şənbə günü, 28 noyabr 2026
     

“Aİ-nin Riqa sammiti Azərbaycanın ərazi bütövlüyünü Serj Sərkisyana qəbul etdirdi”

Image


"Aİ-nin Riqa sammiti Azərbaycanın ərazi bütövlüyünü Ermənistan prezidenti Serj Sərkisyana qəbul etdirdi. Riqa sammiti Avropa İttifaqının Ermənistandan məyus olduğunu göstərdi”. Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloq bildirib ki, hətta 2008-ci ildə Aİ-nin Şərq Tərəfdaşlığı Proqramının müəllifləri olan Polşa və İsveçin Xarici İşlər Nazirliklərinin müvafiq rəsmiləri Riqa sammitindən əvvəl Yerevana səfər edib. Yerevanı ayıltmağa cəhd etsələr də bu da baş vermədi: "2008-ci ildə Aİ-nin Polşa və İsveç kimi antirusiya dövlətləri S.Sərkisyanın başçılığı ilə ermənilərin güclü antirusiya kompaniya aparacağına həm də inanaraq Şərq Tərəfdaşlığı Proqramını hazırlamışdılar. 2009-cu ildə bu proqram rəsmən fəaliyyətə başladı. 2013-cü ilin sentyabrın 1-dək Ermənistan bu proqramın ən aktiv iştirakçısı idi. Şimali Qafqaz məsələlərini Aİ liderləri ilə S.Sərkisyanın tez-tez müzakirə etməsindən başa düşmək olurdu ki, Ermənistanın yenicə seçilmiş prezidenti S.Sərkisyan Şimali Qafqazda Rusiyaya problem yaratmaqda Qərbə yol göstərir. S.Sərkisyan Azərbaycanın yerini daraltmaq kursu götürmüşdü. Müəyyən mənada buna nail oldu. Aİ Ermənistanda insan hüquqları, demokratiya və seçki sahəsindəki hüquq pozuntularına göz yumdu. Ermənistana kifayət qədər maliyyə yardımı ayırdı. Dağlıq Qarabağ tənzimlənməsində mövqeyini az qala 180 dərəcə dəyişdi”.

M.Əhmədoğlu bildirib ki, S.Sərkisyan Aİ-nin antirusiya istiqamətində qələbəsinə nail ola bilməsə də 5 il müddətində Aİ-ni Dağlıq Qarabağ tənzimlənməsindən uzaqlaşdıra bildi: "Hətta Aİ Dmitri Medvedevin prezidentliyinin son ilində Rusiyanın Dağlıq Qarabağ tənzimlənməsində Aİ-yə əməkdaşlıq təklifini rədd etdi. S.Sərkisyan Aİ-də fəaliyyətinin antiazərbaycan olmasını Aİ-nin Şərq Tərəfdaşlığı Proqramının 5 illik yubileyinə həsr olunmuş Praqa iclasında etiraf etdi. S.Sərkisyan 2013-cü il sentyabrın 1-də Aİ ilə Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində assosiativ müqaviləni parafladıqdan sonra dərhal Moskvaya çağırıldı və beləliklə, S.Sərkisyan Moskvada Ermənistanın Gömrük İttifaqına, Avrasiya İqtisadi Birliyinə üzv olduğunu bildirdi. İsveç və Polşa Xarici İşlər Nazirliklərinin siyasi direktorları ilə birlikdə Yerevana səfər edib görüşlər keçirməsini də biz son 6 ildə Aİ Şərq Tərəfdaşlığı Proqramına yekun vurmaq kimi yanaşırıq. Bu səbəbdən də Aİ-nin Riqa sammitində Ermənistanla hətta simvolik də olsa sənəd imzalanmadı. Amma yeni əməkdaşlığın hüquqi bazasının yaradılması haqqında anlaşma memorandumunun imzalanması ehtimalı sıfır deyil. Görünür, Polşa və İsveçin Xarici İşlər Nazirliklərinin siyasi direktorlarının verdiyi məlumat öz işini görür”.

M.Əhmədoğlunun sözlərinə görə, S.Sərkisyan sammitin gedişində növbəti zərbəni Aİ-nin Riqa sammitinin Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyünü və dövlət suverenliyini dəstəklənməsində aldı: "Almaniyanın federal kansleri Anqela Merkel S.Sərkisyanla görüşərək onu "ərazi bütövlüyü prinsipi”nin dəstəklənməsinə vadar etdi. A.Merkel Riqa sammitinə qatıldığı andan yekun sənəddə Şərq Tərəfdaşlığına üzv ölkələrin ərazi bütövlüyünə dəstəyin vacib olduğu tezisinin yer alacağını bildirmişdi. Bu, Ermənistan üçün ciddi zərbədir. Daha çox zərbə S.Sərkisyanın özünədir. S.Sərkisyan özündən əvvəlki hər iki prezidenti (L.Ter-Petrosyan və R.Koçaryan) Dağlıq Qarabağ məsələsində güzəştli mövqedə ittiham edirdi. L.Ter-Petrosyan barədə belə fikirlər tez-tez və açıq şəkildə səsləndirilsə də R.Koçaryan barədə bir az astadan danışırdılar. R.Koçaryanı ATƏT-in İstanbul sammitində üzv ölkələrin, o cümlədən, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməkdə ittiham edirdilər. İndi S.Sərkisyan özü Şərq Tərəfdaşlığı Proqramının üzv dövlətlərin, o cümlədən, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmək məcburiyyətində idi. "Üzv dövlətlərin ərazi bütövlüyünün dəstəkləmək” prinsipi NATO-nun son 4 sammitində tətbiq olunur. Amma Ermənistan və Azərbaycan NATO-ya üzv deyillər. Ermənistanın rəsmən üzv olduğu qurum Ermənistan və Azərbaycanın ərazi bütövlüyünü tanıdı. S.Sərkisyan etiraz edə bilmədi”.

Politoloqun sözlərinə görə, S.Sərkisyanın Aİ-nin Riqa sammitinin iclasında çıxış edib Azərbaycanın ərazi bütövlüyü prinsipinin Dağlıq Qarabağa aid olmaması fikri siyasi demaqoqiya və özünü aldatmaqdan başqa bir şey deyil:

"Əvvəla, Azərbaycan BMT-yə üzv olarkən Dağlıq Qarabağ Azərbaycanın ərazisi kimi göstərilib. Çünki o zaman BMT keçmiş SSRİ dövlətlərinin arasındakı mübahisələrə girişə bilməzdi. Vaxt az idi. Ona görə bütün keçmiş SSRİ dövlətləri SSRİ dövründəki əraziləri ilə BMT üzvü oldular. Bu, həm Azərbaycana, həm də Ermənistana aiddir. İkincisi, Laçın və ya Kəlbəcər heç vaxt Dağlıq Qarabağa daxil olmayıblar. Onda S.Sərkisyan dərhal Laçını və Kəlbəcəri, eləcə də digər əraziləri işğaldan azad etməlidir. Laçının işğaldan azad edilməsi Dağlıq Qarabağın işğaldan azad olunması anlamındadır. Millətlərin öz müqqədəratını təyinetmə prinsipi ilə bağlı onun istinadgahı da elmi cəhətdən savadsızlıqdır. Görünür, S.Sərkisyan ətrafına tamam savadsız, qorxaq məmurları topladığına görə heç kim ona fikirlərinin savadsız olduğunu deyə bilmir. Dünyada 2000-dən çox dil və ya etnik qrup mövcuddur. Bunun yalnız 200-nün dövləti var. Əgər S.Sərkisyanın dediyi kimi ərazi bütövlüyü prinsipi prioritet olsaydı, onda BMT-nin üzv dövlətlərinin sayı 200 deyil, 1000 və ya 2000 olardı. Eləcə də S.Sərkisyan o qədər savadsızdır ki, xalqların bərabərliyi və xalqların öz müqəddəratını təyinetmə prinsipinin adını qarışdırır və həm də bu prinsipin tələblərinə zidd hərəkətlər edir”.

M.Əhmədoğlu bildirib ki, xalqların bərabərliyi və öz müqəddəratını təyinetmə prinsipinə görə, bu prinsipin reallaşması digər beynəlxalq prinsiplərin pozulmasına şərait yarada bilməz: "Ərazi bütövlüyü prinsipi də beynəlxalq hüquq prinsipidir və Helsinki Yekun Aktında təsbit olunub. Xalqların bərabərliyi və xalqların öz müqəddəratını təyinetmə prinsipinin 2-ci şərti, bu prinsipin reallaşmasının xalqlar arasında əməkdaşlığa şərait yaratmasıdır. S.Sərkisyan və R.Koçaryan "azərbaycanlılarla ermənilərin etnik uyuşmamazlığı nəzəriyyəsi”nin müəllifləridir. Hər halda Riqa sammitinin belə qərarı gözlənilən idi və Ermənistanın ərazi bütövlüyü prinsipinin dəstəklənməsinə zəif etirazı isə çox şeyi deyir. Ermənistan gücünü itirir. Riqa sammitinin yekun sənədində Ermənistanla əməkdaşlığın yeni hüquqi bazasının yaradılmasına dair danışıqların başlanmasına aid müddəa çox mücərrəd anlayışdır. Ən azı bu danışıqların başlanma vaxtı bəlli deyil”.

Politoloq vurğulayıb ki, Aİ-nin Riqa sammitindən sonra Ermənistan orada baş verənləri özünün uğuru kimi təqdim etdi: "Guya Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində istədiyinə nail ola bilmədi. Guya Azərbaycan zalı tərk etdi və bununla da özünü izolyasiya vəziyyətinə saldı. Riqa sammitində baş verənlərin təntənəli qələbə kimi təqdim edilməsi Aİ-nin Ermənistandakı səfiri T.Xristeanı narahat etdi. O, yekun sənəddə yazılandan əlavə Ermənistan üçün heç bir şeyin nəzərdə tutulmadığını bildirdi. Ermənilər başa düşmək istəmirlər ki, Azərbaycan Aİ-nin Riqa sammitində Dağlıq Qarabağ tənzimlənməsində konkret, ciddi dəyişikliyin baş verməsi üçün 2 addım atmağı tələb edirdi. Aİ-isə birini atdı. S.Sərkisyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması da həmin bir addımın içərisindədir”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ