Nazirlikdən deyilib ki, bu qiymətləndirmə olmadan Türkiyədə hər hansı layihəni reallaşdırmaq mümkün deyil. Daxil olan bütün müraciətlər nazirliyin rəsmi saytında yerləşdirilir ki, "Qazprom”un müraciəti də bu siyahıda yoxdur.
Bundan başqa, "Qazprom” "Türk axını” boru xətti boyu qazın nəqli ilə əlaqədar Türkiyənin enerji bazarının tənzimlənməsi orqanına (EPDK) müraciət etməyib. EPDK-nın lisenziyası olmadan ölkə ərazisində neft və qazın satışı, habelə nəqli mümkün deyil.