Fransanın paytaxtı Paris şəhərində erməni diasporunun Dağlıq Qarabağa dair təşkil etdiyi tədbirdə qalmaqal baş verib. APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, tədbir şəhərin 5-ci region bələdiyyəsinin binasında təşkil olunub. Tədbirdə çıxış edən radikal milliyyətçi və irqçi ermənilər Azərbaycanın Dağlıq Qarabağ ərazisinin işğalına haqq qazandırmağa çalışıblar. Bu zaman Azərbaycan vətəndaşı olan bir qadının işğalla bağlı sualı onların xoşuna gəlməyib. Ermənilər sərt şəkildə etirazlarını bildiriblər.