"Nüfuzlu insanlar Müsavat Partiyasından getdilər. Adam heyrətə gəlir ki, Müsavat rəhbərliyi buna niyə imkan verdi? Onlar düşüncə, ideya baxımından partiyanı önə apara biləcək insanların getməsinə şərait yaratdılar. Bizim bədbəxtliyimiz ondadır ki, özümüzə lider seçməyi bacarmırıq”.
Bu sözləri APA-ya açıqlamasında şair Məmməd İsmayıl Müsavat Partiyasından istefa verməsinə münasibət bildirərkən deyib.