şənbə günü, 28 noyabr 2026
     

Xəzərdə hərbi konfliktin mümkünlüyü gündəmə gəlir

Image


Son dövrlərdə Türkmənistanın "Transxəzər" layihəsinə xüsusi maraq göstərən tərəf kimi çıxış etdiyi daha aydın müşahidə olunur. Buna əsas səbəb isə Avropa bazarının Aşqabad üçün getdikcə daha cəlbedici olmasıdır. Digər tərəfdən, Türkmənistanın işləməyə hazırlaşdığı yeni böyük yataqlar da satış üçün əlavə mavi yanacaq toplanması ilə müşayiət olunur. Bu səbəbdən Aşqabad üçün qazı Avropaya çıxarmaq indi daha çox maraq kəsb edir.
Xatırladaq ki, bu günlərdə Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Avropa turnesi çərçivəsində bu məsələni xüsusi diqqət mərkəzində saxlayıb. ATƏT-in birinci katibi Lamberto Zaner onunla görüşündə bildirib ki, Avropa Türkmənistana qaz təchizatçısı kimi baxır və bu istiqamətdə əməkdaşlığın perspektiv aspektlərinin müzakirəsinə hazırdır. Berdiməhəmmədov da Aşqabadın Avropa ilə dialoqa hazır olduğunu bildirib. O, bu yaxınlarda Türkmənistan, Azərbaycan, Türkiyə və Avropa Birliyinin energetika sahələri rəhbərlərinin iştirakı ilə Aşqabadda dördtərəfli müzakirələr aparıldığını da diqqətə çatdırıb. Qeyd edək ki, həmin görüşdə "Xəzər konsorsiumu"nun yaradılması haqda ilkin razılığa gəlinib. Bu konsorsiumda Avropanın müxtəlif enerji şirkətləri alıcı qismində təmsil olunacaq. Bu razılaşma gələcəkdə "Transxəzər" kəmərinin reallaşmasına kömək edəcək.
Söhbət türkmən qazının Xəzər dənizinin dibi ilə Bakıya qədər gətirilməsi, burdan TANAP vasitəsilə Avropaya çıxarılmasından gedir. Xatırladaq ki, daha əvvəl Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şevtsoviç Türkmənistanda səfərdə olub və türkmən qazının 2019-cu ildə Avropaya çatdırıla biləcəyi haqda bəyanat verib. Bu da "Transxəzər" layihəsinin reallaşacağını göstərir. Enerji eksperti Stiv Levin deyir ki, Şevtsoviç öz səfəri zamanı Türkmənistan prezidentindən nikbin fikirlər eşidib":Prezident deyib ki, Avropaya qaz satmağa hazırdır. Amma bu yeni bir fikir deyil. Türkmənistan bunu həmişə deyir. Amma indiyədək heç bir xarici şirkətlə "Transxəzər" kəmərinin tikilməsinə dair razılaşma imzalamayıb". Levin bunu Türkmənistanın Rusiyadan ehtiyatlanması ilə əlaqələndirir: "Məqsəd Kremli qəzəbləndirməməkdir. Xüsusən indi, yəni Rusiyanın Ukraynaya təcavüz etdiyi vaxt bu ehtiyatlı mövqenin səbəbi daha yaxşı anlaşılır".
Digər enerji eksperti Con Robertsin fikrincə, Türkmənistan sadəcə bilmir ki, layihəyə start versə Avropa Birliyi onu hara kimi müdafiə edə bilər: "Üstəlik də Türkmənistan rəhbərliyi belə bir mövqedən çıxış edir: kim istəyirsə, buyurub bizim sərhədlərimizə gəlib çatan boru xətti tikə bilər, onda biz də həmin boruya qaz vurmağa hazırıq. Bu mövqe, məsələn, Rusiyanın "Qazprom", yaxud Azərbaycanın Dövlət Neft Şirkətinin mövqeyindən fərqlənir. Onlar, Türkmənistandan fərqli olaraq, qazlarını harasa çatdırmaq istəyəndə özləri qabağa düşüb boru kəməri tikmək təşəbbüsü ilə çıxış edirlər. Enerji sektoru üzrə ekspert Paolo Sorbello isə deyir ki, kəmər tikilsə, Türkmənistanın həmin kəmərə qısa və orta müddətli perspektivdə nə qədər qaz vura biləcəyi bəlli deyil. "İndi onlar 100-120 milyard kub metr qaz istehsal edirlər. Bu 100-120 milyard kub metrdən 22-25 milyardı ölkə daxilində istehlak edilir. Bundan başqa, indi Türkmənistandan Çinə qaz kəməri çəkilir və gələn ilin sonuna hazır olacağı gözlənir. Türkmənistan Çinə 80 milyard kubmetr qaz satacaq. Bundan başqa, 8 milyard kubmetr İrana, 4 milyard kub metr isə Rusiyaya satılır. Türkmənistan hökuməti 2030-cu ilə qədər qaz istehsalını iki dəfə artırmağı, 230 milyard kubmetrə çatdırmağı düşünür. Türkmənistan Avropaya daşınacaq qazı Rusiya üçün də mənfəətli eləmək üzərində düşünür. Məsələn, Çinə qaz satmaq məsələsində
kəmər tikintisinə rus şirkətləri cəlb edilib".
Rusiyalı analitik Andrey Petrov hesab edir ki, qarşıdakı dönəmdə Xəzər regionu kataklizmlərlə üzləşə bilər: "2015-ci ildə faktiki olaraq "Transxəzər" layihəsi dirçəlməyə başladı. Türkmənistanın burda marağı məlumdur. Xəzərdə ən böyük qaz ehtiyatlarına malik Aşqabad indiyə qədər Avropa bazarına çıxa bilmirdi. Avropa da türkmən qazını Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan və İtaliya vasitəsilə idxal etmək niyyətindədir. Bunun üçün hazırda Cənub Qaz Dəhlizi layihəsi var və bu layihənin reallaşması üçün hər gün iş aparılır. Aşqabadın bura qoşulması layihənin genişlənməsi deməkdir. Lakin ortada ciddi problem var. Belə ki, Rusiya ilə yanaşı, öz qazını Türkiyə vasitəsilə Avropaya çıxarmaq istəyən İran da buna qarşıdır. Güman ki, Aşqabad və Brüssel bir-biri ilə razılaşacaq. Həmçinin, Bakı və Ankara da buna etiraz etməyəcək. Amma Moskva ilə Tehran buna qarşı çıxacaq. Bu isə ağır dövrlərin olacağı ehtimalını gücləndirir". Ekspert Xəzər regionunda yeni münaqişə ocağının yaranmasını da istisna etmir. Lakin təhlükə təkcə bununla məhdudlaşmır. Mərkəzi Asiya və Orta Şərq üzrə ekspert Aleksandr Knyazev "Taliban" və İŞİD faktoruna da diqqət çəkir. Onun sözlərinə görə, bunlar Xəzərdəki layihələrə təhlükə törədir. Ekspertin fikrincə, hazırda əsas təhlükə Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPI) layihəsinədir: "Bu layihəni təhdid edən "Taliban" gələcəkdə Türkmənistanın digər enerji layihələrinə də təhlükə yarada bilər. Hazırda "Transxəzər" layihəsi üzərində düşünülür. Türkmənistan qazı bununla Azərbaycana, oradan da Avropaya çıxa bilər. Bu, Aşqabad üçün çox önəmlidir. Xəzərdə nəzarətin ciddi olduğu faktı var, lakin heç kim zəmanət verə bilməz ki, TAPİ-ni təhdid edən "Taliban" "Transxəzər"ə, yaxud digər layihələrə hücum etməyəcək. Çünki "Taliban" Türkmənistanın müəyyən ərazilərinə nəzarət etmək iddiasındadır. Qruplaşmanın tərkibində türkmənlərin olması faktı da ciddi siqnaldır". Hər halda, qarşıdakı dövrdə enerji sektorunda çox ciddi proseslər müşahidə olunacaq.
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

28.11.2026 / 07:24
Putin və komandasına Çin yeməkləri o qədər xoş gəlib ki… Qalıq yeməkləri təyyarəyə götürüblər…

27.11.2026 / 22:31
Rəsmi Tiflis Rusiya ilə illər sonra dialoqa başladı, Kreml sanksiyaları işə saldı...

27.11.2026 / 22:08
Trampın kürəkəni Ukraynaya qarşı Putinin açıq vəkili kimi danışdı...

27.11.2026 / 21:50
Rusiyanın Ukraynada can itkiləri ilə bağlı gizli rəqəmlər sızdırıldı...

27.11.2026 / 21:34
Zəngəzur dəhlizinə Rusiya və İrandan gələn hüquqi- siyasi maneələr təhlil edildi...

27.11.2026 / 21:17
İran MDB üzvlüyünə qəbul olunur...

27.11.2026 / 21:01
Tramp-NATO baş katibinin görüşündən çox ziddiyyətli xəbər çıxdı...

27.11.2026 / 20:46
Zaxarova: “...Zəngəzur dəhlizi baş tutmayacaq”...

27.11.2026 / 20:32
Naxçıvanda fəxri adların verilməsi ölkə Prezidentinin səlahiyyətlərində deyilmiş...Niyə?

27.11.2026 / 20:20
Müxaliflərin Ermənistandan deportasiyasına hazırlıq görülür

27.11.2026 / 19:55
ABŞ xəbərdarlıq edir: Rusiyanın Ermənistan dəmir yollarina nəzarəti TRIPP layihəsinə təsir edəcək

27.11.2026 / 19:33
Mingəçevir Dövlət Universitetindən ilk və yeni təşəbbüs: "Tələbə Tədqiqatları və İnnovasiyalar” üzrə I Mingəçevir Forumu keçirilib

27.11.2026 / 19:30
Dünya boyu “ticarət müharibələri” Trampa görə yenidən qızışır

27.11.2026 / 19:03
Rusiyanın kosmik qüvvələr komandanının həbsində Ukrayna izləri var - adam rüşvəti kimdən alıb...

27.11.2026 / 18:35
Rusiyaya qarşı yeni sanksiyalar gəlir - siyahıda Türkiyə və Qırğızıstan da var...

27.11.2026 / 18:30
Ukraynada dron dövrü bitir, lazer müharibəsi başlayır...

27.11.2026 / 18:10
Azərbaycan qızıl alqı-satqısından nə qazandı, nə itirdi

27.11.2026 / 17:49
İrəvan küçələri yenidən döyüş meydanına dönür... Konstitusiya uğrunda...

27.11.2026 / 17:43
Rusiya sərhədçiləri Cənubi Qafqazı tərk edir - siyasi qərar verildi...

27.11.2026 / 17:15
İndi dünya Trampla Rüttenin Putinə son çağırışının aqibətindən danışır...

27.11.2026 / 17:02
Azərbaycan və Ermənistan nümayəndələri Dilicanda dəyirmi masa keçirdi

27.11.2026 / 16:53
Paşinyan Moskvaya gedir, danışıqların gizli gündəmi məlum oldu – Kreml İrəvana diqqət çəkən mesaj göndərdi...

27.11.2026 / 16:42
Prezident Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqlədi

27.11.2026 / 16:31
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

27.11.2026 / 15:57
Trampdan İranla bağlı qorxunc xəbərdarlıq – Avropanı vura bilərlər, nüvə fəlakəti yaşana bilər...

27.11.2026 / 15:36
“Sülh körpüsü”nün üzvləri Mirzoyanın müavini ilə görüşüblər...

27.11.2026 / 15:27
Azıx-Tağlar qoruğu ilə bağlı yeni qərar...

27.11.2026 / 15:23
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxıldı

27.11.2026 / 15:10
Küveytə dron hücumu... İki italiyalı öldürüldü, Tehran ittihamları rədd edir – biz hücum etmədik...

27.11.2026 / 14:43
Batumidə Fələstin bayrağına görə qalmaqal – Ankara hərəkətə keçdi... Həbs olunan 16 türk azarkeş azad edildi

27.11.2026 / 14:27
Türkiyədə Halk TV-yə qarşı üçüncü əməliyyat dalğası – məşhur aparıcı və həyat yoldaşı saxlanıldı

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ