Ukrayna NATO-ya daxil olacağı halda Rusiya buna sərt qarşılıq verəcək. Baki-xeber.com xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin bildirib. Bununla yanaşı, Narışkin Ukraynada xalqın da ölkənin NATO-ya daxil olmasını dəstəkləməyəcəyinə əminliyini bildirib.
Ukraynada iqtidara gələn Qərbmeylli yeni hakimiyyət hərbi bloklara üzv olunmasını əngəlləyən konstitusiya maddəsini dəyişdirərək NATO üzvlüyünə yolunu açıb.
Kiyevin alyansa daxil olacağı halda NATO-nun Rusiyanın qapısına dayanacağını deyən Narışkin, 2014-cü ilin fevralında Viktor Yanukoviçin devrilməsinə səbəb olan hərəkatın da əsl məqsədinin bəlli olacağını bildirib.