şənbə günü, 28 noyabr 2026
     

Kəşfiyyatçı mənbə: «Bu yay Rusiya - NATO müharibəsi başlanır»

Image


Krımdakı nüvə silahı ilk növbədə Avropa ölkələrinə qarşı yönələcək

Hərbi müstəvidə NATO və Rusiya arasında qarşılıqlı ittihamlar və çəkişmələr getdikcə artır. Hətta bu gedişlə tərəflər arasında dəhşətli müharibənin ola biləcəyi və nüvə silahlarından istifadə ehtimalının artmasına dair də qorxunc proqnozlar səsləndirilir.
NATO baş katibi Yens Stoltenberq də bildirir ki, Rusiyanın nüvə silahı ilə bağlı açıqlamaları dərin narahatlıq yaradır. Onun sözlərinə görə, nüvə daşıya biləcək raketlərin Kalininqrad və Krımda yerləşdirilməsi Avropanın təhlükəsizliklə bağlı vəziyyətini dəyişir. Bundan başqa, Stoltenberq Moskvanın öz hərbi gücünü göstərməklə, millətçiliyi qızışdırmaqla qonşu dövlətlərin ərazilərini işğal etməyinə haqq qazandırmasından da narahat olduqlarını bildirib. Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin rəhbəri general Vladimir Kulişov isə fərqli mövqe sərgiləyir. O qeyd edir ki, NATO Rusiya ilə sərhəddə aktivliyini artırıb. Onun sözlərinə görə, aktivlik daha çox Baltik dənizi istiqamətində qeydə alınıb. O, Rusiyanın bu aktivliyə cavab tədbirləri hazırladığını bildirib. Belə vəziyyətdə amerikalı kəşfiyyat mütəxəssisi Con Şindlerə danışan və adının çəkilməsini istəməyən NATO rəsmisi isə bu yay tərəflər arasında müharibə ehtimalının yüksək olduğunu bildirib:»Böyük ehtimalla, bu yay müharibədə olacağıq. Şansımız varsa, bu bir nüvə müharibəsi olmaz». Bu sözləri kimin dediyini açıqlamayan Şindler dünya miqyasında bir qarşıdurma ehtimalının sürətlə artdığını dilə gətirib: «Rusiya baş nazirinin köməkçisi Dimitri Roqozinin ötən həftə dövlət televiziyasına verdiyi müsahibə isə beynəlxalq miqyasda qarşıdurma ehtimalının nə qədər yüksək olduğunu göstərdi. Roqozin «tanklarımızın Avropaya keçməsi üçün vizaya ehtiyacı yoxdur» deyərək, ölkəsinin geri çəkilməyəcəyi mesajını verdi». Hər halda, tərəflər arasında vəziyyət getdikcə gərginləşir. Ekspertlər hesab edir ki, tərəflər Ukrayna məsələsində ortaq məxrəcə gələ bilməsələr, müharibə qaçılmazdır.
Amma Ukrayna böhranının yaxın tezlikdə çözülə biləcəyi də inandırıcı görünmür. Əksinə, Rusiyanın maraqlarına zidd olaraq, ABŞ Ukraynada fəallığını artırır. ABŞ-ın vitse prezidenti Co Bayden isə bəyan edir ki, Birləşmiş Ştatlar Rusiyanın Avropanın təhlükəsizliyi üçün narahatlıq doğuran təcavüzünə qarşı mübarizədə Ukrayna ilə bir cərgədə dayanacaq. O deyib ki, Ukraynaya dəstək ölkənin gələcəyi, Avropada təhlükəsizlik və beynəlxalq nizamın gələcəyi üçün əhəmiyyət daşıyır: «Ukrayna liderləri islahatlara sadiq qaldıqca ABŞ onlarla bir sırada dayanmağa davam edəcək. ABŞ-ın Rusiyaya qarşı sanksiyaları Minsk razılaşmasına tam əməl edilənə qədər qüvvədə qalacaq».
ABŞ prezidenti Barak Obama isə yenidən Rusiyanı Ukraynaya dair get-gedə daha aqressiv mövqe tutmaqda günahlandırıb. O qeyd edib ki, münaqişə tərəfləri Minsk razılaşmalarına hörmət etməlidir. Obama həmçinin bəyan edib ki, NATO, Ukraynadan tutmuş İraqadək bir neçə bölgədən törənən təhlükələri nəzərə alaraq, öz qüvvələrindən nə dərəcədə səmərəli istifadə etdiyini düşünməlidir: «Biz İŞİD-lə mübarizəni səmərəli əlaqələndirmək üçün və Liviyada başlamış problemlərin öhdəsindən gəlmək üçün NATO və terrorçuluqla mübarizə üzrə digər tərəfdaşlarımızla sıx əməkdaşlıq edirik, çünki şübhəsiz, NATO-ya üzv ölkələrin bir çoxu Liviyada hökm sürən hərc-mərcliyin yayılması ehtimalından narahatdır. Ukraynadakı durum da bizi çox narahat edir. Rusiya Ukraynaya dair get-gedə daha aqressiv mövqe tutur». Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Obamanın sözlərinin şərhə ehtiyacı olmadığını bəyan edib: «Çünki Kremldə artıq bu qəbildən bəyanatlar eşidiblər». Xatırladaq ki, Qərb ölkələridə Rusiyanı onun qoşunları Ukraynada hərbi əməliyyatlarda iştirak etdiyinə görə ittiham edirlər. Moskva isə əks mövqedən çıxış edir.
Münaqişə bölgəsində olan ATƏT müşahidəçiləri təsdiq edirlər ki, vəziyyət getdikcə pisləşir. Bu durumda ABŞ Ukraynaya hərbi yardımlarını miqyasını da genişləndirməyi düşünür. Hətta bu günlərdə məlumat yayılmışdı ki, ABŞ Ukraynada raketdən müdafiə sistemləri (RMS) yerləşdirə bilər. Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının baş katibi Aleksandr Turçinovun sözlərinə görə, Rusiyadan olan təhlükə belə bir addım atmağı zəruri edir. Aleksandr Turçinov qeyd edib ki, Moskva ilhaq olunan Krım yarımadasında nüvə silahının yerləşdirilməsi üzərində işləyir. O bildirib ki, Rusiya hərbçiləri Krımda infrastrukturun yaxşılaşdırılması ilə fəal məşğul olur, xüsusi halda aerodromlarda uçuş-enmə zolaqları müasirləşdirilir və silah istehsalı müəssisələri bərpa edilir: «Bu bizi çox narahat edir. Krımdakı nüvə silahı faktiki olaraq ilk növbədə Avropa ölkələrinə qarşı yönələcək. Bundan başqa, NATO-nun üzvü olan Türkiyə üçün real təhlükə mövcuddur». Aleksandr Turçinovun bəyanatına Moskavadan dərhal reaksiya verilib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kiyevə mümkün cavab addımlarının atılacağı barədə xəbərdarlıq edib: «Bu, Rusiya Federasiyası üçün təhlükə deməkdir. Raketdən müdafiə sistemi quraşdırılacağı halda Rusiya öz təhlükəsizliyinin təminatı üçün cavab ölçülərini qəbul etməli olacaq». Onun sözlərinə görə, Ukraynanın öz ərazisində Amerikanın raketdən müdafiə sistemlərini yerləşdirmək istəməsini yalnız neqativ hal kimi dəyərləndirmək olar. Peskov bir daha bu sistemlərin Rusiya üçün birbaşa təhdid olduğunu bildirib.
Qeyd edək ki, ABŞ 2002-ci ildə Şərqi Avropanın bir neçə ölkəsində RMS-in yaradılması barədə qərar verib. 2012-ci ildən işləməyə başlayan sistem tam gücü ilə 2018-ci ildən işləyəcək. ABŞ və NATO-nun rəhbərliyi bildirir ki, RMS-in genişləndirilməsi ittifaq ölkələrini İran və Şimali Koreya təhdidindən qorumaq məqsədi daşıyır. Rusiya isə sərhədlərə yaxın ərazilərdə bu cür sistemləri özünün milli təhlükəsizliyinə hədə hesab edir.
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ