şənbə günü, 28 noyabr 2026
     

«Türk axını» Yunanıstanda dəfn edilə bilər

Image


Azərbaycanın «qaz siyasəti»nin uduş mövqeyi getdikcə bərkiyir

Rusiyanın xüsusi maraq dairəsində olan «Türk axını» qaz kəməri ilə bağlı yeni maraqlı vəziyyət yaranmaqdadır. Belə ki, Yunanıstanın defolt vəziyyətinə gəlməsi Moskvanın «Türk axını» qaz kəmərinin çəkilməsi üçün Afinaya olan ümidlərinin tədricən sıradan çıxması ilə müşayiət olunmaqdadır. Ümumiyyətlə, yunan iqtisadiyyatında yaşanan problemlər «Türk axını» üçün də ciddi əngəllər yaradır.
Yunanıstanda isə vəziyyət getdikcə pisləşir. Hətta iş o yerə çatıb ki, Yunanıstanın iyunun 5-də vaxtı bitən Beynəlxalq Valyuta Fondunun krediti üzrə ödəniş etmək imkanı yoxdur. Ölkənin daxili işlər naziri Nikos Vutsisin sözlərinə görə, xəzinədə ödəniş etmək üçün pul qalmayıb: «Beynəlxalq Valyuta Fonduna 1,6 milyard avro pul ödənməlidir, ödəniş edilməyəcək, pul yoxdur». Hazırda Yunanıstan beynəlxalq kreditorlarla yeni maliyyə yardımı proqramı ilə bağlı danaşıqlar aparmağa və ölkənin üzərinə düşən borc yükünü yüngülləşdirməyə çalışır. Bundan əvvəl isə maliyyə naziri Yanis Varufakis bildirmişdi ki, beynəlxalq kreditorlarla danışıqlarda Yunanıstan güzəştə gedib və qarşı tərəfin də güzəştlər edəcəyinə ümid edir. O əlavə edib ki, ölkənin avrozonadan çıxması Yunanıstan üçün faciə olardı, lakin eyni zamanda bu vahid avropa valyutasının da sonu demək olacaq. İyun ayının əvvəlinədək Afina borcların ödənməsinə beynəlxalq kreditorlardan möhlət ala bilməsə, ölkə defolt vəziyyətinə düşə bilər. Yunanıstanın ümumi borcu hazırda 323 milyard avro təşkil edir, bu isə ümumi daxili məhsulun 175 faizi deməkdir. Xatırladaq ki, Avropada 2010-cu ildə maliyyə böhranı başlanandan Yunanıstanda iqtisadiyyat 25% azalıb, gənclər arasında işsizlik isə 50% təşkil edir. Ölkə daha sürətlə defolta yaxınlaşır. Bu isə «Türk axını» kəmərinin inşası üçün də əngəl yaradır. Belə vəziyyətdə Rusiyanın da yunanlara maliyyə yardımı etməsi ciddi sual doğurur. Rusiya maliyyə nazirinin müavini Sergey Storçak da bildirib ki, Afina «Türk axını» qaz kəmərinin tikintisinə Moskvanın maliyyəsini cəlb edə bilməyəcək. Onun sözlərinə görə, Yunanıstanın ən böyük kreditoru kimi Avropa Birliyi yeni kreditlərin cəlb olunmasına məhdudiyyətlər qoyur. Rusiyalı məmur bildirib ki, Avropa Birliyi adətən bu cür layihələrdə özündən başqa heç kimdən pul götürməməyi məsləhət görür: «Türk axını» boru kəmərinin Yunanıstan hissəsinin maliyyələşdirilməsinə Moskvanın pul ayıra bilməsi, Avropa Birliyinin isə layihəyə qarşı olması səbəbilə Afinaya pul verməkdə həvəsli olmaması layihənin perspektivini şübhə altına qoyur. Yunanıstanın özündə isə boru kəmərinin Yunanıstan hissəsini çəkməyə pul yoxdur». Beləliklə, Avropa Birliyi «Türk axını»nı Yunanıstanda əngəlləyir. Xatırladaq ki, «Türk axını» boru kəməri layihəsinə Vaşinqton da qarşıdır. Afinaya məsləhət görüb ki, Rusiya təbii qazının Qara dənizin dibindən keçməklə Türkiyə və Yunanıstan üzərindən Cənubi Avropaya daşınmasını nəzərdə tutan «Türk axını» layihəsində iştirakdan imtina etsin. Lakin yunanlar indiyə kimi geri çəkilmirdi. Bu arada iqtisadi vəziyyət isə tamam fərqli durumun yaranmasına səbəb olur. Bu şəraitdə Azərbaycandan Avropaya gedən kəmərlərin daha tez ərsəyə gəlməsi qaçılmaz sayılır. Halbuki, Rusiya Avropaya Azərbaycandan daha tez çıxmaq niyyətində olduğunu gizlətmir. Elə buna görə «Qazprom» şirkəti Türkiyənin icazəsi olmadan «Türk axını» kəmərinin tikintisinə başlayıb. Analitiklərin qənaətinə görə, bu, Rusiyanın «Türk axını» kəmərinin Türkiyə-Yunanıstan sərhədinə qədər olan hissəsini 2018-ci ilə qədər tikib başa çatdırmaq planlarından irəli gəlir. Lakin bu tələskənlik Yunanıstanda baş verən hadisələr fonunda artıq heç nəyə yaramır. Rusiya artıq anlayır ki, Avropa bazarına əvvəlki qədər qaz çıxara bilməyəcək və eyni zamanda burada mövqelərini itirəcək. Avropa Rusiya asılılığından qurtulmaq istəyir, Moskva isə buna qarşıdır.
Xatırladaq ki, Azərbaycan qazı TANAP kəməri ilə Türkiyənin Yunanıstan sərhədinə «Türk axını» kəməri ilə eyni məntəqədə çıxacaq. Bu günlərdə isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa Birliyini «Türk axını» qaz kəməri ideyasını dəstəkləməyə çağırıb. O deyib ki, Yunanıstan, Makedoniya, Serbiya və Macarıstanın qoşula biləcəyi bu kəmər Avropaya enerji sabitliyi gətirəcək. Lavrov qeyd edib ki, Avropa Birliyi enerji təhlükəsizliyi istəyirsə, Brüssel «Türk axını» ideyasını dəstəkləməlidir.
Amma belə görünür ki, Qərb Xəzər qazını Türkiyəyə, ordan isə İtaliyaya çıxaracaq marşurutun tərəfdarıdır. Xatırladaq ki, «Türk axını» layihəsi barədə Rusiya prezidenti Vladimir Putinin ötən il dekabrın 1-də Ankaraya səfəri zamanı elan edilib. Putin bildirib ki, Avropa Komissiyasının yaratdığı əngəllərə görə «Cənub axını» qaz kəmərinin tikintisi dayandırılır, Rusiyadan Türkiyəyə eyni həcmdə yeni qaz kəmərinin çəkilməsi qərarlaşdırılır. «Cənub axını»ından qaz alacaq müştərilərə isə xəbərdarlıq edilib ki, Yunanıstanın Türkiyə ilə sərhədindən qazı təhvil almaq üçün müvafiq kəmər infrastrukturunun yaradılmasına başlasınlar. Amma indiki durum «Türk axını» kəmərinin reallaşmasını ciddi sual altında qoyur.
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ