şənbə günü, 28 noyabr 2026
     

NATO gəmiləri Rusiyaya qarşı...

Image


NATO ilə Rusiyanın son dövrlərdə hərbi güclərini daha çox dənizlərdə göstərməyə başladığı müşahidə olunur. hər halda, Rusiyanın öz hərbi gəmilərini NATO ölkələrinin sərhədlərinə doğru göndərməsi və bunun əksinin qeydə alınması da göstərilənlərin təzahürü hesab edilir. Məsələn, Riqada baş tutan "Şərq tərəfdaşlığı" sammitinin gedişində Latviyanın silahlı qüvvələri ölkənin Baltik dənizindəki ərazi suları yaxınlığında Rusiyaya məxsus raket gəmisini qeydə alıb.
İnsident, qeyd olunduğu kimi, Riqada Avropa Birlyinin və 6 keçmiş sovet respublikasının iştirakı ilə "Şərq tərəfdaşlığı" sammitinin başlaması ilə eyni vaxta təsadüf edib. Latviya sahillərində Rusiya raket gəmisinin qeydə alınması haqda bu ölkənin Müdafiə Nazirliyi məlumat yayıb: "Silahlı qüvvələr Latviyanın dövlət sərhədinin 6 dəniz mili məsafəsində Rusiyaya məxsus kiçik raket gəmisi "Passat 570"i qeydə alıb". Rusiyanın hərbi gəmiləri və təyyarələri Ukraynada münaqişənin başlamasından sonra tez-tez Baltik regionu üzərində qeydə alınır. Lakin NATO da geri qalmaq istəmir. Məsələn, Britaniya Baltik dənizində start verəcəyi təlimlərə qatılmaq üçün Rusiya sahillərinə ən böyük təyyarədaşıyan gəmisini göndərəcək. "Baltops 15" adlı hərbi təlimlərə təxminən 50 döyüş gəmisi və sualtı qayıq qatılacaq. Britaniya donanması da 80 nəfərlik heyət və "HMS Ocean" gəmisi ilə bu təlimlərdə iştirak edəcək. Bu gəmi və sualtı qayıqlar təlimlər başlananadək Polşanın Qdynia limanında gözləyəcək. Bu liman Rusiyanın Kalininqrad bölgəsindən 80 kilometr uzaqlıqda yerləşir.
Fransanın da "Dyupyui de Lom" kəşfiyyat gəmisi iyunun 3-də Qara dənizə daxil olacaq. Qeyd olunur ki, fransız gəmisi burada ABŞ "Ross" hərbi gəmisi ilə birləşəcək. Məhz bu gəmi elektron poçt və mobil telefon danışıqlarını tutmaq üçün müxtəlif aparatlarla təchiz edilib. Bu fransız gəmisi keçən ilin aprel və may aylarında da Qara dənizdə olub. Xatırladaq ki, Amerikanın "Ross" gəmisi Aegis sistemləri, "Tomahavk" raketləri, RİM-156 SM-2 zenit raketləri, "Tsikorski SH-60 Seahavk" vertolyotu ilə təchiz edilib. ABŞ da bir neçə hərbi gəmisini Rusiya sahillərinə göndərir. Bundan əlavə, ABŞ Alyaskada özünün raketdən müdafiə sistemlərini yerləşdirəcək. ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, ABŞ bununla da baş verə biləcək təhlükələrə effektiv reaksiya vermək niyyətindədir. Pentaqon raketdən müdafiə sistemlərinin hələlik "Clear Air Force Station" bazasında yerləşdiriləcəyini bildirib. Ekspertlər isə Rusiyanın döyüş gəmilərinin NATO-ya nisbətən az olduğunu bildirir. Buna görə Rusiya Fransadan "Mistral" sinfinə aid iki helikopter daşıyan gəmi almaq istəyirdi. Lakin Ukrayna böhranı buna imkan vermədi. "Le Figaro" qəzeti isə yazır ki, Rusiya üçün hazırlanmış "Mistral" sinfinə aid iki helikopterdaşıyan gəminin çatdırılmasına dair Moskva və Paris arasında bağlanmış müqavilə ləğv olunarsa, gəmilər məhv edilə bilər. "Vladivostok" və "Sevastopol" helikopterdaşıyan gəmilərin məhv edilməsi Fransa rəhbərliyinin hazırda müzakirə etdiyi əsas variantdır. Adının çəkilməsini istəməyən yüksək vəzifəli fransız hərbçisinin qəzetə verdiyi məlumata görə, Fransa Hərbi Dəniz Qüvvələri Rusiya üçün hazırlanmış gəmilərdən istifadə edə bilməz. Belə ki, Rusiya standartları üçün modifikasiya edilmiş gəmi avadanlığının yeni parametrlərə uyğunlaşdırılmasına yenidən yüz minlərlə avro xərclənməlidir. Bu səbəbdən də onlar ya sökülə, ya da açıq dənizdə batırıla bilər.
Vəziyyətdən digər çıxış yolu "Mistral"lar üçün yeni alıcı tapmaqdır. Nəşrin yazdığına görə, potensial müştərilər qismində Kanada, Misir və Şimali Avropa ölkələrindən birinin adı hallanır. Helikopterdaşıyan gəmilərin çatdırılmasına dair Fransa ilə Rusiya arasında bağlanmış 1,2 milyard avro dəyərində müqavilə isə, demək olar ki, pozulub. Xatırladaq ki, Vladimir Putinlə Fransua Olland ötən ay Ermənistana etdikləri səfər zamanı "Mistral" mövzusunu müzakirə ediblər. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, hər iki liderin bu məsələyə baxışları üst-üstə düşür. Paris ya gəmiləri Moskvaya təhvil verməli, ya da pulları qaytarmalıdır. Amma belə görünür ki, Rusiyanın hərbi üstünlüyünə yol verməmək üçün gəmilər Moskvaya satılmayacaq. Belə vəziyyətdə Rusiyanın NATO qarşısında əsas üstünlüyü nüvə silahlarıdır. NATO-nun Niderlanddakı birləşmiş qüvvələrinin komandanı, general Hans-Lotar Domreze "Focus" jurnalına müsahibəsində deyib ki, Şimali Atlantika alyansı Rusiyanın nüvə silahından istifadə imkanlarını nəzərdən keçirməsindən olduqca narahatdır: "Ruslar müharibənin aparılması vasitələrindən biri kimi taktiki nüvə silahından istifadəni istisna etmir".
NATO komandanı deyib ki, Rusiya prezidenti Vladimir Putin situasiyanı yaxşı hesablamağı bacarır, eyni zamanda təhlükəli oyunçudur: "O dəli deyil. Ancaq oyunçudur. Və bu təhlükəli ola bilər".
Bununla belə, general əlavə edib ki, şəxsən o, eləcə də NATO Rusiyanı düşmən hesab etmir, ən pis halda potensial təhdid sayır: "NATO-da heç kim müharibə istəmir. Lakin biz alyansa daxil olan ölkələrin əhalisini müdafiə etməyə hazırıq. Ümid edirəm ki, prezident Putin bunu başa düşür. Ona görə də mən hələlik rahat yatıram".




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ