"Milli Şura yaranan gündən xarici qüvvələrin təsiri altındadır və onlar tərəfindən idarə olunur”. Bunu APA-ya açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə Milli Şuranın mayın 30-na təyin etdiyi mitinqə münasibət bildirərkən deyib.
O, Milli Şuranın xarici qüvvələr tərəfindən idarə olunduğunu iddia edərək, AMİP-in bu mitinqdə iştirak etməyəcəyini bildirib.