şənbə günü, 28 noyabr 2026
     

Politoloq: “İranın Azərbaycana münasibəti barədə köhnə təsəvvürlər Ermənistanda hələ də qalır”

Image


"İrana səfər sevinci Ermənistan müdafiə nazirinin müavini David Tonoyanın "təhlükəsizlik zonası”nın az olması barədəki bəyanatının müəllifidir. İranın Azərbaycana münasibəti barədə köhnə təsəvvürlər Ermənistanda qalmaqdadır. Hələ də Ermənistanda bəzi rəsmi şəxslər İranı özlərinin dayağı hesab edirlər”.

Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloq bildirib ki, D.Tonoyanın "təhlüksizlik zonası”nın az olması ilə bağlı verdiyi bəyanatı da məhz İranın Ermənistanla münasibətlərinə söykənirdi: "D.Tonoyanın Tert.am saytına verdiyi müsahibə tamamilə ziddiyyətlərdən ibarət idi. Azərbaycanın mövqeyi, Rusiya-Azərbaycan münasibətləri, Azərbaycanın gücü barədə erməni prizmasından ziyanlı fikirlər səsləndirən D.Tonoyan birdən-birə "təhlükəsizlik zonası”nın az olduğu, başqa sözlə, Ermənistanın işğal etdiyi əraziləri daha da genişləndirmək, bir az da aydın desək, Azərbaycanın daha yeni ərazilərini işğal etmək iddiası ilə çıxış etdi. D.Tonoyanın həmin müsahibəsində Rusiya və Qərbə etinasızlıq görünür. Onları bəlkə də azərbaycanpərəst hesab edir. D.Tonoyanın belə fonda "təhlükəsizlik zonası”nın Ermənistan üçün azlığı barədə bəyanat verməsinin əsl səbəbi onun İrana səfər etməsinə hazırlaşması ilə əlaqəli imiş”.

Politoloq qeyd edib ki, İran D.Tonoyanın İrana gəlməsinə və İranın müdafiə naziri tərəfindən qəbul edilməsinə razılıq verdi: "D.Tonoyan siyasətdə rəhbəri S.Ohanyanın davamçısıdır. Köhnə siyasi qəliblərə istinad edir. O qəlibə görə İran Ermənistanın müttəfiqidir. İranın Ermənistana müttəfiq olmasının səbəbi isə İranın Azərbaycan və Türkiyə ilə tarixi düşmən olmasıdır. Amma indi vəziyyət dəyişib. Ermənistan Livana sülhməramlı göndərməklə "Hizbullah"a qarşı müharibədə iştirak etməyə hazır olduğunu bəyan etdi. Bu müharibənin hücum və ya müdafiə xarakterli olmasının elə böyük əhəmiyyəti yoxdur. "Hizbullah"a qarşı müharibə açmaq İrana qarşı müharibə açmaq deməkdir. Ermənistan Vorotan SES-i ABŞ-a satmaq niyyətindən əl çəkməyib. Ermənistanın bu sövdələşməsi İran üçün kəşfiyyat təhlükəsi yaradır. Orada lazımi radioelektron kəşfiyyat qurğularını yerləşdirməklə ABŞ İranın böyük miqdarda ərazisinə nəzarət edə bilər. Ermənistan İranın planları ilə hərəkət etmir. İran Ermənistan kimi dövlətin belə davranışını qəbul edə bilməz. Çünki İran Ermənistan ərazisini özünün tarixi ərazisi hesab edir. İranın Türkiyəyə münasibəti də dəyişib. Bu dəyişilmə ermənilərin maraqlarına uyğun deyil. Ən azı "erməni soyqırımı”nın 100 illiyində İranın mövqeyi bunun əyani sübutudur. "Erməni soyqırımı”nın adi ildönümü Tehranda qeyd edilirdi və bu mərasimdə İranın Prezident Aparatının rəsmiləri və deputatlar da iştirak edirdi”.

M.Əhmədoğlu bildirib ki, bu il 24 apreldə yalnız erməni kilsəsində tədbir keçirildi. Onun sözlərinə görə, elmi simpozium isə mayın 20-i radələrində İsfahan şəhərində keçirildi: "Elmi simpoziumda yalnız ermənilər iştirak etdilər. D.Tonoyan bütün baş verənləri görə bilməz. Çünki lazımi səviyyədə dünyagörüşə malik deyil. Könüllü olaraq Azərbaycan tərəfə keçmiş erməni hərbçisi A.Qriqoryanın erməni hərbçilərinin Azərbaycana tərəf keçməsi ilə bağlı fikirləri mətbuata çıxan kimi Ermənistan rəhbərliyi, o cümlədən Müdafiə Nazirliyinin rəhbərləri dərhal hərbi hissələrə səpələndilər. Bir neçə gecə-gündüz orada qaldılar. D.Tonoyan hansı hərbi hissədə olduğunu xatırlasa daha yaxşı ola bilər. İran indi Azərbaycana tamam fərqli gözlə baxır. "Araz” Azad İqtisadi Zona İran üçün günün tələbidir. İranın bu layihəni yalnız Azərbaycanın iştirakı ilə reallaşdırılacağı təqdirdə effektlidir. Bu yolla İran özünün şimal regionlarındakı əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq istəyir”.

Politoloq deyib ki, İran "Şimal-Cənub” dəmir yolu marşrutuna Azərbaycan ərazisi vasitəsilə qoşuldu. Rəşt-Astara dəmir yolu və Astara-Astara körpüsü tikilir. Bu, İran-Ermənistan dəmir yolu variantını heçə endirir: "İran indi SSRİ dövründə fəaliyyət göstərən Yerevan-Naxçıvan dəmir yolunun fəaliyyətə başlamasını tələb edir. Bu, Mehri dəmir yolunun fəaliyyətə başlaması deməkdir. Mehri dəmir yolunun fəaliyyətə başlaması Azərbaycan torpaqlarının işğaldan azad olunmasında böyük töhfədir. İran rəsmiləri dəfələrlə bəyan ediblər ki, İran TANAP layihəsinə qoşula bilər. Bu isə o deməkdir ki, İran öz qazını gələcəkdə Azərbaycan ərazisi vasitəsilə nəql edəcəkdir. İranın öz ərazisi vasitəsilə qazını Avropaya nəql etməsi ona bir sıra geosiyasi üstünlüklər qazandırır. O cümlədən, əgər İrana qarşı yenidən sanksiyalar tətbiq olunsa da İran Avropaya yenə qaz sata bilər. Svap sxemi sadədir: Azərbaycan özünün daxili bazarı üçün lazım olan qazı İrandan alır, daxili bazarı üçün nəzərdə tutduğu qazı isə Avropaya yönəldir. İran cüzi maliyyə itkisinə məruz qala bilər. Amma iri pullar gələcəkdir. Ermənistanın belə imkanları hətta nəzəri cəhətdən yoxdur. D.Tonoyan İranda olarkən İranın müdafiə naziri Ə.Dehqani tərəfdən qəbul edildi. Bir sıra müəssisələrdə oldu. Diqqəti çəkən, onun "Etka” konserv zavodunda olmasıdır. Bu konserv zavodu İran ordusunu konserv məhsulları ilə təmin edir. İranın hətta Ermənistan ordusuna konserv satması risklidir”.

O, əlavə edib ki, Yəməndə və İraqda baş verənlər İranla Ərəb dünyası arasındakı dini mübarizəni xeyl kəskinləşdirib: "Belə vəziyyətdə Azərbaycan əsgərinin Azərbaycan işğal olunmuş ərazilərində İran mənşəli konservləri tapıb İslam Əməkdaşlığı Təşkilatına göndərməsi İran üçün ciddi problem yarada bilər. Ona görə Ermənistanın müasir İranı tanıması çox vacibdir. Ən azı Ermənistandakı iranlı diplomatların son illərdəki mövqeyində və bəyanatlarındakı dəyişikliklər bunu deməyə əsas verir”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ