şənbə günü, 28 noyabr 2026
     

Qərbdən Azərbaycanın layihəsinə açıq dəstək...

Image


ABŞ-ın məşhur analitik mərkəzi nədən yazdığ

Azərbaycan qazının Avropaya çatdırılmasında əsas tranzit məkanlardan biri hesab edilən Yunanıstanda siyasi və iqtisadi müstəvidə baş verənlər xüsusi diqqət mərkəzində qalmaqda davam edir. Belə görünür ki, bu ölkə həm də geosiyasi aspektdən əsas çəkişmə predmetinə çevrilməkdədir. Hələlik isə Qərb yunan hökuməti ilə yaşadığı anlaşılmazlıqlar üzündən burada istəyinə tam nail ola bilmir.
Bu arada yayılan məlumata görə, Almaniya, Fransa, Beynəlxalq Valyuta Fondu və Avrokomissiya Yunanıstan üçün «sonuncu təklif»i hazırlayır. Alman mediasının məlumatına görə, adları çəkilən ölkə və və təşkilatların liderləri üç saatlıq görüş zamanı böyük səylə Yunanıstanla bağlı yaranmış problemdən çıxış yolu axtarıblar. Qeyd edək ki, Afina uzun müddətdir beynəlxalq kreditorlarla iqtisadi və siyasi reformaların keçirilməsi qarşılığında maliyyə almaqla bağlı danışıqlar aparır. Lakin nəticə yoxdur. Bu vəziyyətdə Rusiya Yunanıstanı təsir altına salmaq istəyir ki, bunun müəyyən mənada Azərbaycana da təsiri var. ABŞ-ın nüfuzlu araşdırma mərkəzi olan «Stratfor» yazır: «Yunanıstan iqtisadi cəhətdən borc içindədir, lakin bu ölkənin coğrafi mövqeyi onun əhəmiyyətini artırır. Bu gün Yunanıstan iki rəqib qaz layihəsinin tranzit ərazisidir: Rusiya tərəfindən maliyyələşdirilən «Türk axını» ilə Azərbaycanın maliyyələşdirdiyi və Avropa Birliyinin dəstəklədiyi Cənub Qaz Dəhlizi layihəsi».
Mərkəzin rəhbəri Corc Fridman qeyd edir ki, Yunanıstan da Ukrayna kimi maliyyə yardımını siyasi məqsədlərlə tez-tez əlaqələndirir:»Birləşmiş Ştatlar Afinada Qərbyönümlü hökumətin olmasını istəyir. Yunanıstan isə artıq Rusiyadan maliyyə yardımı ala biləcəyinə işarə vurub. Afina Rusiya təbii qazına və bunu daha ucuz qiymətə ala biləcəyinə güvənir. Ağ Ev isə buna heç cür imkan vermək niyyətində deyil. Birləşmiş Ştatlar regionda Rusiyanın genişlənməsinə müqavimət göstərmək üçün hələ 1950-ci illərdə Yunanıstanı NATO-ya qəbul etmişdi. İndi də Vaşinqton Yunanıstanda Rusiya enerji layihələrinin genişlənməsinin qarşısını almaqda israrlıdır. Avropa Birliyinin liderlərindən olan Almaniya da burda söz sahibidir. Berlin Afinaya qarşı sərt mövqe tutur. Çünki almanlar qorxurlar ki, hazırki Afina hökumətinə güzəştə getsələr, bu birliyin digər ölkələri üçün pis nümunə ola bilər. Beləliklə, tranzit Yunanıstanda ABŞ-la Rusiya savaş aparır. Birləşmiş Ştatlar Azərbaycan qazının buradan nəqlini müdafiə edir Rusiya isə israrla «Türk axını» layihəsini reallaşdırmaq istəyir. Hələlik, Birləşmiş Ştatlar bir addım öndədir. Lakin Qərb rəhbərliyi ələ alan radikal yunan solçularına inanmır».
«Kommersant» qəzeti isə belə bir vaxtda məlumat yayıb ki, Rusiyanın «Qazprom» şirkəti mübahisəli «Türk axını» qaz kəmərinin Yunanıstandan keçən hissəsinin tikintisini maliyyələşdirməyə hazırdır. Qəzet Yunanıstanın energetika naziri Panayiotis Lafazanisin Moskva səfərini şərh edərək bildirir ki, «Türk axını» layihəsinin Avropada şübhə ilə qarşılandığı bir vaxtda «Qazprom» danışıqlara sonuncu və ən təsirli alət sayılan pulu daxil edir. Bu vaxta qədər kəmərin quru hissəsinin tikintisini üzərinə götürməkdən imtina edən «Qazprom» mövqeyini dəyişib və ən azından Yunanıstana kəmərin tikintisini maliyyələşdirmək variantını təklif edib. «Türk axını» kəmərinin Yunanıstandan keçən hissəsinin tikintisi 2 milyard avroya başa gələ bilər. İndiyədək «Qazprom» Yunanıstana ancaq onu vəd edirdi ki, bu kəmərlə iştirakçı ölkələrin ərazisindən qaz nəqlinə təminat verir. Bu isə iştirakçı ölkələrə kəmərin inşası üçün kreditlər cəlb etməyə imkan yaradacaq. Öz növbəsində, Afina Rusiyadan milyardlarla avro dövlət krediti almağı və sonradan onu «Türk axını»ından əldə ediləcək tranzit gəlirləri hesabına qaytarmağı nəzərdə tuturdu. Ancaq Moskva kredit verməyə razı olmayıb, hətta etiraf edib ki, bunu etmək mümkün deyil. Çünki Yunanıstanın iri kreditoru olan Avropa Birliyi bu ölkənin başqa mənbələrdən maliyyələşməsinə baryerlər yarada bilər. Analitiklərin qənaətinə görə, «Qazprom»un Yunanıstanı ciddi-cəhdlə «Türk axını» kəmərinə qoşmaq səylərində ən ciddi «kozır»ı ortaya atması vəziyyəti onun xeyrinə dəyişə bilər. Yunanıstanın energetika naziri isə bir daha təsdiq edib ki, ölkəsi «Türk axını» layihəsini dəstəkləyir. Təbii ki, bu vəziyyət Azərbaycan qazının Yunanıstan üzərindən nəqlinə müəyyən maneə yarada bilər. Belə vəziyyət Cənub Qaz Dəhlizinin reallaşmasına da böyük maneədir. Lakin Qərb dünyasının aparıcı liderləri Cənub Qaz Dəhlizinin həyata keçməsində israrlı mövqe nümayiş etdirirlər. Hər halda, yaxın tezlikdə hadisələrin inkişaf axarı dəqiq müəyyən olacaq.
Xatırladaq ki, bu günlərdə Dövlət Neft Şirkətinin vitse-prezidenti Vitali Bəylərbəyov belə bir açıqlama ilə çıxış etmişdi ki, heç bir şey Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılmasını dayandırmayacaq. Onun sözlərinə görə, qazın tədarükü ilə bağlı müqavilələr 25 il müddətinə bağlanıb: «Son illər ərzində heç bir ölkə - nə Rusiya, nə Norveç, nə də Şimali Afrikadan olan tədarükçülər belə uzunmüddətli müqavilə imzalayıb. Buna nail olmağımızın səbəbi avropalı tərəfdaşlarımızı Azərbaycanın etibarlı tərəfdaş olduğuna inandırmağımızdır. Müqavilələr üzərimizə bir tərəfdən tədarük, digər tərəfdən isə qazın alışı ilə bağlı məsuliyyət qoyur».
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ