatsenyuk bəyan edib ki, Rusiya Minsk razılaşmasını növbəti dəfə pozub və öz separatçılarına hərbi əməliyyatlara başlamaq göstərişi verib: "Rusiya təmas qrupunun üçtərəfli görüşünü pozdu. Bu gün isə öz separatçılarına hücum əmri verdi". Baş nazir vurğulayıb ki, istənilən diplomatik səylər güclü və peşəkar ordu, həmçinin Qərb partnyorlarının birgə səyləri ilə möhkəmləndirilməlidir: "Bu, dünya ictimaiyyəti üçün daha bir çağırışdır. Gözləyirik ki, G7 sammitində dünya ictimaiyyəti Rusiya təcavüzünə düzgün və adekvat cavab verəcək". "Donetsk Xalq Respublikası" separatçı qurumundan verilən məlumata görə, Mariinka şəhəri "azad olunub". "Sağ sektor" təşkilatının komandir müavini Valentina Manko isə bildirib ki, Mariinka və Krasnoqorovka şəhərlərinin tutulması separatçılara Peskax, Avdeyevka və Karlovkanı mühasirəyə almağa imkan verəcək: "Mariinka ərazisində ağır silahların tətbiqi ilə hücumdan sonra dəqiq deyə bilərəm ki, separatçılar tərəfindən növbəti hücum və mühasirə hazırlanır. Onlar utanmadan ağır silahlardan, o cümlədən reaktiv artilleriyadan istifadə edirlər". Kəşfiyyat məlumatlarına istinadən Manko qeyd edib ki, separatçılar Mariinka, həmçinin Peskax və Krasnoqorovkanın ətrafına "Buratino", "Qrad" və "Smerç" olmaqla böyük miqdarda ağır silahlar və canlı qüvvə toplayır. Kiyev isə hələlik istənilən müqaviməti göstərə bilmir. Bu mənada separatçıların hücumla yeni əraziləri tutması tamamilə gözlənilən hesab olunur. Ukraynalı deputat Yuri Şuxeviç isə hesab edir ki, yaranmış vəziyyətdə Ukraynadakı müharibəni Rusiya ərazisinə keçirib, onun çöküşünü sürətləndirmək lazımdır. Onun sözlərinə görə, Rusiya daxilində onun parçalanmasına xidmət edəcək çoxlu problemlər mövcuddur: "Özünüzü Rusiyanın çöküşü olmayacaq fikrinə inandırmaq lazım deyil. Mən illərlə SSRİ-nin süqut edəcəyi inamı ilə həbsdə yatmışam. Biz bilmirdik bu necə olacaq, amma ona inanırdıq. Bunun üçün onilliklər gözləməli olduq. Burada da uzun zaman gözləməli olacağıq. Mən müharibəni Rusiya ərazisinə keçirmək deyəndə hücumu nəzərdə tutmuram. Sadəcə, Tatarıstan və Şimali Qafqazda milli azadlıq hərəkatlarına dəstək verilməsini istəyirəm".
Kreml isə ünvanına səslənən bütün ittihamları rədd edərək Donetskdə münaqişənin yenidən alovlanmasında Ukrayna hərbçilərini ittiham edib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın münaqişəni diqqətlə müşahidə etdiyini bildirib: "Moskva çox diqqətlə müşahidə edir. Ukrayna Silahlı Qüvvələri ekstremal vəziyyət yaradır. Allaha and olsun ki, Moskva həlak olan insanlara görə dərin narahatlıq hissi keçirir. Biz vəziyyəti dəyərləndiririk, gedişatdan asılı olaraq mövqeyimizi ortaya qoyacağıq". Bundan başqa, Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko parlamentin ali palatasının növbədənkənar iclasının keçirilə biləcəyini bəyan edib. Matviyenko, növbədənkənar iclasın keçirilmə ehtimalı böyük olduğuna görə, həmkarlarından uzağa getməməyi xahiş etdiyini bildirib":Federasiya Şurasının əlavə, növbədənkənar iclasının keçirilməsini istisna etmirəm. Ona görə də sizdən xahiş edirəm uzağa getməyin, əlaqədə olun. Bununla bağlı qərar qəbul edilərsə, sizə məlumat verəcəyik". Xatırladaq ki, Rusiya Federasiya Şurasının sonuncu dəfə növbədənkənar iclası 2014-cü il martın 1-də olub. Həmin vaxt parlamentin ali palatası prezident Vladimir Putinə Ukrayna ərazisinə qoşun yeritmək barədə icazə vermişdi. Lakin icazə elə həmin ilin iyulunda ləğv edilmişdi. İstisna olunmur ki, bu dəfə də Federasiya Şurası Vladimir Putinə Ukrayna ərazisinə qoşun yeritməklə bağlı icazə versin.
Bu isə daha çox Ukrayna ərazisinin itirilməsi ilə nəticələnəcək. NATO-nun belə vəziyyətdə Ukraynaya mümkün köməyinə isə Rusiya sərt reaksiya verir. Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komissiyasının sədri Aleksey Puşkov Ukraynanın NATO, yaxud Avropa Birliyinə üzvlük şansının olmadığını deyib: "Ukrayna prezidenti Petro Poroşenko NATO üzvlüyü üçün hər şeyi hazırlayıb. Ancaq Kiyev NATO üzvü ola bilməyəcək. Çünki ittifaqa daxil olan bütün ölkələr Ukraynanın problemdən başqa bir şey gətirməyəcəyini yaxşı bilir".
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ